Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3400/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hünmətov Zaur Adli oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçılar–İddiaçı1 və İddiaçı2, Cavabdehlər- Cavabdeh4, Cavabdeh3 və X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış əmlaka vərəsə tanınma və əmlakın bölünməsi tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı1, İddiaçı2 və X9 qarşı “birgə nikah dövründə əldə edilmiş payın müəyyən olunması və miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı məhkəməyə müraciət edərək mərhum əri X2 qalmış miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış əmlaka vərəsə tanınma və əmlakların bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsinə əlavə verərək X2 miras qalmış əmlaklar olan Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı və Zil markalı(Benzinavoz)**-BZ-*** qeydiyyat nişanlı və digər Zil markalı avtomobillər, bundan əlavə mərhumun digər əmlakları Samux rayonunun Lək kəndində olan 03 pay torpaq sahəsinin hər bir vərəsəyə 01 pay olmaqla 3/7 hissəsinin onlara verilməsi və miras qalmış əmlaklar üzərində 3/7 hissədə miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2 və X9 qarşı məhkəmədə iddia qaldıraraq “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində onun ½ hissədə payının müəyyən olunması və miras əmlakdan payın müəyyən olunması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə mərhum X15 28 dekabr 2019-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahlarından Nigar və Gülnar adlı 2 qız övladı dünyaya gəlmişdir. 30 noyabr 2020-ci il tarixdə mərhum əri dünyasını dəyişmiş və ondan Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı və Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin, bundan əlavə mərhumun digər əmlakları Samux rayonunun Lək Kəndində olan 03 sayda torpaq sahəsi miras qalmışdır. Hüquqi savadlarının olmaması və başlarının yas mərasiminə qarışması səbəbindən mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X14 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X15 ilə 07.03.1993-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 16 dekabr 2019-cu il tarixdə boşanmışlar. Birgə nikah dövründə Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı və Zil markalı (benzinavoz) **-BZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər, bundan əlavə Samux rayonunun Lək Kəndində olan 03 sayda torpaq sahələri əldə etmişlər. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğundan sözügedən əmlaklara1\2 hissədə əmlak payı müəyyən olunmaqla miras əmlakda onunda payı müəyyən olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli **********26 saylı arayışın əslindən görünür ki, X7 adına Samux rayon Lək kəndində 0.12 ha torpaq sahəsi qeydə alınmış və həmin torpaq sahəsinə 18.11.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; həmin məktubdan müəyyən edilirki, X7 adına Samux rayon Lək kəndində 0.12 ha torpaq sahəsi qeydə alınmış və həmin torpaq sahəsinə 02.03.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; həmin məktubdan müəyyən olunrki, X7 adına Samux rayon Lək kəndində 0.12 ha torpaq sahəsi qeydə alınmış və həmin torpaq sahəsinə 20.07.2005-ci il tarixli JN-505A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir; nəqliyyat vasitəsinin uçot kartoçkasından müəyən olunur ki, X7 adına Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır; nəqliyyat vasitəsinin uçot kartoçkasından müəyən olunur ki, X7 adına Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır;AZ-116946 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 30 noyabr 2020-ci ildə ölmüşdür;Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 ilə X1 nikahları 07 mart 1993-cü il tarixdə qeydə alınmış, 16 dekabr 2019-cu il tarixdə pozulmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürən üçünçü şəxsin tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçünçü şəxs X14 və onun vəkili Nümayəndə da iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və X17 iddia tələbi ilə eyni məzmunlu izahatlar verərək bildirdilər ki, onlarda mərhum atalarının vərəsələridir və onlara da pay verilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbinin təmin edilməsinə etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər şəxslər müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, prosesdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. İşin mübahisəsiz halından göründüyü kimi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X14 ilə X15 arasında rəsmi nikah münasibətləri 07 mart 1993-cü ildə qeydə alınmış, onlar arasında bağlanılmış nikah 16 dekabr 2019-cu ildə pozulmuşdur. Onlar birgə nikahda olduqları müddətdə X7 adına 20CR393 nömrəli VAZ- 21074 markalı minik avtomobili və 20BZ722 nömrəli ZİL-130-Çən markalı avtomobillər qeydə alınmış və həmin avtomobillər də hazırda mövcud olmaqla cavabdehlərdə saxlanılır. Onların nikah münasibətlərindən Əliyeva Nübar, Cavabdeh2, Cavabdeh3 soyadlı və adlı uşaqları doğulmuşdur. X15 ilə X14 arasında nikah pozulduqdan sonra İlqar Əliyev 28 dekabr 2019-cu ildə İddiaçı1 ilə rəsmi nikah münasibətlərinə daxil oılmuş, bu nikahdan onların İddiaçı2 və Əliyeva Gülnar soyadlı, adlı uşaqları doğulmuş, X1530 noyabr 2020-ci ildə vəfat etmişdir. X7 ölümündən sonra anası Cavabdeh4, arvadı İddiaçı1, övladları X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X3 ibarət vərəsələri qalmışdır. Miras kütləsi isə 20.07.2005-ci il tarixli JN-507 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən, 02.03.2012-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli Çıxarışa əsasən Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsindən, 20.07.2005ci il tarixli JN-505 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsindən, 20CR393 nömrəli VAZ-21074 markalı minik avtomobili və 20BZ722 nömrəli ZİL-130-Çən markalı avtomobillərdən ibarətdir. Məhkəmə iddiaçıların iddia tələbinə qiymət verməzdən öncə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, mübahisə onun keçmiş ərindən qalmış miras əmlaklar bağlı olduğundan və həmin əmlaklarla bağlı hüquq münasibəti öncə Əliyeva Sevda ilə yarandığından, həmin əmlakların birgə nikah dövründə əldə edilib-edilməməsinin müəyyən edilməsi zəruridir. Məhkəmə hesab edir ki, 20CR393 nömrəli VAZ-21074 markalı minik avtomobili və 20BZ722 nömrəli ZİL-130-Çən markalı avtomobillər X11 ilə X7 birgə nikah münasibətləri dövründə əldə edildiyindən həmin avtomobillər üzərində onların hər birinin ½ hissədə payları müəyyən edilməlidir. Bundan başqa da iş materiallarından göründüyü kimi 20.07.2005-ci il tarixli JN-507 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və 02.03.2012-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli X16 adına olan Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsi bağışlama müqaviləsi əsasında onun adına qeydə alındığından məhkəmə hesab edir ki, Əliyeva Sevdanın həmin torpaq sahəsi üzərində hər hansı hüquqları mövcud deyildir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, 20.07.2005-ci il tarixli JN-505 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində isə X4 ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlara, həmçinin iş materiallarında olan sübutlara əsasən məhkəmə hesab edir ki, Lada 2107 markalı **-CR- *** qeydiyyat nişanlı və Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər və Samux rayonunun Lək Kəndində olan JN-505A nömrəli 50709018 kodlu 0.12 ha torpaq sahələsi X15 ilə X5 birgə nikah dövründə əldə edildiyindən müstəqil tələb irəli sürən üçünçü şəxsin iddia tələbi həmin hissədə təmin edilməlidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı şağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Məhkəmə hesab edir ki, X11 ilə X15 arasında nikah pozulduğundan onun ölümündən sonra qalmış digər miras əmlaka münasibətdə X11 vərəsə ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, X2 qalmış miras əmlak onun vərəsələri olan Cavabdeh4, arvadı İddiaçı1, övladları X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X13 arasında bərabər qaydada bölünməlidir. Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinin tələbinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Beləliklə məhkəmə hesab edir ki, hər iki iddia tələbləri qismən təmin edilməli, Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı və Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər və Samux rayonunun Lək Kəndində olan JN-505A nömrəli 50709018 kodlu 0,12 ha torpaq sahəsi üzərində X5 ½ hissədə payı müəyyən edilməli, Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı, Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər və Samux rayonunun Lək Kəndində olan JN- 505A nömrəli 50709018 kodlu 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh4, İddiaçı1, X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X6 hər birinin payları 1/14 hissədə, 20.07.2005-ci il tarixli JN-507 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Əliyev İlqarın adına olan Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və 02.03.2012-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli X16 adına olan Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh4, İddiaçı1, X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X6 hər birinin 1/7 hissədə payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı, Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər və Samux rayonunun Lək Kəndində olan JN-505A nömrəli 50709018 kodlu 0,12 ha torpaq sahəsi üzərində X5 hər əmlak üzərində ½ hissədə payları müəyyən edilsin. Lada 2107 markalı **-CR-*** qeydiyyat nişanlı, Zil markalı (benzinavoz) **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər və Samux rayonunun Lək Kəndində olan JN- 505A nömrəli 50709018 kodlu 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh4, İddiaçı1, X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X6 hər birinin payları 1/14 hissədə, 20.07.2005-ci il tarixli JN-507 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Əliyev İlqarın adına olan Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və 02.03.2012-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli X16 adına olan Samux rayonunun Lək kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində Cavabdeh4, İddiaçı1, X17, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və X6 hər birinin 1/7 hissədə payları müəyyən edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən tərəflər qətnamənin surətini aldıqdan bir ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3400/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3400/2021
14.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver