Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-327/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X9, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh1nə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi X1rşı hərracın etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X21 rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, 79/01 nömrəli hərracı yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ASC-yə verilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin ipotekadan azad edilərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək X21 rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, 79/01 nömrəli hərracı yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ASC-yə verilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, X21 rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evi əvvəllər iddiaçının mərhum əri X7 mülkiyyətində olmuş, sonradan vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının əri Nazimin sağlığında həmin ev Cavabdeh2 ASC ilə xxxxxxx MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi banka girov qoyulmuş, lakin ipoteka müqaviləsi imzalanan zaman iddiaçının bundan xəbəri olmamışdır. Daha sonra tutma ipoteka predmeti olan həmin evə yönəlmiş və harraca çıxarılaraq bankın mülkiyyətinə keçmişdir. İddiaçının evin hərracdan satılmasından, hərracın keçirilməsindən məlumatı olmamış və ev 2015-ci ildən bankın mülkiyyətinə keçdikdən sonra nə bank, nə də icra idarəsi tərəfindən iddiaçının evdən çıxması ilə bağlı heç kəs müraciət etməmiş, iddiaçı bu günə qədər də həmin evdə yaşayır. İddiaçı 2019-cu ilin oktyabr ayının sonlarında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət edərkən evin bankın mülkiyyətinə keçməsi barədə məlumat almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin ipoteka predmeti olan iddiaçıya məxsus evə dair keçirilmiş məhkəmə iclasları və icra hərəkətləri barədə də iddiaçının məlumatı olmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı qəbul etməyərək bildirdi ki, iddiaçı özünə məxsus, ipoteka predmeti olan X21 rayonu, Vaqif küçəsi, 102 saylı fərdi yaşayış evinin banka girov qoyulmasından, tutmanın həmin əmlaka yönəldilməsindən və hərracın keçirilməsindən məlumatı olmadığını bildirsə də, sonuncu ipoteka müqaviləsi bağlanan zaman notarial razılıq ərizəsi vermiş, tərəf olaraq onlara göndərilmiş məhkəmə bildirşlərinin və hərracın keçirilməsi barədə bildirişlərin bir surəti iddiaçıya da göndərilmişdir. Həmçinin iddiaçının qızı X8 barəsində X18 Məhkəməsinin hökmündə də sonuncunun anası Diləfruzun onun himayəsində olduğunu bildirməsi iddiaçının əvvəlcədən bu məslədən məlumatı olduğunu göstərir. İddiaçı hərracın keçirilməsi barədə yekun protokolun və alqı-satqı müqaviləsinin imzalandığı gündən 4 il sonra iddia qaldırmışdır ki, bu mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki iddiaçı 1 il ərzində hərrac barədə protokolu və alqı-satqı müqaviləsini mübahisələndirə bilərdi. 2015-ci ildə ipoteka predmeti olan ev hərraca çıxarılaraq bankın mülkiyyətinə keçdikdən sonra bank ləğv olunmuş və bankın əməkdaşları ləğv prosesi ilə məşğul olduqlarından iddiaçının evdən çıxarılması ilə bağlı müraciət etməmişlər. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-1212/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxx” MMCdən əsas borc üzrə 147593,89 manat, faiz borcu üzrə 67007,98 manat, cəmi 214601,87 manatın və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan Gəncə şəhəri Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərracda satılması, ilkin satış qiyməti 300000 manat dəyərində qiymətləndirilmiş, həmin yaşayış sahəsinin dəyərindən 214601,87 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı qaytarılması, ev satıldıqdan 1 ay sonra İddiaçı və X6 evdən çıxarılaraq evin boşaldılması qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-1212/2014 saylı qətnaməsinin İddiaçı məxsus olan Gəncə şəhəri Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat dəyərində qiymətləndirilməsi hissəsində dəyişdirilərək ipoteka qoyulmuş evin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı “Hərracın yekunları barədə protokol”un və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, İddiaçı mülkiyyətində olan İddiaçı məxsus olan Gəncə şəhəri Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 63750 manata Cavabdeh2 ASC-yə satılmışdır. - xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, Gəncə şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X3 şəhəri Vaqif küçəsi, 102 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun Cavabdeh2 ASC-yə adından X12 məxsus olmasını təsdiq etmiş, həmin ev Cavabdeh2 ASC-yə adından X15 tərəfindən 63750 manata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddiasının əsası kimi hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə iclasları və icra hərəkətləri barədə məlumatı olmadığını göstərmişdir. Məhkəmə işin obyektiv həlli baxımından Cavabdeh1ndən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-1586/2014 saylı icra sənədi ilə bağlı icra işini və X21 Rayon Məhkəməsinin 8(044)-780/2015 saylı işi tələb etmiş, həmin icra işinin materiallarında İddiaçı tələbin könüllü icrası barədə bildirişin və xəbərdarlıqların təqdim olunmasına, hərracın keçirilmə vaxtı və yeri barədə öncədən xəbərdar edilməsinə dair heç bir sübuta rast gəlinməmişdir. İcra işinin materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən göndərilmiş bildirişlərdə İddiaçı adı qeyd edilsə də, onun həmin bildirişləri alması barədə heç bir sübut yoxdur. Həmçinin cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə dəfələrlə sorğu verilərək İddiaçı hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbər verilməsi və həmin məlumatın çatması barədə məhkəməyə məlumat verilməsi tələb olunsa da, sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qeyd olunan normaya əsasən məhkəmə iddiaçının nümayəndəsinin bildirdiklərinə əsasən hesab edir ki, iddiaçı hərracın keçirilməsi barədə bildirişi almamış və ona hərracın keçirilməsi barədə məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan mətninə əsasənhərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad edib iddiaçının əqdin etibarsız sayılması üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində əqdin etibarsızlığı haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət iddia müddəti deyil, kəsici müddətdir. İddiaçının alqı-satqı müqaviləsi barədə məlumatı olduğu vaxtdan 1 il ərzində əqdin etibarsızlığını mübahisələndirmək hüququ vardır. İddiaçı ona məxsus, ipoteka predmeti olan evin hərraca çıxarılaraq Cavabdeh2 ASC-yə satılması barədə xx.xx.2019cu il tarixdə məlumatı olduğundan və xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etdiyindən o, 1 illik müddəti keçirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında da bildirmişdir ki, 2015-ci ildə ipoteka predmeti olan ev hərraca çıxarılaraq bankın mülkiyyətinə keçdikdən sonra bank ləğv olunmuş və bankın əməkdaşları ləğv prosesi ilə məşğul olduqlarından iddiaçının evdən çıxarılması ilə bağlı müraciət etməmişlər. Göründüyü kimi ipoteka predmeti olan evin həraca çıxarılaraq bankın mülkiyyətinə keçməsindən iddiaçının xx.xx.2019-cu il tarixə qədər məlumatı olmamış, iddiaçının məlumatı olduqdan sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ona məxsus olan Gəncə şəhəri, Vaqif küçəsi 102 nömrəli fərdi yaşayış evinə dair hərracın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədiyindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı hərracın yekunları barədə protokolu və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə şəhəri, Vaqif küçəsi 102 nömrəli fərdi yaşayış evinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 79/01 saylı hərracın yekunları barədə protokolu və xx.xx.2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin, Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X21 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-327/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-327/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver