Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-463/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri X1rşı “xx.xx.2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhəri X4 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* №-li aktın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək məhkəmədən artıq hesablanmış 572 manat məbləğində qaz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri X4 İdarəsi xx.xx.2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərərək xx.xx.2019-cu il tarixli, ******* №-li akta əsasən dəymiş ziyanın ödənilməsini tələb etmişdir. xx.xx.2019-cu il aktda qeyd olunur ki, Sənaye və məişət qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli, MSK-29/1710-01254 nömrəli akta əsasən G-4 markalı AZ **********1 nömrəli sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, plastmass boruda deşik aşkar olunmuşdur. O, qeyd olunan aktda göstərilən nöqsanlarla razı deyil. Odur ki, iddia tələbinin təmin olunmasını və həmn aktın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edilmişdir: Belə ki, iş materiallarında olan Gəncə şəhəri X4 İdarəsi tərəfindən tərtib olunmuş ******* saylı aktın surətindən görünür ki, sayğacın klapanı işlək deyil, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir və sayğaca kamera vasitəsi ilə baxış keçirilərkən plasmas boruda deşik aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 5724 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunvericiliyin tələblərinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda cavabdeh tərəfindən sübut qismində yalnız saldo adlanan sənəd təqdim edilmişdir ki, həmin sənədin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyi üçün sübut kimi məhkəmə tərəfindən qiymətləndirilə bilməz. İddiaçının yaşadığı mənzilə dair cərimənin hesablanmasını əsaslandıran digər sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayəcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı- satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 1-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafıq tədbirləri görməlidir. İş materiallarında dəymiş ziyanın bərpasına dair tələbnamə olsa da bu barədə tərtib edilmiş aktın əsli və digər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin akt təqdim edilərək, sayğacda qüsurların aşkar edilməsi təsdiqini tapsa da belə həmin qüsurların yaranmasının iddiaçının təqsirli hərəkətləri nəticəsində əmələ gəlməsinin cavabdeh tərəfindən sübut edilməsi vəzifəsindən azad etmir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki,ünvan 1 ünvanında yaşayan abonent İddiaçı hesabat müddəti ərzində 5724 m3 qazın itirilməsi qənaətinə gəlinmişdir.Həmin qazın iddiaçının təqsirli hərəkətləri nəticəsində yaranması və abonentin həqiqətən də həmin həcmdə qazdan istifadə etməsi sübut edilmədiyindən göstərilən həcmdə qazın dəyəri abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdeh Gəncə şəhəri X1rşı “qanunsuz hesablanmış borcun silinməsinə” dair iddia tələbi təmin edilsin. İddiaçı hesabından 5724 m3 qaza görə hesablanmış pul vəsaiti silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-463/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-463/2020
26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver