Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-373/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi X11 Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi xx.xx.2000-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 ərizə ilə məhkəməyə müraciət edərək qızı - xx.xx.2000-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqlaqla yaşayır. xx.xx.2000-ci il təvəllüdlü qızı X8 onunla birgə həmin evdə onun himayəsində yaşayır. Ayla 1-ci qrup əlildir və daim başqasının qulluğuna ehtiyacı vardır. Ayla Əmək və X5 Nazirliyində 1-ci qrup əlil kimi qeydiyyatdadır və o, danışa və hərəkət edə bilmir. Ərizəçi məhkəməyə ərizə göndərərək, onun himayəsində 1-ci qrup əlil, əmək qabiliyyəti olmayan övladının olmasını və yaxın qohumunun olmamağını, övladını kiminsə himayəsində qoya bilmədiyini nəzərə alıb, məhkəmə prosesində onun iştirakı olmadan işə baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2000-ci ildə Gəncə şəhərində doğulmuşdur, ata qrafasında X7 və ana qrafasında Ərizəçi göstərilmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında olan nikah xx xxxxxx 2012-ci il tarixdə ləğv olunmuşdur. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 şəhəri, Nizami rayonu, Atatürk pr, ev 265, mənzil 36 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi X1 arayışından görünür ki, X8 retta sindromu, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, çox ağır dərəcəli əqli gerilik (İQ 20% əqli inkişaf 3 yaşa uyğundur) daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə, daima kənar şəxsin köməyinə ehtiyacın olması diaqnozu ilə İ dərəcəli əlildir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli 2(044)- 1319/12 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında olan xx xxxxx 1995-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ Şöbəsində 204 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin azyaşlı uşaqları xx xxxxxx 2000-ci il təvəllüdlü X8 anası Əliyeva (Məmmədova) Raidə Rasim qızının yanında saxlanması qət edilmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X6 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 486 saylı rəyində qeyd olunmuşdur ki, X8 xroniki xəstəlik olan ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları və Rentta Sindromu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72,1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2006-cı il tarixli 1018/2006 saylı ambulator xəstənin tibbi kartası, AR ƏƏSMN-nin TSEK-dən verilmiş xx.xx.2019-cu il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaçının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intelekti inişafdan kəskin geri qalması İQ=22%. Və s.) imkan verir. X8 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozğunluqları və Retta Sindromu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatə 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X6 uşaqlıqdan xəstə olmaqla ona İ qrup müddətsiz əlillik təyin edilməsi, Gəncə şəhər Psixonevroloji Dispanserində 2006-cı ildən qeydiyyatda durması, dəfələrlə Moskva və Bakı şəhərlərində uşaq xəstəxanalarında müalicə olunması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2006-cı il tarixli 1018/2006 saylı ambulator xəstənin tibbi kartası, AR ƏƏSMN-nin TSEK-dən verilmiş xx.xx.2019-cu il tarixli şəhadətləndirilmə aktı), daim anasının nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının ( ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=22% Və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-373/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-373/2020
28.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver