Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-394/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və əmlakın mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, borcun ödənilməsi və əmlakın mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 01/455/19 saylı Daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 1,985.46 manat, cərimə üzrə 260.17 manat olmaqla, cəmi 2,245.63 manat məbləğində borcun, dövlər rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan iddiaçıya məxsus 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, “HYUNDAİ ACCENT” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə 01/455/19 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, HYUNDAİ ACCENT markalı minikn avtomobilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən xx.xx.2020-ci il tarixinədək, lizinq ödənişləri üzrə 1,985.45 manat, cərimə üzrə 260.17 manat olmaqla, cəmi 2,245.63 manat məbləğində borcu yaranmışdır. Lizin müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh bugünə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 01/455/19 saylı Daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən “HYUNDAİ ACCENT” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 36 ay müddətinə verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 11,992.71 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq öhdəliklərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində qeyd olunmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən lizinq obyektini Cavabdeh vermiş, borclu müqavilə üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyin şərtlərini pozaraq vaxtlı-vaxtında ödəniş etməmiş, öhdəliyin icrasını gecikdirmiş, nəticədə müqavilə üzrə cavabdehin borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh “HYUNDAİ ACCENT” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İş üzrə İddiaçı MMC müqavilənin şərtlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 01/455/19 saylı “Daxili maliyyə lizinq müqaviləsi” ləğv edilməli və lizinq obyekti olan 2012-ci il buraxılışlı, “HYUNDAİ ACCENT” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, Z94CT41CBCR158876 ban, 1 396 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 1,985.46 manat, cərimə üzrə 10 manat, cəmi 1,995.46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 01/455/19 saylı “Daxili maliyyə lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2012-ci il buraxılışlı, “HYUNDAİ ACCENT” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı, Z94CT41CBCR158876 ban, 1 396 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc üzrə 1,985.46 manat, cərimə üzrə 10 manat olmaqla, cəmi 1,995.46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-394/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-394/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver