Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3024/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X14 ilə xx xxx 1938-ci il təvəllüdlü Maraqlı şəxs qohum olması- qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş, atası X14 xx xxxx 1932-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, atası X8, anası X11 olmuşdur. Yusubov Rəhim və Yusubova Pərinin onun atasından başqa xx.xx.1938-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.1942-ci il təvəllüdlü X2 adlı uşaqları da olmuşdur. Onun atası X14 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Hazırda əmisi Maraqlı şəxs öz mülkiyyətində olan evi ona bağışlamaq istəyir, lakin notariat kontorunda atasının doğum şəhadətnaməsinin olmamasısəbəbindən atası ilə əmisinin qohumluq münasibətini müəyyən etmək mümkün olmadığından bağışlama müqaviləsini rəsmiləşdirə bilməmişlər. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, o, ərizəçinin əmisidir. Onun atası X8, anası X4r. Onlar 5 qardaş olmuşlar, qardaşlarından İsa 2017-ci ilin avqust ayında rəhmətə getmişdir. O, ərizəçinin atası X14 ilə qardaşdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, ərizəçinin bibisidir. Onun atası X8, anası X4r. Onun beş qardaşı olmuş, Hüseyn, İsa, Güləhməd, Namaz və Mahmud, qardaşlarından İsa 2017-ci ilin avqust ayında rəhmətə getmişdir. X14 ilə xx xxx 1938-ci il tarixdə anadan olmuş Maraqlı şəxs onun qardaşlarıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi oğludur.Onun atası 5 qardaş - Hüseyn, İsa, Güləhməd, Namaz və Mahmud olmuşdur. Əmisi İsa 2017-ci ilin avqust ayında rəhmətə getmişdir. X14 ilə xx xxx 1938-ci il tarixdə anadan olmuş Maraqlı şəxs qardaşdırlar. xx.xx.2017-ci il tarixdə Gəncə “Asan xidmət” Qeydiyyat mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2017-ci il tarixdə ölmüşdur. xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 birgə nikahlarından xx.xx.1938-ci il tarixdə Maraqlı şəxs anadan olmuşdur. xx.xx.1961-ci il tarixdə Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X1 birgə nikahlarından xx.xx.1959-cu il tarixdə Ərizəçi oğlu İsa oğlu anadan olmuşdur. xx.xx.1976-cı il tarixdə Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Yusibova (Həsənova) Mehriban Bəşir qızının nikahları xx xxxxxxxx 1961-ci il tarixdə 910 saylı akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli 683/4 saylı məktubda, Dövlət arxivinin Gəncə filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin rayon vətəndaşlıq vəziyyətinin aktlarının qeydiyyatı şöbəsi arxiv fondunun 1932-ci il üzrə doğum, 1936-cı1942-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X7 doğum qeydi aşkarlanmamışdır. Maraqlı şəxs verdiyi şifahi məlumata əsasən qardaşı 1932-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Qeyri respublikasının arxiv sənədləri Dövlət arxivinin Gəncə Filialına təhvil verilmədiyi üçün sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin izahatları, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası xx.xx.2017-ci il tarixdə ölmüş X14 ilə əmisi xx xxx 1938-ci il təvəllüdlü Maraqlı şəxs qardaşdırlar. Məhkəmə hesab edir ki, Maraqlı şəxs ərizəçinin atası X14 ilə qardaşı olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 1938-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə ölmüş X14 ilə qohumluq (qardaş) münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3024/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3024/2020
16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver