Məhkəmə qərarları › İş №2(044)-3870/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3870/2021

22.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3870/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 2 evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və Cavabdeh keçmiş əridir. O, cavabdehlə 1986-cı ildə ayrılmış, sonradan məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın kimi gəlib Azərbaycanda 3 övladı ilə birlikdə yaşayır. Cavabdeh uzun illərdir ki, Rusiya Federasiyasında yaşamışdır. Təxminən 2 il bundan əvvəl o, Rusiyadan Azərbaycana qayıtdıqdan sonra övladları cavabdehin çöllərdə qalmaması üçün onun yaşadığı evə gətirmişlər ki, “qoca adamdır, atamızdır, el-oba ataları çöldə qalsa, bizə nə deyər” deyərək otaqlardan birində yaşaması üçün ona yer açdılar. Lakin cavabdeh evə gəldikdən sonra onlarla dalaşmağa başlamış, onlara hücüm edərək bıçaq çıxartmışdır. Hazırda o, və uşaqları cavabdehin əlindən qaçmaqla kirayədə yaşayırlar. İddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri N.Nərimanov küçəsi, sahəsi 42.8 kv.m olan iki yaşayış otağından ibarət olan 407 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında onun adına qeyd edilmiş, xx.xx.1986-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, onların arasında olan nikah xx.xx.1986-cı il tarixdə pozulmuş, 21.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Fəxrəddin oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami Rayon Polis İdarəsinin İTB-nə göndərilmişdir. 29.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısının 69 saylı 18.10.2021-ci il tarixli Sərəncamı ilə ona bir ay müddətinə qısamüddətli mühafizə orderi verilmiş, Cavabdeh onunla ünsiyyətdə olmağı qadağan edilmişdir. Onun mübahisəli ünvandan başqa heç bir yaşayış yeri yoxdur, mübahisəli ev onun yeganə yaşayış yeridir və hazırda cavabdeh onu öz mülkiyyətində olan, yeganə yaşayış evinə buraxmamaqla, onun mülkiyyət hüquqlarını pozmuşdur. O, üz mülkiyyətində olan evinə köçmək, öz evində yaşamaq istəyir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 05.01.2001-ci il tarixli 2298 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətinsən görünür ki, Gəncə şəhəri N.Nərimanov küçəsi, sahəsi 42.8 kv.m olan iki yaşayış otağından ibarət olan 407 saylı yaşayış eviİddiaçı adına qeyd edilmişdir. 28.09.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X8, X9 və X2 ibarətdir. 21.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Hacıyeva Pambiq Səlman qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 29.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 18.10.2021-ci il tarixli 69 saylı sərəncamından görünür ki, İddiaçı iki ay müddətinə qısamüddətli mühafizə orderinin verilməsi, Cavabdeh Fəxrəddin oğlunun İddiaçı ilə ünsiyyətdə olması qadan edilməsi, orderin icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilməsi qərar alınmışdır. xx.xx.1986-cı il tarixdə Vardenis rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinrən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.1986-cı il tarixdə 14 saylı akt qeydi ilə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 2 ev iddiaçı X4 mülkiyyətindədir. Hazırda Cavabdeh Fəxrəddin oğlu mübahisəli mülkdə yaşayır, iddiaçı cavabdehdən evdən çıxmasini tələb etsə də, cavabdeh evdən könüllü olaraq çıxmamış, iddiaçının öz mülkiyyətində olan evdə köçüb yaşamasına imkan verməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh ünvan 2 ünvanda yerləşən evdən çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən evdən çıxarılsın. İddiaçı ünvan 2 ünvanda yerləşən evə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar