Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-433/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-nə, Cavabdeh3 ASC-nə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-nə, Cavabdeh3 ASC-nə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 19.11.2021-ci il tarixli 77/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 5, ev 9A ünvanda yerləşən fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.05.2014-cü il tarixli 2(044)-975/2014 saylı icra sənədinə əsasən ondan Cavabdeh3 ASC-nin xeyrinə cəmi 21735.28 ABŞ dolları borcun tutulması, tutma kredit üzrə ona məxsus ünvan 1 ünvana yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və İdarənin 25.05.2015-ci il tarixli məktubu ilə evin qiymətləndirilməsi "xxxx" MMC-dən xahiş olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.05.2014-cü il tarixli 2(044)-975/2014 saylı icra sənədinin icrası ilə bağlı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 5, ev 9A ünvanda yerləşən fərdi yaşayış evi cavabdehin sifarişi ilə "xxxx" MMC tərəfindən 75000 manata qiymətləndirilmişdir. Bundan sonra, icra sənədi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, idarənin 30.03.2018-ci il tarixli sifariş məktubu ilə ipoteka ilə yüklü edilmiş evin satılması “X7” MMC-yə göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişi ilə hərracın keçirilmə tarixi 04.06.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-471/2018 saylı 07.05.2018ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-975/2014 saylı 27.05.2014-cü il tarixli icra sənədinin icrasına 30.12.2018-ci il tarixədək möhlət verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 01.10.2021-ci il tarixli “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə” ünvanlanmış məktubla hərracın yenidən davam etdirilməsi və yuxarıda qeyd edilən yaşayış evinin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. İcra İdarəsinin bu məktubu da ona göndərilməmişdir. "xxxx" MMC-nin açıq hərracdan keçirilməsinə dair 02 saylı bildirişinə görə hərracın keçirilmə vaxtı, tarixi 21.10.2021-ci il tarixə saat 11:00 təyin edilmiş və bu bildiriş barədə də onun məlumatı olmamışdır. Bundan başqa, cavabdeh "xxxx" MMC-nin birinci hərrac olmadan birbaşa 2-ci hərracı keçirilmişdir. Bu da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbinə ziddir. Cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinin, "xxxx" MMCnin qanunsuz hərəkətləri nəticəsində sonuncu 16.09.2015-ci il tarixli hesabatı ilə ev 75000 manat dəyərində qiymətləndirilmişdir. Hazırda isə bu qədər müddət keçməsinə baxmayaraq, onların heç bir məlumatları olmadan Hərrac Mərkəzi evin satış qiymətindən 25 faizdən az olmayaraq qiymətlə yəni, 47812.50 manat ipoteka saxlayana təklif olunmuşdur. Bunun nəticəsində isə ipoteka saxlayan Hərracın yekunları barədə 77/02 saylı 19.11.2021-ci il tarixli protokol ilə ipoteka predmetini 63750.00 manata əldə etmişdir. Hərracın yekunları barədə 77/02 saylı 19.11.2021-ci il tarixli protokol etibarsızdır. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 05.10.2021-ci il tarixli 02 saylı bildirişlə hərracın keçirilmə vaxtı, hərracın keçirilməsinə ən azı 20 təqvim günü qalmış yox, 15 gün qalmış, yəni 21.10.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Ona məxsus və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 5, ev 9A ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat 2015-ci il tarixdə qiymətləndirilmişdir. Fərdi yaşayış evinin hazırda 2015-ci il ilə müqayisədə qiyməti qat-qat artıqdır və bu səbəbdən də o, evin yenidən qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi barədə cavabdehə 11.11.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh isə 18.11.2021-ci il il tarixli 91805/15 saylı məktubda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi mümkün olmadığını göstərmişdir. Qiymətləndiricinin dəvət edilməsi icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsində təsbit edilmiş hüquq və vəzifəsidir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC və Cavabdeh3 ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.04.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh3 ASCnin xeyrinə 18100 ABŞ dolları əsas borc, 3635.28 ABŞ dolları faiz borcu, cəmi 21735.28 ABŞ dolları qətnamə icra edilən günə manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 32 manat, 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 20000 manat əsas, 3769.97 manat faiz borcu, cəmi 23769.97 manat, ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 32 manatın tutulması, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh İddiaçı məxsus ünvan 3-unvana yönəldilməsi, həmin evin açıq hərracdan ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılaraq, satışdan əldə olunmuş vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21735.28 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu və 32 manat qeydiyyatla bağlı ödəniş, 23769.97 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydiyyata ilə bağlı ödənilmiş 32 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra İddiaçı, X6, X1 və X2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılmaları və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hərracın yekunları barədə 19.11.2021-ci il tarixli 77/02 saylı protokolun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9 A saylı fərdi yaşayış evi 47812.50 manat qiymətlə tələbkar əldə etmişdir. 04.05.2018-ci il tarixli 01 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ünvan 3-unvana dair hərracın keçirilməsi 04.06.2018-ci il tarixə təyin edilmişdir. 05.10.2021-ci il tarixli 02 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ünvan 3-unvana dair hərracın keçirilməsi 21.10.2021-ci il tarixə təyin edilmişdir. 31.05.2018-ci il tarixli Ca.Q4417/2015 saylı məktubdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-471/2018 saylı 07.05.2018-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-975/2014 saylı 27.05.2014-cü il tarixli qətnaməsinin icrasına 30.12.2018-ci il tarixədək möhlət verilmişdir. Odur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin 4417/2015 saylı 30.03.2018-ci il tarixli sifariş məktuibunun dayandırılması xahiş olunmuşdur. 16.09.2015-ci il tarixli "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 3-unvanda yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 75000 manat təşkil edir. 18.11.2021-ci il tarixdə İddiaçı ünvanlanmış 91805/15 saylı məktubdan görünür ki, ünvan 3-unvanda yerləşən fərdi yaşayış evi 75000 manat məbləğində qiymətləndirilmiş və ünvan 3-unvanda yerləşən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1.-ci maddəsinin tələbinə görə əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Mülki Məcəllənin 416.1.-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2.-ci maddəsinin tələbinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “ İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun” 44-cü maddəsinə əsasən Hərracın etibarsız sayılması həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 48.1-ci maddənin tələbinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2-ci maddəsinə əsasən həmin Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və tətbiq olunmalı olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, İddiaçı özünə məxsus olan ünvan 3-unvanda yerləşən fərdi yaşayış evini Cavabdeh3 ASC-dən kredit götürərkən ipoteka (girov) qoymuş, lakin İddiaçı bankın pulunu ödəmədiyindən tələb iddiaçının mülkiyyətində olan ünvan 3-unvanda yerləşən fərdi yaşayış evinə yönəlmişdir. Sonra icra mərhələsində həmin əmlak açıq hərraca çıxarılmış və sonda 16.09.2015-ci il tarixdə "xxxx" ASC-nə satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə İddiaçı məxsus olan ünvan 3-unvanda yerləşən fərdi yaşayış evi açıq hərracda satılarkən hərrac mərhələsində bildirişlər borclunun yaşadığı ünvan 3 ünvanına göndərilmiş bildirişlərin iddiaçı tərəfindən rəsmi qaydada alınması (qəbul edilməsi) barədə heç bir məlumat müəyyən edilmədi. Bundan əlavə məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, borclu İddiaçı Məcid oğluna məxsus fərdi yaşayış evi açıq hərracda satılaraq tələbkara təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus olan və ipoteka predmeti olmuş ünvan 3unvanda yerləşən fərdi yaşayış evi tələbkarın adına keçməsi müəyyən edilsə də, əslində tələbkar bank tərəfindən həmin mənzilin öz mülkiyyətinə keçirilməsi barədə iş materiallarında və icra işində heç bir sənəd aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka qoyan İddiaçı keçirilmiş hərracların vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmadığından və hərrac mülkiyyətçinin xəbəri olmadan keçirildiyindən, eləcə də bir ipoteka predmetinin satışından əldə olunan məbləğ və onun dəyəri kredit borcunu tam olaraq ödədiyindən və həmin əmlak tələbkar tərəfindən qəbul edilərək öz mülkiyyətinə keçməsi barədə razılıq verdiyindən, eləcə də ikinci ipoteka predmeti barədə tələbkar-bank tərəfindən heç bir iradə ifadəsinin bildirilməməsi, hərracın qanuna uyğun keçirilməməsi kimi, həmçinin bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması və onun mülkiyyət üzərində hüquqlarının “şərti və qeyri-sabit” xarakterli olması kimi qiymətləndirilməlidir. Bundan başqa, 04.05.2018-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3-unvana dair hərracın keçirilməsi 04.06.2018-ci il tarixə təyin edilmiş, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 31.05.2018-ci il tarixdə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış məktuba əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli 8(044)-471/2018 saylı qərardadına əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.05.2014-cü il tarixli qətnaməsinin icrasına 30.12.2018-ci il tarixədək möhlət verildiyindən, Gəncə şəhəri üzrə İcra İdarəsinin 30.03.2018-ci il tarixli 4417/2015 saylı sifariş məktubunun icrasının dayandırılması bildirilmişdir. Bundan sonra Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 05.10.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair məktubu ilə ünvan 3unvana dair hərracın keçirilməsi 21.10.2021-ci il tarixə təyin edilmişdir. Belə ki, hərracın keçirilməsinin müddəti 20 gün müəyyən edildiyi halda, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 15 günə təyin edilmişdir ki, bu da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələblərinə ziddir. Bununla da "xxxx" MMC tərəfindən hərracın keçirilməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. “İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun” 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Beləliklə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əmlakın ona məxsusluğunu, açıq hərrac keçirilərkən onun məlumatsız olmasını, hərracın keçirilməsi barədə bildirişlərin onun yaşadığı ünvana göndərilməməsini, eləcə də iddia ərizəsində qeyd etdiyi digər xüsusatları sübut etməlidir. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən də iddia tələbinin hüquqi əsasını təşkil edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, bu hal həm də məhkəmə iclasında tərəflərin özlərinin izahatları, icra işində olan sənədlər və iddiaçı tərəfindən təqdim olunmuş digər sənədlərlə də sübut olunur. Məhkəmə, iddia tələbinin ipoteka predmeti olan Gəncə şəhəri, İ.Qayıbov küçəsi, dalan 5, ev 9A ünvanda yerləşən fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisna olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin 19.11.2021-ci il tarixli 77/02 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-433/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-433/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver