Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3321/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Əliyeva Kifayət Nəbi qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi, qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi, qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi, hazırkı “Sevinc” şadlıq sarayının üzərində onun 95.72 faiz payı, Cavabdeh 4.28 faiz payı müəyyən edilməsi, əvvəlki qaydada bölünmüş artıq pay Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi 1998-ci ildə onun tərəfindən özəlləşdirilmiş, özəlləşdirməyə dair cavabdeh tərəfindən heç bir çek ödənişi edilməmiş, 1998-ci ildə keçirilən 68 saylı Auksionda, 11.07.1998-ci il tarixli 04 saylı Auksion Protokoluna əsasən obyekt 421600 (qırx iki milyon yüz on altı min) manata o, udmuşdur. 25.07.1998-ci il tarixli Girov müqaviləsi və 18.08.1998-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında 12111 saylı obyektin alqı-satqı müqaviləsi bağlanmaqla əmlakın 70 faizi dövlətə, qalan 30 faizi isə kollektivin payçıları arasında bölüşdürülmüşdür. Əmlak bölgüsü alınmadığından kollektivin 30 faiz payçılarından biri olan Cavabdeh düşməli pay 4.28 faiz olduğu halda, yəni 4.28:3= 1.42 faiz pay düşməsi olduğu halda cavabdeh qanunsuz olaraq özəlləşdirilmiş əmlak üzərində payını onunla bərabər saymaqla əmlak dəyəri üzərində payını 14.3 faiz hesab edərək istifadə etmişdir. Əgər iş üzrə ekspertiza keçirilərsə və işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərilərsə Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 26.10.2005-ci tarixli 006230 qeydiyyat nömrəli şəhadətnamədə onun payının 95.72 faiz Cavabdeh payının isə 4.28 faiz olması öz təsdiqini tapacaqdır. Mülkiyyət hüququ qorunmalı, cavabdehin qanunsuz sahibliyində qalmış payı geri alınmalıdır. O, hazırkı iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinəmüraciət etmiş və məhkəmənin 06.05.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. O, sonradan həmin qərardaddan şikayət versə də Gəncə Apelyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(044)-5293/2015 saylı qətnaməsinə əsasən İddiaçı ona qarşı “payların müəyyən edilərək qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli 2(104)-640/2016 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(044)-5293/2015 saylı qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2016-cı il tarixli 2(102)-3781 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli 2(104)-640/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(044)-5293/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilərək qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iş üzrə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi, hazırkı “Sevinc” şadlıq sarayının üzərində İddiaçı 95.72 faiz payı, Cavabdeh 4.28 faiz payı müəyyən edilmiş, əvvəlki qaydada bölünmüş artıq pay Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli 2(104)-640/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(044)- 5293/2015 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh və qeyrisinə qarşı ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi, hazırkı “Sevinc” şadlıq sarayının üzərində onun 95.72 faiz payının, Cavabdeh 4.28 faiz payı müəyyən edilməsi, əvvəlki qaydada bölünmüş artıq pay Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2016-cı il tarixli 2(102)-3781 saylı Qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli 2(104)-640/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mübahisəyə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış 23.12.2015-ci il tarixli 2(044)-5293/2015 saylı qətnamə, Gəncə Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli 2(104)-640/2016 saylı qətnaməsinə əsasən ləğv edilmiş və ünvan 1 ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə fabriki “Göy-Göl” icarə müəssisəsi, hazırkı “Sevinc” şadlıq sarayının üzərində onun 95.72 faiz payının, Cavabdeh 4.28 faiz payının müəyyən edilməsi, əvvəlki qaydada bölünmüş artıq payın Cavabdeh qanunsuz sahibliyindən alınaraq, İddiaçı qaytarılması barədə iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2016-cı il tarixli 2(102)-3781 saylı Qərarı artıq qanuni qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi, qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3321/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3321/2021
28.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver