Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-348/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 2ş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr saylı miras payın bağışlanma müqaviləsinin, bu evə dair Cavabdeh1verilmiş 25 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə tam olaraq vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvaında yerləşən fərdi yaşayış evi nənəsi X1 adına olmuş və nənəsi X2 29 avqust 1975-ci il tarixdə vəfat etmişdir. Onun atası X5 onun nənəsindən əvvəl, daha dəqiq desə 27 iyun 1968-ci il tarixdə vəıfat etmiş, atasının övladlarından yalnız o, uzun illər ərzində sözügedən mülkdə yaşamaqla təsərrüfütı idarə etmiş, digər qardaş-bacıları isə daimi yaşamaq üçün köçüb Bakı şəhərinəı getmişlər və hazırda daorada yaşayırlar. Nənəsindən qalmış mirası yalnız o, qəbul etmişdir və bu günkü gündə də yalnız o, öz ailəsi ilə birlikdə yaşayır. Lakin sonradan cavabdehlər sözügedən fərdi yaşayış evində pasport qeydiyyatında olmasına baxmayaraq, onun xəbəri olmadan Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq olunmuş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinin adına keçmişdir. Daha sonra isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar. Həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verilmişdir. Üstündən uzun illər keçməsinə baxmayaraq (40 ildən artıq) cavabdhlər nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə vermişlər, nə də əmlakı faktiki idarə etməmişlər. Ötən illərdən hal-hazıradək yalnız o, öz ailəsi ilə birlikdə yaşayaraq mirası faktik idarə etmişdir. Bağışlama zamanı evdə pasport qeydiyyatında olanların razılığının tələb olunmasına baxmayaraq, belə bir razılıq alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. İddiaçının nümayəndəsi, vəkil X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisi, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq gəlməmişlər. Cavabdeh1 tərəfindən yazılmış 15.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsindən görünür ki, o, iddia tələbiilə razı deyildir. İddiaçı iddia ərizəsində bir neçə halı mübahisələndirmişdir. Bunlardan biri ondan ibarətdir ki, - “iddianın miras əmlak olan fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq onun xəbəri olmadan Bakı şəhərində vərəsəlik açılaraq şəhadətnamə verilmişdir”. Tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri üzrə qəbul edilmiş vəhüquqi qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq edilir ki, miras qoyanın sonuncu yaşayış yeri Bakı şəhəri olmuşdur (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsi). Miras qoyanın 1975-ci ildə öldüyü nəzərə alınsa hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. 11.09.1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğuyer hesab olunur. Yəni, vərəsəlik şəhadətnaməsinin Bakı şəhəri 9 saylı notariat kontorunda verilməsi tam qanuni və əsaslı olmuşdur. İddiaçının istinad etdiyi digər bir hal ondan ibarətdir ki, - “həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verilmişdir, cavabdehlər miras əmlakını faktiki qəbul etməmiş, idarə etməmişlər, digər tərəfdən cavabdehlər iddiaçının yazılı razılığı olmadan öz paylarını Cavabdeh1 Tofik qızına bağışlamışlar”. İddiaçının məhkəməyə müraciət etdiyi daha əvvəlki iddialarında özü də etiraf etmişdir ki, “0, doğulduğu vaxtdan hal-hazıradək, cavabdehlər – Cavabdeh1 1992-ci ilədək, Cavabdeh2 1978-ci ilədək, Cavabdeh3 1986-cı ilədək yaşamışlar” (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsi). Bu o, deməkdir ki, iddiaçı 25.08.1975-ci il tarixdən hal-hazıradək, cavabdehlər Cavabdeh1 1992-ci ilədək, Cavabdeh2 1978-ci ilədək, Cavabdeh3 1986-cı ilədək miras əmlakda yaşamaqla, idarə etməklə və sahiblik etməklə onu qəbul etmişlər. Daha sonra onların üünvandan köçüb başqa yerdə yaşamaları əmlaka olan hüquqlarını ləğv etmir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı. 04.12.2019-cü il tarixli qətnaməsi) mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin cavabdehlər tərəfindən alınmasının qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi əsaslandırılmışdır. İstinad edilən qətnamə ilə cavabdehlərin bağladığı miras payın bağışlama müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinə qarşı etiraz ərizəsindən görünür ki, Cavabdeh3 iddia tələbi ilə razı deyildir. İddia tələbləri tam olaraq əsassızdır və təmin edilməməlidir. O, ünvan 3 ünvanda ona düşən vərəsəlik payını könüllü olaraq Cavabdeh1 bağışlamışdır. Eyni zamanda o, Bakı şəhərində qeydiyyatda olduğu üçün işi ilə əlaqədar məhkəməyə gələ bilməməsinin üzürlü hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz ərizəsindən görünür ki, Cavabdeh2 iddia tələbi ilə razı deyildir. İddia tələbləri tam olaraq əsassızdır və təmin edilməməlidir. O, ünvan 3 ünvanda 2016-cı ilə qədər anası ilə yaşamışdır. Anası vəfat edəndən sonra həmin ünvanda tək yaşamış və öz vərəsəlik payını bacısı Cavabdeh1 könüllü olaraq bağışlamışdır. O, İİ qrup əlil olduğuna görə məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirərək üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıTofiq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin , qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbul edilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.08.2020-ci il tarixli 2(103)- 2310/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Tofiq oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli 2(044)-47/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2019-cu il tarixli 6250 saylı rəyinə uyğun şəkildə bölünməsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər cavabdeh İddiaçı istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 bə 9 saylı tikililər iddiaçı Cavabdeh1 istifadəsinə verilsin, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazası ümumi istifadədə saxlanılmasıqət edilmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mübahisəyə dair, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsinə əsasən, İddiaçıTofiq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin , qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbul edilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.08.2020-ci il tarixli 2(103)-2310/2020 saylı qətnaməsi ilə, İddiaçı Tofiq oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış 07.10.2021-ci il tarixli 2(044)-47/2021 saylı qətnaməsi ilə, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportda göstərilən birinci mərtəbədə yerləşən 1, 2 və 3 saylı tikililər cavabdeh İddiaçı istifadəsinə, 2-ci mərtəbədə yerləşən 4,5,6,7,8 bə 9 saylı tikililər iddiaçı Cavabdeh1 istifadəsinə verilsin, həyətyanı torpaq sahəsi və giriş-çıxış darvazasının ümumi istifadədə saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(011)-6923/2019 saylı qətnaməsi artıq qanuni qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-348/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-348/2022
11.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver