Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-317/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı X6nın cavabdehlər Cavabdeh1 Elmar oğluna və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 Elmar oğluna və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişi bağladıqlarını bildirərək, bu barədə ərizələrini məhkəməyə təqdim etdilər. Barışıq sazişinin məzmununa görə,
1. X6 barışıq sazişi imzalanan gün Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Əhmədzadə Əhməd Elmar oğlunun və Cavabdeh2 azyaşlı uşaqları və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları müqabilində 20000 (iyirmi min) manat məbləğində kompensasiyanı Cavabdeh1 və Cavabdeh2 ödəməyi barədə razılığa gəlmişlər.
2. Əhmədzadə Əhməd Elmar oğlu və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə barışıq sazişi imzalanan gün həmin evdən pasport qeydiyyatından çıxarılmalarını, evin tam boşaldılaraq X3 təhvil verilməsini və gələcəkdə həmin evlə bağlı hər hansı bir tələblərinin olmayacaqları barədə razılığa gəlmişlər.
3. Bu barışıq sazişi imzalanan günə olan evin kommunal xərclərinə görə yaranmış borclar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər.
4. Cavabdeh1 X1rşı əvvəllər məhkəmələrdə qaldırılmış bütün iddialardan, o cümlədən hüquqi varis kimi prosesə cəlb olunduğu mərhum anası X2 tərəfindən qaldırılmış və hazırda qanuni qüvvəsini almamış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli 2(044)-179/2021 saylı mülki iş üzrə iddiadan imtina etməsi barədə razılığa gəlmişlər.
5. Bu barışıq sazişi ilə tərəflər bir-birinə qarşı daşınar və daşınmaz əmlaklarla bağlı gələcəkdə heç bir iddia tələbi irəli sürməyəcəkləri barədə razılığa gəlmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabbdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı X6 cavabdehlər Cavabdeh1 Elmar oğluna və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması» tələbinə dair iddiası ilə bağlı aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. X6 barışıq sazişi imzalanan gün Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Əhmədzadə Əhməd Elmar oğlunun və Cavabdeh2 azyaşlı uşaqları və əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları müqabilində 20000 (iyirmi min) manat məbləğində kompensasiyanı Cavabdeh1 və Cavabdeh2 ödəməyi öhdələrinə götürür.
2. Əhmədzadə Əhməd Elmar oğlu və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə barışıq sazişi imzalanan gün həmin evdən pasport qeydiyyatından çıxarılmalarını, evin tam boşaldılaraq, X3 təhvil verilməsini və gələcəkdə həmin evlə bağlı hər hansı bir tələblərinin olmayacağını öhdələrinə götürürlər.
3. Bu barışıq sazişi imzalanan günə olan evin kommunal xərclərinə görə yaranmış borclar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsini öhdələrinə götürürlər.
4. Cavabdeh1 X1rşı əvvəllər məhkəmələrdə qaldırılmış bütün iddialardan, o cümlədən hüquqi varis kimi prosesə cəlb olunduğu mərhum anası X2 tərəfindən qaldırılmış və hazırda qanuni qüvvəsini almamış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli 2(044)-179/2021 saylı mülki iş üzrə iddiadan imtina etməsini öhdəsinə götürür.
5. Bu barışıq sazişi ilə tərəflər bir-birinə qarşı daşınar və daşınmaz əmlaklarla bağlı gələcəkdə heç bir iddia tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Gündüz Şirinov