Məhkəmə qərarları › İş №2(044)-3848/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3848/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3848/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3, Maraqlı şəxs Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı «himayədə olma faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı «himayədə olma faktının müəyyən edilməsinə» dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.02.2011-ci il tarixdə anadan olmuş oğlu X6 onun himayəsində olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun 22.02.2011-ci il tarixdə Əli adlı bir oğlu olmuş, uşağın doğum şəhadətnaməsində onun öz soyadı və ata adı isə şərti olaraq yazılmışdır. Lakin o, uşağın atası bir daha əlaqə saxlamamış, onun harada olması barədə məlumatı yoxdur. O, hazırda İranda başqa şəxslə ailə qurmuş və bir uşağı da vardır. O, tək uşaqlı ana kimi oğlu Əlini özü ilə İrana aparmaq istəyir, lakin uşaq üçün orada heç bir hüquqlardan istifadə edə və uşağı məktəbə qoya bilməyəcəkdir. Bunun üçün atanın razılığı olmalıdır. O, uşağını İrana apara bilmədiyindən burda yaşayan xəstə anasının yanında qoyub gedir, uşaq nəzarətsiz qalır, İrandakı ailəsini, uşağını da qoyub gələ bilmir. O, bu barədə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bu barədə məhkəməyə müraciət olunması bildirilmiş və oğlu Əlinin adına Qeydiyyat İdarəsindən forma 4 verilmişdir. Ərizəçinin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmə iclasında ərizənin təmin olub-olmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxs Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, ərizəçinin anası Sevda ilə yaxın qonşu olmaqla ailəvi yaxın münasibətləri vardır. O, ərizəçi Təranənin faktiki ailə qurması və hamilə olması barədə bilmişdir. X11 adlı 10 yaşında bir oğlu var. Təranə nir neçə ildir İranda ailə qurmuş və onun həmin ailəsindən bir uşağı da var. Əlinin atasının kimliyi barədə heç nə bilmir. 23.08.2012-ci il tarixdə Gəncə şəhəri Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 birgə nikahlarından 22.02.2011-ci il tarixdə X10 anadan olmuşdur. 04.06.2018-ci il tarixdə Gəncə şəhər Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X5 birgə nikahlarından 22.02.2011-ci il tarixdə X10 anadan olmuşdur. Gəncə şəhər Maraqlı şəxs tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 91 saylı məktubda, 22.02.2011-ci il tarixdə anadan olmuş X6 himayədə olduğuna dair yalnız tək ana arayışı verilməsinin mümkün olması, hər hansı digər sənədin verilməsi isə səlahiyyətləri xaricində olması bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olundu ki, 22.02.2011-ci il tarixdə anadan olmuş X10 Ərizəçi himayəsindədir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22.02.2011-ci il tarixdə anadan olmuş X10 Ərizəçi himayəsində olması faktı müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.02.2011-ci il tarixdə anadan olmuş X6 Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar