Məhkəmə qərarları › İş №2(044)-396/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-396/2021

30.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-396/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi, miras mülkünün və torpaq sahəsinin vərəsələr arasında bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi, miras mülkünün və torpaq sahəsinin vərəsələr arasında bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X27 İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanda yerləşən evə dair tərtib olunmuş xx.xx.1989-cu il tarixli 3034 nömrəli Qeydiyyat vəsiqəsinin və bunun əsasında 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, ünvan 1 ünvanda miras qalmış mülkün ikidə bir hissəsinin torpaq sahəsi də daxil olmaqla məcburi payın müəyyən edilməklə onun, qardaşı X9 vərəsələri, arvadı Cavabdeh6, uşaqları Cavabdeh7 və Cavabdeh8 və Cavabdeh9 arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 107 saylı fərdi yaşayış evi (keçmiş Əzizbəyov küçəsi 403) Elizavetpol şəhər notariat kontorunun xx.xx.1912-ci il tarixli 2525 saylı alqı-satqı müqaviləsinə əsasən Şamir Rza oğlu tərəfindən Məmməd İmamverdi oğluna və Abbas İmamverdi oğluna satılmışdır. Mülk sahibləri İmamverdiyev Abbas 1943-cü ildə, X10 isə 1936-cı ildə vəfat etmişdir. Kirovabad şəhər xalq məhkəməsinin xx xxxxxxxx 1980-ci il tarixli 2-1027 saylı qətnaməsinə əsasən Abbas İmamverdi oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X26, Məmməd İmamverdi oğlunun vərəsələri X14, İddiaçı və X17 hesab edilmiş və Kirovabad şəhəri Əzizbəyov küçəsi 403 saylı ünvanda yerləşən Məmməd və Abbas İmamverdi uşaqlarına məxsus mülkə mülkiyyət hüququ bərabər surətdə onlara verilməsi qət edilmişdir. Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 21-58 saylı bağışlama müqaviləsinə əsasən X26 mülkdə olan payını Cavabdeh3 bağışlamışdır. Abbas İmamverdi oğlunun vərəsələri Məmməd İmamverdi oğluna vərəsələrini atalardan miras qalmış mülkə buraxmadıqlarına görə İddiaçı, yəni iddiaçı məhkəmədə cavabdehlərə qarşı mülkə köçürülmə tələbinə dair iddia qaldırmış və Gəncə şəhər Məhkəməsinin xx.xx.1988-ci il tarixli 2-500 nömrəli qətnaməsi ilə İddiaçı, yəni iddiaçının və X9 Kirovabad şəhəri Əzizbəyov küçəsi, 403 nömrəli ünvanda yerləşən mülkə köçürülməsi qət edilmişdir. Göründüyü kimi, mübahisəli mülkün ½ hissəsinə mülkiyyət hüququ Məmməd İmamverdi oğlunun, ½ hissəinə mülkiyyət hüququ Abbas İmamverdi oğlunun vərəsələrinə verilmişdir. Evin texniki pasportlarda və planda da yuxarıda göstərilən kimi göstərilmişdir. X31 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş xx.xx.1989-cu il tarixli 3034 nömrəli qeydiyyat vəsiqəsində isə qanunsuz və əsassız olaraq mübahisəli mülk vərəsələrə ümumi birgə payla, yəni hər bir vərəsəyə 1/9 payla göstərilmişdir. Mübahisəli mülkün ½ hissəsi Məmməd İmamverdi oğlunun 3 vərəsəsi, arvadı X14, uşaqları- İddiaçı və X9, qalan ½ hissəsi isə Abbas İmamverdi oğlunun 6 vərəsəsi, arvadı Cavabdeh2, uşaqları Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X26 arasında bölünmüşdür. X3 oğlu xx xxx 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra 3 vərəsəsi-arvadı Məmmədova Malik və Cavabdeh8 qalmışdır. X1 Gəncə şəhəri, 2 saylı dövlət notariat kontoru tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli 2V-1-181 reyestr nömrəli vəsiyyətnamə ilə öz payını nəvəsi Cavabdeh9 vəsiyyət etmişdir. X14 xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vəsiyyətnamə hazırda qüvvədə olduğundan onun məcburi payı da müəyyən edilməmişdir. X30 miras əmlakdakı öz payını nəvəsinə vəsiyyət etsə də, vəsiyyətnamənin məzmunundan aslı olmayaraq onun uşaqları, yəni onun və Knyazın həmin mirasda məcburi payları da vardır. O, göstərilənlərə əsasən hesab edir ki, miras mülkün torpaq sahəsi də daxil olmaqla ½ hissəsi vərəsələr arasında bölünməlidir. Onun atasından miras qalmış mülkün ½ hissəsinə əmisinin uşaqları bərabər payla vərəsə hesab olunurlar. Onlar öz atalarından miras qalmış mülkün ½ hissəsinə vərəsə hesab edilə bilərlər. Kirovabad Zona və Texniki İnventarlaşdırma Bürosu tərəfindən mübahisəli mülkə dair tərtib edilmiş xx.xx.1989-cu il tarixli 3034 nömrəli qeydiyyat vəsiqəsi qanunsuz olduğundan ləğv edilməlidir. Həmin qeydiyyat vəsiqəsinin əsasında Cavabdeh4 1/9 pay, Cavabdeh2 1/9 pay, Cavabdeh1 1/9 pay, Cavabdeh3 2/9 pay, Cavabdeh5 1/9 pay, X6 1/9 pay, İddiaçı 1/9 pay, X11 1/9 pay olmaqla adlarına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən X27 İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanda yerləşən evə dair tərtib olunmuş xx.xx.1989-cu il tarixli 3034 nömrəli Qeydiyyat vəsiqəsinin və bunun əsasında 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, ünvan 1 ünvanda miras qalmış mülkün ikidə bir hissəsinin torpaq sahəsi də daxil olmaqla məcburi payın müəyyən edilməklə onun, qardaşı X9 vərəsələri, arvadı Cavabdeh6, uşaqları Cavabdeh7 və Cavabdeh8 və Cavabdeh9 arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixli **********5 saylı çıxarış Kirovabad şəhər xalq məhkəməsinin xx xxxxxxxx 1980-cı il tarixli 2-1072/1980 saylı qətnaməsi əsasında verilmişdir. Qətnamə ilə 9 nəfər, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, özü (Cavabdeh4), X26, X14, İddiaçı və X17 mirasqoyanlar Abbas və Məmməd İmamverdi oğlanlarının qanun üzrə vərəsələri tanınmışlar. X8 həmin evdəki 1/9 payı bağışlama yolu ilə bacıları Cavabdeh3 verəndən sonra sonuncunun həmin evdəki payı 2/9 olmuşdur. Həmin evdə 7 nəfərin hər birinin 1/9 payı, Cavabdeh3 isə 2/9 payı olması xx xxxxxx 2020-ci il tarixli **********5 saylı çıxarışda qeyd edilmişdir. İddia tam əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilərini bildirdilər. Cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh6 vəkili və nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinin nümayəndəsi Qarayev Elməddin Zaməddin oğlu iştirak etdiyi məhkəmə iclasında qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinəyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Gəncə rayon xalq Məhkəməsinin x xxxxxxxx 1988-ci il tarixli, 2-500 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X11 Kirovabad şəhəri, Əzizbəyov küçəsi 403 saylı ünvanda yerləşən mülkə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********80 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 107 saylı fərdi yaşayış evi (keçmiş Əzizbəyov küçəsi, 403) Elizavetpol şəhəri notariat kontorunun xx.xx.1912-ci il tarixli 2525 saylı alqı-satqı müqaviləsinə əsasən Şamir İrza oğlu tərəfindən Məmməd İmamverdi oğluna və Abbas İmamverdi oğluna satılmışdır. Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1980-cı il tarixli 2-1027 saylı qətnaməsinə əsasən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X26, Abbas İmamverdi oğlunun vərəsələri, X14, İddiaçı, X2 İmamverdi oğlunun vərəsələri olmaları faktı müəyyən edilmişdir. 6 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-1-58 saylı bağışlama müqaviləsinə əsasən X26 mülkdə olan payını Cavabdeh3 bağışlamışdır. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6, İddiaçı və X7 ümumi birgə payla adlarına xx.xx.1989-cu il tarixli 3034 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh4 1/9 pay, Cavabdeh2 1/9 pay, Cavabdeh1 1/9 pay, Cavabdeh3 2/9 pay, Cavabdeh5 1/9 pay, X6 1/9 pay, İddiaçı 1/9 pay, X7 1/9 pay adlarına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh4 1/9 payı, Cavabdeh2 1/9 payı, Cavabdeh1 1/9 payı, Cavabdeh3 2/9 payı, Cavabdeh5 1/9 payı, X6 1/9 payı, İddiaçı 1/9 payı, X7 1/9 payı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinn 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideylər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə də, hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və tələbində göstərdiyi hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün onun iddia tələbi rədd edilməlidir. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi, miras mülkün və torpaq sahəsinin vərəsələr arasında bölünməsi» tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar