Məhkəmə qərarları › İş №2(044)-3305/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3305/2021

04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3305/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ərizənin etibarsız hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «ərizənin etibarsız hesab edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.05.2019-cu il tarixli 7E-3083 reyestr nömrə ilə qeyd olunmuş miras paydan imtina etməsinə dair ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun əri X2 adına Göygöl rayonu, Qızılca kəndində 0.64 ha torpaq sahəsi vardır və onun əri Allahverən Qurbanov 12.09.2006-cı il tarixdə vəfat etmiş və ərinin vəfatından sonra mirası o, qəbul edərək idarə ettmişdir. Hazırda o, yaşlı olduğu üçün mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna gedib şəhadətnamə almaq əvəzinə mirasdan imtinaya dair ərizə vermişdir. Həyat yoldaşının vərəsələrinin hamısı mirasın onun adına keçməsi üçün mirasdan imtina etmişlər. Notarius ondan belə bir ərizə ala bilməzdi. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Göründüyü kimi onun həyat yoldaşı 2006-cı ildə vəfat etmiş və həmin vaxtdan 15 il keçir. Ona görə də onun mirasdan imtinası barədə ərizəsi qəbul edilməli idi. Ona görə də qanunun tələblərinin pozulması ilə qəbul edilmiş ərizəsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmədir. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh notariusu Aris Ələkbərov tərəfindən məhkəməyə ünvanlanmış məktubda, İddiaçı Cavabdehnə qarşı ərizənin etibarsız hesab edilməsi tələbinə dair işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 08.07.2021-ci il tarixli 682 saylı məktubda, 20.05.2019-cu il tarixdə Cavabdehndə, 7E-3083 reyestr nömrə ilə qeyd olunmuş, miras paydan imtina edilməsi ilə bağlı verilmiş ərizənin ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsiə uyğun olaraq geri götürülə və ləğv edilə bilməməsi bildirilmişdir. 02.07.2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə, ərizə yazaraq əri X2 12.09.2006-cı il tarixdə vəfat etməsini, onun vəfatından sonra Xanlar (Göygöl) rayonu, Qızılca kəndində yerləşən 0.64 ha torpaq sahəsində olan payı miras qalmasını, ərinin vəfatından sonra həmin əmlakdan (mirasdan) ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməməsini, istifadə etmədiyini və gələcəkdə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini bildirərək, bu barədə ərizə vermişdir. 19.01.1974-cü il Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 birgə nikahlarından xx xxxxxxxx 1953cü il tarixdə İddiaçı anadan olmuşdur. 16.04.1974-cü il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd Sovetliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı nikahları 16 aprel 1974-cü ildə 3 saylı akt qeydi ilə bağlanmışdır. 14.09.2006-cı il tarixdə Xanlar rayonu Qızılca kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. 16.04.1974-cü il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından12 yanvar 1974-cü il tarixdə X5 anadan olmuşdur. 05.08.1975-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından 17 iyul 1975-ci il tarixdə X7 anadan olmuşdur. 12.03.1977-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından 17 fevral 1977-ci il tarixdə (Əsgərov) X6 anadan olmuşdur. 05.07.1988-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından 01 iyul 1988-ci il tarixdə X8 anadan olmuşdur. 03.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.4164 saylı torpaq sahəsi X3 adına qeyd edilmişdir. Ərizəçi yazdığı ərizənin etibarsız hesab edilməsinə dair tələbini həmin ərizənin yanılma təsiri altında yazıldığı ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə nəzərə alır ki, ərizəçi aldadıldığına istinadla ərizənin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ərizəçinin imzaladığı ərizənin mətnindən görünür ki, orada ərizə onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius ərizənin ərizəçinin şəxsən özünün onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Cavabdehnə qarşı «ərizənin etibarsız hesab edilməsi» dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı Cavabdehnə qarşı «ərizənin etibarsız hesab edilməsinə» dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar