Məhkəmə qərarları › İş №2(044)-3382/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3382/2021

15.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3382/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X19 adına olan ünvan 1 ünvanda yerləşən miras mülkü qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəbul etdiyindən, onu nənəsi X17 vərəsəsi hesab edilməklə, miras qalmış və faktiki real şəkildə iki hissəyə bölünmüş Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü döngə 5 saylı ümumi miras əmlakın 400.0 kv.m torpaq sahəsində yerləşən sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otağına, 36.9 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış binasına vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 mülk Kirovabad şəhər DNK-nun 10.09.1960-cı il tarixli 12-2498 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ulu nənəsi X17 adına qeyd edilmiş, mülk sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otaqları, 36.9 kv.m köməkçi sahə olan “A” literli yaşayış binasından, 31.0 kv.m, 17.0 kv.m iki yaşayış otaqları, 23.5 kv.m köməkçi sahə olan “B” literli yaşayış binasından və faktiki 640.0 kv.m ümumi torpaq sahəsindən ibarət olmuşdur. Ulu nənəsinin sağlığında mülk faktiki hasarla iki hissəyə bölünərək, “A” literli yaşayış binası onların ailəsinin istifadəsinə verilmişdir. Onun ulu nənəsinin iki övladı olmuş, X1 və onun bacısı X6r. Bu səbəbdən də mülk iki hissəyə bölünərək “A” literli yaşayış binası onların ailəsinin, “B” literli yaşayış binası isə babasının bacısının ailəsinin istifadəsində olmuşdur. Onun ulu nənəsi X28 09.12.1965-ci il tarixdə vəfat etmiş, miras açıldığı gündən miras mülkü X1 və bacısı X13 qəbul edərək, idarə etmiş və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər X1 20.11.1989-cu il tarixdə vəfat etmiş, babasından qalmış miras əmlakı, yəni ünvan 1 mülkdə olan “A” literli yaşayış binasını və həmin binanın istifadəsində olan 400.0 kv.m torpaq sahəsini əhatə edən hissəsini anası X7 faktiki yaşayaraq idarə etmiş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Onun anası X7 07.04.2021-ci il tarixdə vəfat etmiş, o, miras əmlakı qəbul edərək idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X13 22.02.2018-ci il tarixdə vəfat etmiş, ondan qalan miras əmlakı onun övladları qeyd olunan ünvanda mövcud olan “B” literli tikilidə rəsmi pasport qeydiyyatında olmaqla qəbul etmişdir. Hal-hazırda hər iki tikilinin hətta giriş-çıxış qapıları ayrı-ayrılıqdadır. Cavabdeh isə nənə babadan qalan mirası nə faktiki yaşamaqla, nə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. 30 ildən artıq olar ki, Rusiya Federasiyasında ailəliklə yaşayır, övladları orada təhsil alaraq orada yaşayırlar. Onlarla heç bir əlaqə saxlaya bilmirlər. Məhz bu səbəbdən qanunla nəzərdə tutulmuş qaydada mirası adına keçirə bilməmişlər. Bununla da onun hüquqları kobud şəkildə pozulmuş və o, idarə etdiyi miras qalmış əmlaka istədiyi kimi istifadə edib sərəncam verə bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin vəkili X20 məhkəmə islasında iddia tələbini qəbul edərək, iddiatələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 12.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 mülk X17 adına qeyd edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.06.2019-cu il tarixli 2446 saylı arayışdan görünür ki, mərhum X28 09.12.1965-ci il tarixdə ölmüş və ölən günədək ünvan 1 ünvanda yaşamışdır. Ölümündən sonra oğlu X3-20.11.1989-cu il tarixdə vəfat etmişdir, qızı-X13-2018-ci ildə vəfat etmişdir. X2 20.11.1989-cu il tarixdə ölmüş və ölən günədən ailə üzvləri ilə birgə yaşamış, ölümündən sonra arvadı X25 2018-ci ildə ölmüş, qızı X7 1958-ci ildə vəfat etmiş, oğlu X9 1972-ci ildə ölmüş, oğlu X10 1993-cü ildə vəfat etmişdir və oğlu Cavabdeh. Mərhum ölən günədək ailə üzvləri ilə birgə yaşamış, mərhumun valideynlərindən sağ qalanı yoxdur. Ölümündən sonra heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. 30.11.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 09 dekabr 1965-ci il tarixdə vəfat etmişdir. 24.02.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22 fevral 2018-ci il tarixdə vəfat etmişdir. 01.12.2017-ci il tarixdə X13 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədə mərhum anası X14 miras qalmış ünvan 2 ünvanda yerləşən evdən ona çatası payı qəbul etməmişdir, etmir və həmin evin X15 adına rəsmiləşdirilməsinə, onun adına reyestrdən çıxarışın, texniki pasportun, kadastr planın verilməsinə razıdır. Həmin əmlaka heç bir iddia və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. 21.11.1989-cu il tarixdə Kirovabad şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 noyabr 1989-cu il tarixdə vəfat etmişdir. 18.04.1957-ci il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Məmmədova (Cəfərova) Qənirə Əkbər qızının nikahları 18 aprel 1957-ci il atrixdə 27 saylı akt qeydi ilə bağlanmışdır. 15.01.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 13 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. 06.01.1962-ci il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X15 birgə nikahlarından 22 dekabr 1958-ci il tarixdə X5 anadan olmuşdur. 01.04.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 mart 2021-ci il tarixdə vəfat etmişdir. 13.12.1993-cü il tarixdə verilmiş ölüm haqqında şahədətnamənin surətindən görünür ki, X10 13 dekabr 1993-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 12.07.2021-ci il tarixli imtina qərarının surətindən görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 09.12.1965-ci ildə vəfat etmiş X17 adına olan ünvan 3 ünvanda yerləşən miras əmlakın 400.0 kv.m torpaq sahəsində yerləşən sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otaqları, 36.9 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış binası nəvəsi - İddiaçı tərəfindən faktiki qəbul edilmiş, hazırda iddiaçının sahibliyində və idarəçiliyindədir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüququ mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 09.12.1965-ci ildə vəfat etmiş X14 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakın 400.0 kv.m torpaq sahəsində yerləşən sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otaqlarının, 36.9 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış binasının iddiaçı X21 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmalı və iddiaçının həmin mülkə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 09.12.1965-ci ildə vəfat etmiş X14 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakın 400.0 kv.m torpaq sahəsində yerləşən sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otaqlarının, 36.9 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış binasının iddiaçı X21 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. 09.12.1965-ci ildə vəfat etmiş X14 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakın 400.0 kv.m torpaq sahəsində yerləşən sahəsi 24.0 kv.m, 25.2 kv.m iki yaşayış otaqlarına, 36.9 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış binasına iddiaçı X11 vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar