Məhkəmə qərarları › İş №2(044)-3340/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3340/2021

27.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3340/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2, Müstəqil tələb irəli sürən üçüncü şəxs və X8 nümayəndəsi X27 və onun nümayəndəsi, vəkil X9, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X35 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər X51, X65, X66, X79, X36, X10 qarşı «miras əmlakdan payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X27, X8, X35, Cavabdeh1 cavabdehlər Qasımova Tahirə Əli qızına və İddiaçı2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərə tanınma, paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər X51, X65, X66, X79, X36, X10 qarşı «miras əmlakdan paylarınmın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X27, X8, X35, Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərə tanınma, paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X80 miras qalmış Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə onlar müstəqil tələb irəli sürən üçüncü şəxslərin mirası qəbul edilmə faktının müəyyən edilməsi, X37 mərhum X5 vəsiyyətnamə üzrə vərəsəsi tanınması, Gəncə şəhəri, ünvan 2 evdən 1/4 hissəyə görə mülkiyyət hüququnun tanınması, mərhum X103 məxsus Gəncə şəhəri, ünvan 2 evin 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X27 və uşaqlarının, 1/4 hissəsinə X35 miras payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum babaları X89 adınadır, babaları 1936-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra digər vərəsələr kimi onların ataları X121 və X104 da bu mülkdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Lakin ataları mirası qəbul etsələr də, onu öz adlarına rəsmiləşdirmədən vəfat etmişlər. X104 07.10.1996-cı il tarixdə, X121 isə 07.11.2004-cü il tarixdə vəfat etmişlər. Hazırda isə cavabdehlər onların xəbərləri olmadan miras mülkü öz adlarına keçirmək istəyirlər. Bundan yalnız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və notariusa müraciət edən zaman məlumat toplamış və bundan sonra hər-hansı bir əməliyyat aparılmamasını tələb etmişlər. Bu səbəbdən də sözügedən miras mülkə paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüquqlarının tanınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1948-ci ildən Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən evdən çıxmışdır. O, hazırda ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması və müstəqil iddia tələbi üzrə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən evdə ümumiyyətlə yaşamamışdır. O, hazırda ünvan 4 ünvanda qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması və müstəqil iddia tələbi üzrə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. O, Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən evdə anası X52 və bacısı X21 ilə birlikdə yaşayır. Həmin ünvanda onlardan başqa X67 və Cavabdeh1 ailələri ilə birlikdə yaşayırlar.Məhkəmədən onun Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən miras mülkdən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs və X8 nümayəndəsi X52 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onların Gəncə şəhər “ASAN xidmət” mərkəində fəaliyyət göstərən notariat kontorundan aldıqları vərəsəlik məktubu əsasında X89 adına 30.07.2021-ci ildə rəsmi reyestrdə qeydiyyatdan keçmişdir. Məhz onlar həmin mülkdə yaşamış orada pasport qeydiyyatında olduqları üçün onlara notariat kontoru tərəfindən vərəsəlik məktubu verilmişdir. Hazırda cavabdehlər məhkəməyə müraciət edərək həmin mülkdən miras pay istəyirlər. Cavabdehlərin ataları X121 və X104 mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etməmişlər. X122 07.02.1936-cı il tarixdə vəfat etmişdir. O, yəni X52, X61 Rəsul Tağı oğlunun oğlu X43 arvadı, X21 onun qızı, Cavabdeh2 onun oğlu, X20 Əliyevin oğlu X68 oğlu, Cavabdeh1 Tağı Əliyevin oğlu X53 oğludur. Tağı Əliyevin arvadı X54 07.12.1979-cu ildə, Cavabdeh2 Tağı oğlu 10.11.2007-ci ildə, X105 01.06.2018-ci ildə, X90 27.09.2013-cü ildə, X81 04.06.2020-ci ildə vəfat etmişlər. X61 Qaffar Tağı oğlu da həmin mülkdə yaşayaraq mirası qəbul etmişdir və o, 02.05.1995-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra sağ qalan yeganə vərəsəsi arvadı X17 12 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Simuzər Əliyeva da mübahisəsli evin onların yaşadığı, onun payına düşən hissəsini ona Gəncə şəhəri 6 saylı notariat kontorunun 2V-1-04 reyestr nömrəli 11 yanvar 2015-ci tarixli vəsiyyətnaməsi əsasında vəsiyyət etmişdir. Həmin mülkdə yalnız X13 evləndiyi X22 olan övladları, yəni Cavabdeh2 Tağı oğlu, X68 oğlu, X90 və X32 Əliyevin vəfatından sonra yaşamışlar, mirası faktiki qəbul etmişlər. Tağı Əliyevin əvvəlki arvaddan olan uşaqları isə hələ Tağı Əliyevin sağlığından başqa ünvana köçmüş, bir daha həmin ünvana qayıtmamışlar. Həmin dövrdə fərdi yaşayış evlərində yaşayan şəxslərin siyahısı “ev dəftəri” deyilən sənədlə təsdiqlənmiş və həmin “ev dəftərindən” görünür ki, onların adları qeyd edilməmişdir. X89 vəfatı ilə mirasın açıldığı dövrdə Azərbaycan SSR-nin 1923-1964-cü illərdə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ bölməsinin 499-cu maddəsinə əsasən, vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Göstərilənlərə əsasən, onlar müstəqil tələb irəli sürən üçüncü şəxslər mərhu X80 miras qalmış Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən miras payı almalıdırlar. Həmin evin X53 payına düşən 1/4 hissəsi Cavabdeh1, X55 payına düşən 1/4 hissəsi onun, Cavabdeh2 Tağı oğlunun payına düşən 1/4 hissə onun və uşaqlarının, X68 payına düşən 1/4 hissə X35 mülkiyyətinə verilməlidir. Məhkəmədən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər X51, X65, X66, X79, X36, X10 qarşı «miras əmlakdan paylarınmın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia tələbinin təmin olunmaması və onların iddia tələbinin təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etdi. X27 nümayəndəsi, vəkil X23 məhkəmə iclasında X52 ilə eyni məzmunlu izahat verdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X67 məhkəmə iclasında X52 ilə eyni məzmunlu izahat verdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasında X52 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 ifadəsində bildirdi ki, o, ünvan 6 ünvanda yaşayır. O, X106 tanımışdır. Tağı Əliyev daima ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Mobil də həmin evdə yaşamışdır. Əlinin həmin evdə yaşamasını görməmişdir. Hazırda həmin evdə İntizam, Elman, Rəsulun gəlini Aynurə və onun uşaqları yaşayırlar. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan: 12.07.1991-ci il tarixdə Gəncə şəhəri Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 4726 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 8 ünvanı X92 adına qeyd edilmişdir. 15.10.2021-ci il tarixdə Gəncə şəhərində X44 ilə X56 tərəfindən tərtib olunmuş və imzalanmış Aktdan görünür ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində Əliyev Tağı Əli oğlunun oğlanları X91, X105, Cavabdeh2 Tağı oğlu və Əliyev Muxtar Tağı oğlunun yaşadıqlarının şahidi olmuşlar. X121 və X69 həmin ünvanda yaşadıqlarını görməmişlər. Onlara çatan məlumata görə onlar hələ ataları Tağı Əliyevin sağlığından həmin ünvandan başqa ünvana köçmüşlər. 19.11.1970-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X121 ilə X26 birgə nikahlarından xx xxxx 1947-ci il tarixdə X93 anadan olmuşdur. 29.01.1969-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X121 ilə X26 birgə nikahlarından 01 oktyabr 1944-cü il tarixdə X94 anadan olmuşdur. 08.12.1958-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X121 ilə X26 birgə nikahlarından 31 dekabr 1953-cü il tarixdə X107 anadan olmuşdur. 06.04.1960-cı il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X104 ilə X3 birgə nikahlarından 08 mart 1960-cı il tarixdə X38 anadan olmuşdur. 06.09.1968-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X104 ilə X15 birgə nikahlarından 17 avqust 1968-ci il tarixdə X108 anadan olmuşdur. 28.08.1958-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X104 ilə X3 birgə nikahlarından 18 avqust 1951-ci il tarixdə X95 anadan olmuşdur. 08.08.1973-cü il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X104 ilə X3 birgə nikahlarından 16 fevral 1957-ci il tarixdə X70 anadan olmuşdur. 23.06.1970-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X104 ilə X3 birgə nikahlarından 24 aprel 1954-cü il tarixdə X45 anadan olmuşdur. 15.08.1979-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Bayramova (Əliyeva) Sarabəyim Mobil qızının nikahları 15 avqust 1979-cu il tarixdə 1005 saylı akt qeydi ilə bağlanmışdır. 28.08.1981-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə Muradova (Əliyeva) Rayidə Mobil qızının nikahları 28 iyul 1981-ci il tarixdə bağlanmışdır. 29.04.1971-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X46 ilə Qasımova (Əliyeva) Tahirə Əli qızının nikahları 29 aprel 1971-ci il tarixdə bağlanmışdır. 07.10.1996-cı il tarixdə Gəncə şəhəri, Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X104 07 oktyabr 1996-cı il tarixdə vəfat etmişdir. 08.11.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X121 07 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. 20.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 29.06.1934-cü il tarixli torpaq sənədinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Nağıbəy Şeyxzamanov küçəsi, 23 saylı fərdi yaşayış evi (İsrafil Məmmədov küçəsi, 3-cü döngə, 23) X89 adına qeyd edilmiş, X89 adına dövlət reyestrindən qeydiyyatdan keçmiş və onun adına 30.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 31.01.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 171 saylı arayışdan görünür ki, mərhum X104 07.10.1996-cı il tarixdə vəfat etmiş, həmin günədək ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Mərhumun ailə üzvləri – arvadı X28 126.10.2001-ci il tarioxdə vəfat etmiş, oğlu-X95 1951-ci il təv., qızı- Mustafayeva (Əliyeva) Svetlana Mobil qızı – 1954 təv., qızı Muradova (Əliyeva) Rayidə Mobil qızı 1957-ci il təv., qızı Bayramova (Əliyeva) Sarabəyim Mobil qızı 1960-cı il təv., oğlu X108 1968-ci il təv., valideynlərindən sağ qalan yoxdur. 11.01.2015-ci il tarixdə Gəncə şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 2V-1-04 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X17 –ölən günədək özünə məxsus ünvan 10 ünvanda yerləşən yaşayış evindən ona çatası payı- X40 vəsiyyət etmişdir. 13.11.2012-ci il tarixdə X139 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X105 ilə X29 birgə nikahlarından 20 sentyabr 1958-ci il tarixdə X67 anadan olmuşdur. 02.06.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X105 01iyun 2018-ci il tarixdə vəfat etmişdir. 14.11.2007-ci il tarixdə Gəncə şəhəri, Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Tağı oğlu 10 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. 09.09.1970-ci il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin aurətinadən görünür ki, Cavabdeh2 Tağı oğlu ilə X30 birgə nikahlarından 27 avqust 1970-ci il tarixdə X57 anadan olmuşdur. 08.09.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Cavabdeh2 ünvanlanmış 2771 saylı məktubdan görünür ki, mirasın qəbuluna dair razılığa gələ bilmədikıləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 17.09.2013-cü il tarixdə X139 tərəfindən verilmiş arayışdan görünür ki, X122 07.02.1936-cı il tarixdə vəfat etmişdir. 30.10.1968-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Tağı qızı ilə X41 birgə nikahlarından 26 may 1968-ci il tarixdə X81 anadan olmuşdur. 09.05.1963-cü il taridə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Tağı oğlu ilə Əliyeva (Karayeva) Tamella Xudu qızının nikahları 09 may 1963-cü il tarixdə bağlanmışdır. 13.04.2005-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 aprel 2015-ci il tarixdə vəfat etmişdir. 08.12.1979-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X54 07 dekabr 1979-cu il tarixdə vəfat etmişdir. 30.07.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nağıbəy Şeyxzamanov küçəsi, ev 23 X106 adına qeyd edilmişdir. 07.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 601(182)/3 saylı arxiv arayışından görünür ki, X123 07.02.36-cı il tarixdə 65 yaşında vəfat etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2013-cü il tarixli 2(044)-1614/2013 saylı qətnamənin surətindən görünür ki, ərizə təmin edilmiş, 1942-ci ildə “X101”ndə itkin düşmüş X90 ölmüş elan edilmiş, X53 adına verilən ölüm haqqında şəhadətnamədə, onun ölüm günü, bu qətnamənin qanuni qüvvəyə mündiyi gün hesab edilmiş, X71 və Cavabdeh2 Tağı oğlunun atalarının X122, analarının X54 olması və onların qohumluq münasibətlərində olmaları barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. 30.08.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X90 27.09.2013-cü il tarixdə vəfat etmişdir. 20.05.2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəindən verilmiş arayışdan görünür ki, X42 04 may 2004-cü il tarixdə vəfat etmişdir. 02.04.1982-ci il tarixdə Kirovabad şəhər Stalin rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X90 ilə X18 birgə nikahlarından 15 sentyabr 1942-ci il tarixdə Cavabdeh1 qızı anadan olmuşdur. Ev dəftərindən görünür ki, Ev dəftərində Cavabdeh2 Tağı oğlu, X72, X73, X43 adları qeyd edilmişdir. 06.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi X89 adına qeyd edilərək 30.07.2012-ci il tarixli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(044)- 3340/2021 saylı qərardadına əsasən, Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 07.02.1936cı il tarixdə vəfat etmiş X80 miras qalmış Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı1, İddiaçı2, X82, X96, X95, X108, X58, X19 isə həmin evdə yaşamamışlar. Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşayış olsada, həmin miras əmlakın iddiaçılar tərəfindən qəbul etməsi barədə rəsmi sənəd məhkəməyə təqdim olunmamış və onlara məxsus miras əmlak payının rəsmiləşdirilməsinə dair sənəd iş materiallarında öz əksini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, miras əmlak Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evidir. Həmin ev 30.07.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X89 adına qeyd edilmişdir. X122 07.02.1936-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən mülk miras qalmışdır. Həmin miras mülk X89 X54 ilə birgə nikahlarından olan övladları, yəni Cavabdeh2 Tağı oğlu, X105, X90 və X91 miras mülkü faktiki qəbul etmiş və yaşamışlar. X54 07.12.1979-cu ildə, X105 01.06.2018-ci ildə, X90 27.09.2013-cü ildə, Cavabdeh2 Tağı oğlu 10.11.2007-ci ildə vəfat etmişlər. Miras qoyan X61 Qaffar Tağı oğlu miras mülkdən onların payına düşən hissəsini faktiki qəbul etmiş, miras mülkdə ailəsi ilə birlikdə yaşamış və 02.05.1995-ci il tarixdə vəfat etmişdir. X55 vəfatından sonra arvadı X17 mübahisəli evdən payına düşən hissəni faktiki qəbul edərək, həmin hissədə yaşamışdır. X17 12.04.2015-ci il tarixdə vəfat etmişdir. X89 oğlu Cavabdeh2 oğlu X14 Aynurə Novruz qızının əri olmuş, X81 04.06.2020ci ildə vəfat etmişdir. Cavabdeh2 və X1 Rövşən Rəsul oğlu ilə X27 birgə nikahlarından olan uşaqlarıdır. X7, övladları Cavabdeh2 və X21, X67 və Cavabdeh1 Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən miras mülkü faktiki idarəçiliyə qəbul edərək həmin mülkdə yaşayırlar. X2 şəhəri, ünvan 12 ünvanda yerləşən miras mülkdən onun əri Qafar Əliyevin payına düşən hissəsinə dair X40 11.01.2015-ci il tarixdə Gəncə şəhəri 6 saylı notariat kontorunda 2V-1-04 reyestr nömrəli vəsiyyətnamə vermişdir. Beləliklə məhkəmə araşdırması zamanı, İddiaçı1, X16, X47, X59, X60, X74, X31, X6 Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən miras mülkdə yaşamadıqları və mirası qəbul etmədikləri, X52, Cavabdeh2 və X21, X67, Cavabdeh1 Gəncə şəhəri, ünvan 12 ünvanda yerləşən miras mülkdə yaşamaqla mirası faktiki idarəçiliyə qəbul edərək həmin mülkdə yaşadıqları öz təsdiqini tapmışdır. Bununla da, X52 miras əmlakdan X75 və X12 münasibətdə vəsiyyət üzrə vərəsə, X67 atası X68 və Cavabdeh1 isə atası X53 qanun üzrə vərəsələrdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X4 Simuzər İsfəndiyar qızına münasibətdə vəsiyyət üzrə vərəsəsi kimi, digər müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh1, X67, X21 və Cavabdeh2 07.02.1936cı il tarixdə vəfat etmiş X89 qanun üzrə vərəsələri kimi miras əmlakı faktik olaraq qəbul etmişlər. Ona görə də onlar tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. Eyni zamanda onların miras əmlakdan payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-ci maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə məhkəmələr baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin digər iddia tələbləri üzə məhkəmə göstərir ki, həmin hissədə iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə hesab edir ki, X52 miras əmlakdan X12 münasibətdə vəsiyyət üzrə vərəsəsi tanınmalı, Cavabdeh1, X67, X21 və Cavabdeh2 07.02.1936-cı il tarixdə vəfat etmiş X89 qanun üzrə vərəsələri tanınmalı, 07.02.1936-cı il tarixdə vəfat etmiş X80 miras qalmış Gəncə şəhəri, Nağıbəy Şeyxzamanov küçəsi (köhnə İ.Məmmədov küçəsi, 3-cü döngə) 23 saylı miras mülkdən 1/4 hissədə X27, 1/4 hissədə X35, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2 və X8 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər X51, X65, X66, X79, X36, X10 qarşı «miras əmlakdan payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Müstəqil tələblər irəli sürən üçün şəxslər X27, X8, X35, Cavabdeh1 iddiası qismən təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X52 miras əmlakdan X12 münasibətdə vəsiyyət üzrə vərəsə tanınsın, Cavabdeh1, X67, X21 və Cavabdeh2 07.02.1936-cı il tarixdə vəfat etmiş X89 qanun üzrə vərəsələri tanınsınlar, Gəncə şəhəri, Nağıbəy Şeyxzamanov küçəsi (köhnə İ.Məmmədov küçəsi, 3-cü döngə) 23 saylı miras mülkdən 1/4 hissədə X27, 1/4 hissədə X35, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2 və X8 payları müəyyən edilsin. Müstəqil tələblər irəli sürən üçün şəxslər X27, X8, X35, Cavabdeh1 iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar