Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3353/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atası X3 qanun üzrə vərəsəsi hesab edilməsi, atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası X3 adına olmuşdur və o, həmin ünvanda anadan olmuş, böyüyüb boya başa çatmışdır. Onun mərhum atası uzun illər yataq xəstəsi olmuş və o, onlara qulluq etmiş, hər iksinin dəfn mərasimlərində maddi və mənəvi köməklik etmişdir. Onun mərhum atası X13 01.09.2009-cu il tarixdə, anası X14 22.11.2004-cü il tarixdə vəfat etmişlər. Onun valideynlərinin birgə nikahlarından o, Cavabdeh, X7, X8, X9, X10 və X6 adlı yeddi uşaqları anadan olmuşdur. Onun bacı və qardaşlarından X11, X10 və X6 vəfat etmiş, X8 isə 40 ildən çoxdur Pusiya Federasiyasına getmiş və qardaşının ünvanı ona məlum deyildir. O, və qardaşları ailə qurmuşdur. O, ər evinə köçsə də mütəmadi olaraq anasına, atasına qulluq etmiş, onların dəfn mərasimlərinin xərclərinin bir qismini o, qarşılamış, övlad borcunu yerinə yetirmişdir. Onlar mülkü öz adlarına dövlət reyestrində qeydiyyata aldırmaq istəmiş, lakin onlara bu məqsədlə aidiyyəti üzrə Dövlət orqanına müraciət etmişlər, lakin onlara bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Belə bir hal atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində qanunvericiliyin tələblərinə uyğun sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatından keçməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 13.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda 1989-cu ildə aparılmış inventarlaşdırma zamanı əmlakın hüquqverici sənədləri olmadan X3 istifadəsində olduğu göstərilmiş və bu fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyi bildirilmişdir. 03.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 21.04.2004-cü il tarixdə vəfat etmişdir. 03.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 01.09.2009-cu il tarixdə vəfat etmişdir. 09.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür kİ, X15 ilə X12 birgə nikahlarından 08.08.1955-ci il tarixdə X5 anadan olmuşdur. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Beləliklə, araşdırma zamanı müəyyən edldi ki, ünvan 1 ünvanda yerləşən mülkdə faktiki olaraq yaşayış olsada, həmin miras əmlakın iddiaçı tərəfindən qəbul etməsi barədə rəsmi sənəd məhkəməyə təqdim olunmamış və onlara məxsus miras əmlak payının rəsmiləşdirilməsinə dair sənəd iş materiallarında öz əksini tapmamışdır. Mülki Qanunvericiliyin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırkı iddia tələbində iddiaçı miras mülkün mövcudluğunu təsdiq edən mülkiyyətlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 01.09.2009-cu il tarixdə vəfat etmiş X3 istifadəsində olmuş, lakin dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı iddia tələbinə məhkəmə qiymət verərək, hesab edir ki, iddiaçı mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi barədə iddia tələbi irəli sürmüş, lakin iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mülki işin faktiki hallarından göründüyü kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin sahə üzərində iddiaçının atasının mülkiyyət hüququ tanınmadığından miras əmlaka daxil ola və iddiaçının həmin evə vərəsəlik hüququ tanına bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsinə» dair iddia tələbi təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3353/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3353/2021
05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver