Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3227/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən fərdi yaşayış evindən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, onun həmin evdən pasport qeydiyyatından çıxarılması, eyni zamanda cavabdehin ona məxsus əşyalar ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən fərdi yaşayış evi ona anası X2 tərəfindən 03.12.2018ci il tarixdə bağışlanmış, onun mülkiyyətindədir və bu barədə ona 13.12.2018-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh olan qardaşı Cavabdeh əvvəllər həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq yaşamadığından anası tərəfin dən məhkəmədə iddia qaldırılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3521/2018 saylı 01.10.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh həmin evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdehuzun müddət Rusiya Federasiyasında yaşamışdır. O, 2019-cu ildə Azərbaycan Respublikasına qayıtmış və qayıtdıqdan sonra burada pasport və sənəd işləri ilə əlaqədar qeydiyyata düşməsinin zəruri olduğunu bildirərək, ondan özünü Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən evinə qeydiyyata salınmasını xahiş etmişdir. O, qardaşının sənəd məsələləri ilə əlaqədar müvəqqəti qeydiyyata düşməli olduğunu və çətin vəziyyətini nəzərə alaraq, təxminən 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərində qardaşına Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən evinə qeydiyyata alınmasına razılıq vermişdir. Bu razılıq və onun həmin mənzilə qeydiyyata düşməsi formal xarakter daşımışdır. Həmçinin, cavabdeh bu razılıqdan sonra qeydiyyata düşərək, 2020-ci ilin fevral ayında özünə pasport almışdır. Bundan əlavə o, Azərbaycan Respublikasına qayıtdıqdan sonra başqa yaşayış yerinin olmadığını bildirdiyindən, onun həmin ünvanda müvəqqəti yaşamasına icazə vermişdir. Lakin Cavabdeh artıq 2 ildir ki, onun evində yaşayır və evindən çıxmaq istəmir. O, dəfələrlə cavabdehdən qeydiyyatdan çıxmasını, həmçinin özünə başqa yaşayış yeri tapmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, hal-hazırda iddia tələbinin həcminin azaldılaraq, dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İlkin iddia ərizəsində iddia tələbindən birini Cavabdeh onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən evdən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi təşkil edir. Lakin iş, materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnaməsinə əsasən Cavabdeh həmin evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. İddia ərizəsində də qeyd etdiyi kimi, Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra, 2019-cu ildə Azərbaycan Respublikasına qayıtmış və qayıtdıqdan sonra burada psport və sənəd işləri ilə əlaqədar qeydiyyata düşməsinin zəruri olduğunu bildirərək, ondan özünü Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən evinə qeydiyyata salmağı xahiş etmişdir. Qardaşının sənəd məsələləri ilə əlaqədar qeydiyyata düşməli olduğunu və çətin vəziyyətini nəzərə alaraq, təxminən 2019-cu ilin sonu- 2020-ci ilin əvvəllərində o, cavabdehin onun evinə qeydiyyata alınmasına razılıq vermişdir. Cavabdeh qeydiyyatı formal xarakter daşımış və onun həmin mənzildən istifadə hüququ yoxdur. O, cavabdüeh Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana və inzibati məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən fərdi yaşayış evindən ona məxsus əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. O, hazırda Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 03.12.2018-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən ev X4 tərəfindən İddiaçı bağışlanmışdır. 13.12.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi, 1-ci döngə, ev 10 ünvanda yerləşən ev İddiaçı adına qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh iddiaçı X1 məxsus ünvan 2 ünvana olan istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mülkdə iddiaçının razılığı ilə Cavabdeh müvəqqəti olaraq qeydiyyata düşməklə yaşamasına icazə verilmiş, hazırda iddiaçı cavabdehdən evdən çıxmasini tələb etsə də, cavabdeh evdən könüllü olaraq çıxmamışdır. Məhkəmə göstərir ki, cavabdehin mübahisəli mənzildən istifadəsi qanuni əsaslara söykənmədiyindən onun mübahisəli evdə yaşaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Dursunova Təranə Xaliq qızının mülkiyyət hüququ təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Tələb iddia tələbinin dəqiqləşdirilməsi hissəsində təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3227/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3227/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver