Məhkəmə qərarları › İş №2(044)-3175/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3175/2021

25.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3175/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı Cavabdeh ASC Gəncə rayon sukanal idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək, müəyyən etdim: İddiaçı Cavabdeh ASC Gəncə rayon sukanal idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ASC Gəncə rayon sukanal idarəsindən ona yazılmış 722,12 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin tərtib edilməsində AR MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, cavabdeh hüquqi şəxsin adı konkret olaraq göstərilməmişdir. Eyni zamanda iddia ərizəsi üzrə İddiaçı Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu 101Edə qeydiyyatdadır. Cavabdeh ASC Gəncə rayon sukanal idarəsi Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov 76 ünvanında yerləşir. Belə olan halda İddiaçı iddiasına baxılması Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə aid deyildir. AR MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara və AR MPM-nin 152.1.1 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh ASC Gəncə rayon sukanal idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar