Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-532/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi Ərizəçiinun, Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X6 onun atası, X5 isə anasıdır və onlar 01.02.1956-cı il tarixdə rəsmi nikah qeydiyyatınmdan keçməklə ailə qurmuşlar və onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Atası X7 31.01.2013-cü il tarixdə, anası X5 isə 11.10.2021-ci il tarixdə vəfat etmişlər. Onun bacısı X8 uşaqlıqdan müddətsiz olaraq 1-ci qrup əlildir, hal-hazırda onun himayəsində yaşayır və onun xəstəliyi gərginləşməyə başlamış, son zamanlar vəziyyəti daha da pisləşmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 məhkəmə iclasında, ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Psixonevroloji dispanserinin 17.03.2022-ci il tarixli 161 saylı rəyindən görünür ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 toksikoz və asfiksiya anadan olması, psixofiziki inkişafda həmyaşıdlarından geri qalması, daim valideynlərinin sonralar qardaşı Ərizəçi himayəsi və nəzarəti altında yaşaması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxuya bilməməsi, 1988-ci ildən Gəncə şəhər Psixonevroloji Dispanserində “İmbesillik dərəcəsində olan ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatda durması, xəstəliyinə görə əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi (Gəncə şəhər Psixonevroloji Dipanserindən verilmiş 05.04.1988-ci il tarixli 305/88 saylı ambulator karta, 8 saylı TSEK-dən verilmiş 21.07.2005ci il tarixli müayinə aktından çıxarış, DSMF-nin 18 saylı regional ərazi filialından verilmiş **********7 saylı arayış), hazırkı ekspertiza zamanı onda təfəkkür, yaddaş, davranış, emosiya və intellekt pozuntularının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, yaddaşının mexaniki tipli, təfəkkürünün konkret olması,oxumaq və yazmaq vərdişlərinin olmaması, adı hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması, fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda davranış pozğunluqları müşahidə edilməsi, intellektinin inkişafdan geri qalması, İQ=49 faiz) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. 19.02.1983-cü il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 birgə nikahlarından 14 fevral 1993-cü il tarixdə X8 anadan olmuşdur. 19.10.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. 09.12.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış Ə-66-099 saylı məktubdan görünür ki, Ərizəçi bacısı 14.02.1983-cü il tarixdə anadan olmuş X3 ona qəyyumluğa veilməsikomissiyanın səlahiyyəti xaricində olması və bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X8 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, 14.02.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.02.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-532/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-532/2022
21.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver