Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-391/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.10..2019-cu il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, onun icrası nəticəsində əmələ gəlmiş hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 sifariş məktubuna əsasən ona məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi hərraca çıxarılmış, “xxxx” MMC-nin hesabatına əsasən həmin fərdi yaşayış evinin tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 30000 manat dəyərində qiymətləndirilmiş və o, bununla bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə qarşı iddia qaldıraraq, ona məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin ilkin qiymətinin əsassız hesab edilərək yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin vaxt məhkəmənin qərardadı ilə icra işi dayandırılmış, lakin sonradan o, səhhəti ilə bağlı məhkəməyə gedə bilmədiyindən işin nəticəsi barədə məlumatı olmamışdır və o, elə bilmişdir ki, bu iş üzrə icra işi dayandırılmışdır. Lakin bu günlərdə icra idarəsindən ona məlumat verilmişdir ki, icra məmuru ipoteka ilə yüklü edilmiş mənzili onun xəbəri olmadan açıq hərraca çıxarmış və xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracla mənzil 19125 manata satılmış və ona hərracın keçirilməsi barədə protokolun surətini verilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı məhkəməyə ərizə verərək, onun iddiası əsasında olan mülki işə onun iştirakı olmadan baxılmasını və işə əlavə etdiyi sübutlarla kifayətlənərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 2(104)-57/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh X3 apellyasiya şikayəti ona və digər cavabdeh X4 münasibətdə qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-240/2016 saylı qətnaməsi ilə iddianın cavabdeh X5 və X1 tutulmalı olan faiz borcu hissəsində dəuişdirilərək, xx.xx.2014-cü il tarixli 025m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə faiz borcu 2632.98 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, iddia tələbinin 800 manat ABŞ dolları cərimə hissəsində isə ləğv edilərəkhəmin hissədə iddia tələbi rədd edilmiş, cəmi 30395.01 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə tələb olunan 30395.01 ABŞ dolları cavabdehlər X2 və X1 müştərək qaydada tutulması, qətnamənin qalan hissədə təmin edilməməsi, 50 manat məbləğində ekspertiza xərcinin 10 manatı “xxxx” KB ASC-dən 40 manat isə cavabdeh X2 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli 71/05-1 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evini “xxxx” KB ASC-nin nümayəndəsi X6 19125 manata əldə etmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir (İHQ 10.2-ci maddəsi). “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh X3 apellyasiya şikayəti ona və digər cavabdeh X4 münasibətdə qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-240/2016 saylı qətnaməsi ilə iddianın cavabdeh X5 və X1 tutulmalı olan faiz borcu hissəsində dəuişdirilərək, xx.xx.2014-cü il tarixli 025m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə faiz borcu 2632.98 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, iddia tələbinin 800 manat ABŞ dolları cərimə hissəsində isə ləğv edilərəkhəmin hissədə iddia tələbi rədd edilmiş, cəmi 30395.01 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə tələb olunan 30395.01 ABŞ dolları cavabdehlər X2 və X1 müştərək qaydada tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-240/2016 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş, bundan sonra ünvan 1 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracda ipoteka predmeti “xxxx” KB ASCnə 19125.00 manata satılmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-nə qarşı “hərracın nəticələrinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357 və 360-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2nə, “xxxx” MMC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-391/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-391/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver