Məhkəmə qərarları › İş №2(044)-3444/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3444/2021

21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3444/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Cəlilova (İbrahimova) Səadət Abduləli qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Cəlilova (İbrahimova) Səadət Abduləli qızı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 qeyd edilmiş Ağdaş şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-3505A (kod ********) saylı şəhadətnamənın İbrahimova (Cəlilova) Səadət Abduləli qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli Ağdaş şəhəri ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmiş və bu barədə onu adına 2006-cı ildə JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi yaşayış evinin 1792 saylı inventar nömrəli texniki pasportuna əsasən ona məxsusdur. O, 19.12.1995-ci ildə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və nikahları bağlanandan sonra “İbrahimova” soyadını qəbul etmişdir. Onun adına verilmiş həmin şəhadətnamədə texniki səhvə yol verilərək onun soyadı, adı və atasının adı “X10” kimi qeyd edilmişdir. Ərizəyə əlavə etdikləri nikah və doğum haqqında şəhadətnamələrdən də görünür ki, onun soyadı, adı və atasının adı X5r. O, həmin torpaq sahəsini və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsində adına qeydə aldırmaq istəyərkən onun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzgün yazılmadığına görə sənədləri qəbul edilməmiş və səhvin düzəldilməsinə dair həmin orqana müraciət etdikdə maraqlı orqan özünün **********64 saylı, 16 iyul 2021-ci il tarixli məktubu ilə ərizədə qeyd edilən düzəlişin həmin idarənin səlahiyyətində olmadığı bildirilmiş və bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi X6 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 09.11.1971-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 birgə nikahlarından xx xxxx 1971-ci il tarixdə X8 anadan olmuşdur. 19.12.1995-ci il tarixdə Gəncə şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İbrahimova (Cəlilova) Səadət Abduləli qızının nikahları 19 dekabr 1995-ci il tarixdə 700 saylı akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16.07.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə və “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun mövcud tələblərinə əsasən ərizədə qeyd olunan düzəlişin aparılması Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin səlahiyyətinə aid deyildir və bu barədə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli 147 saylı arayışdan görünür ki, X4 adına Ağdaş şəhər Bələdiyyəsin in kitab 23, şəxsi hesab N 3564 saylı təsərrüfat kitabında adına Sabir küçəsi 44A saylı ünvanda 0.05502 ha həyətyanı torpaq sahəsi və 59 kv.m ölçüdə əmlakı vardır. Texniki İnventarlaşdırma Bürosu tərəfindən yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvan X4 adına qeyd edilmişdir. JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə X7 adına 0.06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 14.10.2021-ci il tarixli məktubundan görünür ki, İbrahimova (Cəlilova) Səadət Abduləli qızının adı DT və XK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Sədəf” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin soyadı “Cəlilova (İbrahimova) Səadət Abduləli qızı” olmasına baxmayaraq, DT və XK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı “X10” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Cəlilova (İbrahimova) Səadət Abduləli qızına məxsus DT və XK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Cəlilova (İbrahimova) Səadət Abduləli qızına məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. DT və XK Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-3505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Cəlilova (İbrahimova) Səadət Abduləli qızına məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar