Məhkəmə qərarları › İş №2(044)-466/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-466/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-466/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh “Azəriqaz” X3 X7 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsinə qarşı «0221040 nömrəli aktın əsassız hesab edilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsinə qarşı «0221040 nömrəli aktın əsassız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsi tərəfindən tərtib olunmuş ******* saylı aktın əsassız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdilər ki, onlar 2020-ci ilin iyul ayından ünvan 3-də yaşayırlar. xx.xx.2020-ci il tarixdə Gəncə XS-nın TQQ və SX-nın əməkdaşları tərəfindən tərtib olunmuş akt əsassızdır. Ona görə ki, həmin ünvanda təkcə anası X6 yaşamış, onlar həmin ünvanda əvvəllər yaşamamış və sayğacdan kənar xətdən istifadə etməmişlər. Gəncə şəhəri Qaz Xidmət Sahəsinin əməkdaşları tərəfindən sayğacdan kənar xəttin bir tərəfi aşkar olunsa da, sayğacdan kənar xəttin digər tərəfi aşkar olunmadı. Buna baxmayaraq əməkdaşlar akt tərtib edərək 583.20 manat məbləğində cərimə yazıblar. Onların evində bir ədəd dörd göz qaz sobası və su qızdırıcı kalonka olmuşdur. Su qızdırıcı kalonkanın isə odunla yandırılması əməkdaşlar tərəfindən görülsə də bu həqiqət gizlədilmişdir. Onlar hesab edirlər ki, onlara qarşı haqsız və əsassız akt tərtib edilmişdir. Bu barədə Gəncə şəhəri Qaz Xidmət Sahəsinə rəsmi ərizə ilə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Odur ki, cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsi tərəfindən tərtib olunmuş ******* saylı aktın əsassız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman evin qarşı hissəsindən keçən 57 mm-lik paylayıcı küçə qaz xətti üzərində sayğacdan kənar istifadəyə yararlı olan qeyri-qanuni 20 mm-lik qaz borusu aşkar edilmişdir. Bu səbəbdən X11 X4 Xidmət sahəsi tərəfindən itirilmiş təbii qazın bərpası məqsədilə ******* nömrəli akt tərtib edilərək abonent hesabına 5832 m3 həcmində 583.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sədrəddin Avazov ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman evin qarşı hissəsindən keçən 57 mm-lik paylayıcı küçə qaz xətti üzərində sayğacdan kənar istifadəyə yararlı olan qeyri-qanuni 20 mm-lik qaz borusu aşkar edilmişdir. Həmin borunun istiqamətinin İddiaçı1 məxsus evin barısından hamam otağına doğru gedişi müəyyən edilmiş, lakin həmin boru suvaq içərisində olduğundan konkret olaraq yerini aşkar etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialı tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman evin qarşı hissəsindən keçən 57 mm-lik paylayıcı küçə qaz xətti üzərində sayğacdan kənar istifadəyə yararlı olan qeyri-qanuni 20 mm-lik qaz borusu aşkar edilmişdir. Bu səbəbdən X11 X4 Xidmət sahəsi tərəfindən itirilmiş təbii qazın bərpası məqsədilə ******* nömrəli akt tərtib edilərək abonent hesabına 5832 m3 həcmində 583.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Borcun silinməsi ilə əlaqədar müraciətə cavab olaraq itirilmiş təbii qazın bərpası məqsədi ilə hesablanmış və abonent hesabına yönəldilmiş 583.20 manat məbləğində cərimənin məhkəmədə mübahisələndirilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan “Azəriqaz” X3 X7 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 3 ünvanı AGİS bazasında əhali sektorunda **********00000 kod altında qeydiyyata alınmışdır.xx.xx.2020-ci il tarixdə Gəncə XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan əlavə keçən xətt aşkar olunaraq ******* nömrəli təbii qazdan istifadə qaydalarının qozulması haqqında akt tərtib olunmuş və 5832 m3 həcmində 583.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda hesab kodunda 583.20 manat borc qalmaqdadır. Qeyd olunan məbləğ abonent tərəfindən ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş ******* saylı AKT-dan görünür ki, ünvan 3 ünvanında sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi, əlavə xəttin isə ləğv edilməsi tələb olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2017-ci ildən 2020-ci ilədək 6450 m3 qaz sərfinə görə 645 manat ödəniş etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı1 məxsus ünvan 3 ünvanında Zenner G4T tipli xx.xx.2020-ci il tarixdə quraşdırılmış sayğacda 10/2020-ci il tarixə qalıq borc 583.20 manat təşkil edir. Abonent 11/2020-ci il tarixdə 300 m3 qaz sərfinə görə 32.70 manat ödəniş etmiş və 580,50 manat qalıq borcu, 12/2020-ci ildə 1426 m3 qaz sərfinə görə 20 manat ödəniş etmiş 722 manat qalıq borcu, 01/2021-ci ildə 929 m3 qaz sərfinə görə ödəniş olunmamış və 814.90 manat qalıq borcu, 02/2021-ci il tarixə 50 manat ödəniş etmiş və 764.90 manat qalıq borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı və şahid ifadələrindən müəyyən olundu ki, X11 X4 şəhəri Nizami Rayon Xidmət sahəsinin əməkdaşları tərəfindən qeyri-qanuni qaz xəttinin aşkar olunduğu ərazidə iddiaçının fərdi yaşayış evindən başqa yaşayış evi olmamışdır. Həmçinin məhkəmə iclasında iddiaçının izahatından və abonent saldosundan müəyyən olundu ki, o, hər ay təxminən 50-60 manat qaz pulu ödəyir. Lakin əvvəlki illərdə hər ay təxminən 2, 3, 4, 5, 10 manat qaz pulu ödənilmişdir. İddiaçı izahatında qaz sərfiyyatının az olmasını anasının həmin evdə tək qalması və qaz xəttindən çox elektrik cihazlarından istifadə etməsi ilə əlaqədar olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsinə qarşı «0221040 nömrəli aktın əsassız hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azəriqaz” X3 Regional Qaz X4 şəhəri Nizami Rayon Xidmət sahəsinə qarşı «0221040 nömrəli aktın əsassız hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar