Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-308/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB-nin X6 İstismarı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB-nin X6 İstismarı İdarəsinə qarşı Dövlət Neft Şirkəti "xxxx" İB-nin X6 İstismarı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İBnin əməkdaşları tərəfindən tərtib olunmuş 21.10.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır və yaşayış evi üçün quraşdırılmış qaz hesablama sayğacı küçədə quraşdırılmışdır. Qazdan istifadəyə görə müasir “Smart” kart tipli sayğacdan 27.08.2021-ci il tarixə kimi normal qaydada istifadə etmiş, hər ay qazı heç bir səbəb olmadan, X5 İdarəsi tərəfindən bir neçə dəfə dayandırmışlar və nəticədə abonentlərin sayğacında qalıq vəsaiti olmasına baxmayaraq, sayğaclar bloka düşərək təbii qazı istifadəyə ötürmürlər. Buna görə, təkrar ödəniş etmək məcburiyyətində qalmışlar. Sonuncu dəfə cari ilin avqust ayında təkrar bu hal yarananda sayğacın blokdan çıxması üçün pul vəsait yükləməyə getmiş, amma karta pul yükləmək mümkün olmamışdır. X5 İdarəsi ilə əlaqə saxlayanda bildirmişlər ki, sayğac yenisi ilə əvəz edilməlidir. O, da İdarəyə müraciət etmiş və idarənin bir nəfər əməkdaşı 27.08.2021-ci il tarixdə gələrək istifadələrində olan Smart elektron sayğacın möhürləri və sayğacın özünün normal vəziyyətdə olduğunu görərək sökmüş və yerinə təzə mexaniki sayğac quraşdırmış, təqribən 2 aydan sonra əraziyə baxan mühəndis zəng edərək, onların sayğacına 73 manat məbləğində aktın yazıldığını bildirmişdir. Bununla əlaqədar idarəyə müraciət edəndə məlum olmuş ki, onların iştirakı olmadan söküləndə normal vəziyyətdə olmuş “Smart” sayğaca “müdaxilə” adı altında bir tərəfli qaydada 21.10.2021-ci tarixdə ******* saylı akt tərtib olunmuş və onun əsasında 432 manat məbləğində vəsait hesablanmışdır. "xxxx" İBnin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, həmçinin akt tərtib olunan zaman onun, ailə üzvələrinin və hal şahidlərinin iştirakı təmin edilməmişdir ki, bu da “X3 Qaydalarının” və eləcə də mövcud qanunvericiliyin tələblərinə ziddir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz olunması üçün çıxarılaraq labaratoriyaya göndərilmiş və laboratoriya rəyində qaz sayğacının deşici alətlə deşilməsi müəyyən olunmuş, dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi barədə akt tərtib olunmuş, iddiaçı tərəfindən 432 (dörd yüz otuz iki) manat qaz sərfiyyatı olması müəyyən edilmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 21.10.2021-ci il tarixdə tərtib olunmuş ******* saylı AKT-ın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman MSK-29/1710-03616-2 saylı rəyə əsasən sayğacın mexanizminin qoruyucu örtüyü üst hissədən deşici alətlə deşilməsi müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb olunması barədə akt tərtib olunmuşdur. 27.08.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT-dan görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış Stron tipli G4 markalı 1402Az**********34 nömrəli qaz sayğacı Mex tipli G4 markalı **********9 nömrəli qaz sayğac ilə əvəz edilmişdir. 26.10.2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi kub.m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 4320 kub/m olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, "xxxx" İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi deşici alətlə deşilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. "xxxx" İB borcu sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi deşici alətlə deşilməsi nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, "xxxx" İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, "xxxx" İstehsalat birliyi tərəfindən hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsi deşici alətlə deşilməsi aşkar olması təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, "xxxx" İstehsalat birliyi tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanda qaz sərfiyyatına dair əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanda qaz sərfiyyatına dair hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-308/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-308/2022
27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver