Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-444/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin əməkdaşları tərəfindən ona tərtib edilmiş ******* saylı 03.07.2018-ci il tarixli aktın ləğv edilməsi və 1920 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində mülkiyyət hüququ üzrə ona məxsus 2 girişli 50.5 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası onun mülkiyyətindədir. 03 iyul 2018-ci il tarixdə “Azəriqaz” X3 X8 İdarəsinin əməkdaşları mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Təbriz küçəsindəki qeyri-yaşayış binasına gələrək təbii qazın uçotu və təbii qazın istismar qaydalarının yoxlanması məıqsədi ilə monitorinq aparılmış və yoxlamanın nəticələrinə dair ******* saylı akt tərtib edilərək ona məxsus qeyri yaşayış binasına 1920 manat məbləğində cərimə yazılmış, sayğac sökülərək aparılmışdır. Aktın tərtib olunmasına səbəb kimi sayğacdan çıxış nöqtəsindən sonra turbanın deşilməsi əsas gətirilmişdir. Akt tərtib olunarkən mülkiyyətçi olaraq o, və yaxud onun nümayəndəsi dəvət olunmamışdır. Akt isə tanımadığı Vüsal Şabanovun adına tərtib edilmişdir. Gəncə şəhəri, Təbriz küçəsində yerləşən qeyri-yaşayış binasının qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə ***-**-** saylı 01.09.2016-cı il tarixli X1 arasında bağlanmışdır. Müqavilənin sonuncu səhifəsində əlaqə saxlancaq şəxs kimi X2 adı qeyd edilmişdir. O, “Azəriqaz” X3 X8 İdarəsinə qanunsuzluqlarla bağlı iradlarını bildirməsinə baxmayaraq onlar onun haqlı iradlarını nəzərə almamışlar. O, “Azəriqaz” X3 X8 İdarəsinin əməkdaşlarına əmlakın və qazın alqı-satqı müqaviləsinin Vüsal Şabanovun adına olmadığını və akt tərtib edilərkən kobud pozuntuya yol verdiklərini bildirmişdir. Dəfələrlə qanunsuz tərtib edilmiş aktın və 1920 manat məbləğində cərimənin silinməsini “Azəriqaz” X3 X8 İdarəsindən tələb etməsinə baxmayaraq, onun haqlı tələbi icra olunmamışdır. Həmçinin sayğaca müdaxilənin müəyyən edilməsi üçün akt tərtib edilərək sökülməli və ekspert rəyi alınması üçün müvafiq quruma göndərilməsi qaz idarəsinin əməkdaşları tərəfindən təmin edilməlidir. Bu günədək sayğaca müdaxilə olunması ilə bağlı rəy alınmamışdır. Həmçinin ona bu günədək cərimə yazılması və borcunun olması barədə rəsmi məlumat verilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X6 məhkəməyə vəsatət təqdim edərək bildirdi ki, İddiaçı ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmamışdır. X1 ilə bağlanılmışdır. İddiaçının mübahisələndirildiyi akt üzrə ünvan “Azəriqaz” İstehsalat Birliyinin kompyuter bazasında qeyri-əhali abonent kimi “meyvə tərəvəzin filialı” və VÖEN ********** saylı kimi qeydiyyata alınmışdır. Həmin obyekt “Çayxana” fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron vergi uçotu orqanında həmin VÖEN (**********) üzrə fiziki şəxs X5 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Odur ki, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi akt üzrə ünvan qeyri-əhali abonent abonent “meyvə tərəvəzin filialı” və VÖEN (**********) üzrə fiziki şəxs X2 vergi ödəyicisi olduğu üçün iş materialları baxılması üçün aidiyyatı üzrə Gəncə Kommersiya məhkəməsinə göndərilməsi qanunamüvafiqdir. Məhkəmədən vəsatətin təmin olunmasını xahiş etdi. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi təhlil edilərkən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron vergi uçotu orqanında VÖEN (**********) üzrə fiziki şəxs X5 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə hüquqi şəxsdir. Tələb subyektiv tərkibinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır, bu səbəbdən də mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə inzibati və kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmışdır. 01 yanvar 2020-ci il tarixdən həmin Sərəncamın 2.3-cü maddəsinə əsasən Gəncə şəhərində Gəncə Kommersiya Məhkəməsi yaradılmışdır. Azərbaycan Respublikası MPM-də edilmiş 09 iyul 2019-cu il tarixli dəyişikliklərlə müəyyən edilmişdir ki, həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair 2(044)-444/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-444/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-444/2022
23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver