Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-332/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəliyin müəyyən edilməsi, miras mülkün qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəliyin müəyyən edilməsi, miras mülkün qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 235.0 kv.m torpaq sahəsi üzərində yerləşən 130.6 kv.m yaşayış sahəsinə və 104.4 kv.m həyətyanı sahəyə onun vərəsəliyinin müəyyən olunmasına, miras mülkün qəbul edilməsinə və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxxxx 1955-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. O, doğulduğu gündən bugünə kimi ünvan 1da qeydiyyatda olmaqla yaşamışdır. Həmin mülk X2na məxsusdur. X2 1949-cu il tarixində Gəncə şəhərində vəfat etmişdir. Babasının iki övladı X18 və X15 olmuşdur. X3 01 dekabr 1986-cı il tarixində vəfat etmişdir. Əmisi ailə həyatı qurmamış, nikaha daxil olmamışdır. X4 anası Ulduz Məmmədova ilə nikaha daxil olmuş və nikahlarından 4 övladları dünyaya gəlmişdir, yəni onun X6, Cavabdeh və X10 adlı qardaş-bacıları olmuşdur. X1 12 yanvar 1990-cı il tarixdə vəfat etmişdir. Hazırda baba mülkü olan ünvan 1 ünvanını adına rəsmiləşdirmək istəyir. Bu barədə vərəsəliyin tanınması üçün notariat kontoruna müraciət etmişdir, lakin orada ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Həmçinin o, şəhid ailəsidir. İki qardaşı torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı doğulduğu gündən bugünə kimi ünvan 1-da qeydiyyatda olmaqla həmin evdə yaşayır. Həmin mülk X2na məxsusdur. Hal-hazırda həmin yaşayış sahəsinə qardaşı İddiaçı vərəsəliyinin müəyyən olunmasına və həmin miras mülkün qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən X10 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı doğulduğu gündən bugünə kimi ünvan 1-da qeydiyyatda olmaqla həmin evdə yaşayır. Həmin mülk X2na məxsusdur. Hal-hazırda həmin yaşayış sahəsinə qardaşı İddiaçı vərəsəliyinin müəyyən olunmasına və həmin miras mülkün qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, İddiaçı dayısı oğludur və onunla qonşuluqda yaşayır. İddiaçı həmişə ünvan 1 ünvanında yaşamışdır və hal-hazırda da həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, o, İddiaçı xalası oğludur, həmçinin onunla qonşuluqda yaşayır. İddiaçı ömrü boyu Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 3-cü döngə, ev 9 ünvanında yaşamış, hazırda da həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, İddiaçı dayısıdır. O, bacısı oğlu İddiaçıla qonşuluqda yaşayır. Üzeyir Məmməd anadan olandan ünvan 1 ünvanında yaşayır. İddiaçının Səltənət və Lətafət adlı iki bacısı vardır. İddiaçının X1 vəfat edib, onun uşağı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 18.01.1990-cı il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 yanvar 1990-cı il tarixdə vəfat etmişdir. 26.11.1991-ci il tarixdə VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. 01.12.1991-ci il tarixdə VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 dekabr 1986-cı il tarixdə vəfat etmişdir. 02.08.1993-cü il tarixdə Gəncə şəhər Nizami VVADQ tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 02 avqust 1993-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli , 2(044)- 1127/2019 saylı qətnaməsindən görünür ki, X8 1949-cu ildə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, ünvan 3 evin sahibi X13r. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 10 iyul 2019-cu il tarixli, 308 saylı “notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərarından görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04.03.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 fərdi yaşayış evinə dair X8 adına 1962-ci ildə “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və 1939-cu il tarixində 235.0 kv.m. torpaq sahəsinə dair 3114 nömrəli “Torpaq qeydi” sənədi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Torpaq qeydi”ndən görünür ki, həmin ünvan X9 verilmişdir. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 3-cü döngə, 9 saylı ünvanda yerləşən mülk iddiaçının X2ndan miras qalmışdır. İddiaçının X2 1949-cu il tarixdə vəfat etmişdir Həmin miras mülkü İddiaçı istifadə və idarə etmişdir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı 1949-cu ildə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınmalı, 1949-cu ildə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanda yerləşən mülkün İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, 1949-cu il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanda yerləşən 235.0 kv.m torpaq sahəsi üzərində yerləşən 130.6 kv.m yaşayış sahəsinə və 104.4 kv.m həyətyanı sahəyə İddiaçı vərəsəlik hüququ tanınmalıdr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 1949-cu il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsi tanınsın. 1949-cu il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanda yerləşən evin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. 1949-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 3-cü döngə, 9 saylı ünvanda yerləşən mülkə (235.0 kv.m torpaq sahəsi üzərində yerləşən 130.6 kv.m yaşayış sahəsinə və 104.4 kv.m həyətyanı sahəyə) İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-332/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-332/2021
30.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver