Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2959/2020 20.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 aid olan sənədlərin nənəsi X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, anası X11 xx xxxxxx 1954-cü il tarixdə Gəncə şəhərində anadan olmuş və bu barədə xx.xx.1954-cü il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 523 saylı doğum akt qeydi tərtib edilmişdir. Doğum akt qeydində ata qrafasında ata adı X9, ana qrafasında ana adı X12 qeyd edilmişdir. xx.xx.1988-ci il tarixdə vəfat etmiş nənəsi X5 vəfat etməsinə dair Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədə nənəsinin adı X2 qeyd edilmişdir. Göründüyü kimi nənəsinin adına olan sənədlərin bəzilərində nənəsinin adı X2, bəzilərində isə X3 qeyd edilməsi onun üçün maneələr yaradır. Onun nənəsi X4 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair mirasın onun tərəfindən qəbul edilməsində hazırda problemlər yaranmışdır. Azərbaycan Respublikasının Dövlət X14 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 596/4 saylı arayışda, 1936-1942-ci illər üzrə X5 döğum akt qeydi aşkarlanmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Maraqlı şəxs rəisi Şəlalə Cəfərova tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2799 saylı doğum haqqında tərtib olunmuş akt qeydinin surətindən görünür ki, X11 xx.xx.1954-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 1954-cü ilin dekabr ayının 08-də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 523 saylı doğum akt qeydi tərtib edilmişdir. X1, anası X12 qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət X14 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 596/4 saylı məktubdan görünür ki, Dövlət X14nda mühafizə olunan X22 arxiv fondunun 1936-1942-ci illlər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X5 doğum qeydi aşkarlanmamışdır. Bu səbəbdən də sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. xx.xx.1994-cü il tarixdə Gəncə şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 birgə nikahlarından xx xxxxxx 1977-ci il tarixdə Ərizəçi anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin nənəsinin adı, soyadı və ata adı X10 olmasına baxmayaraq, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş doğum akt qeydində ərizəçinin nənəsinin adı, soyadı və ata adı “X12” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum akt qeydində olan “X12” qeydinin “X10 ”-na məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdəverilmiş doğum akt qeydində olan “X12” qeydinin “X10 ”-na məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2959/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2959/2020
20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver