Məhkəmə qərarları › İş №2(044)-533/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-533/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-533/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı Əbülfət qızının, 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fondunun nümayəndəsiTanrıverdiyev Eldar Əmir oğlunun iştirakı ilə, İddiaçı Əbülfət qızının cavabdehlər «xxxx» MMC-nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fonduna qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» MMC-nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fonduna qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilinə dair cavabdeh təşkilatı tərəfindən xx.xx.2014-c üil tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərrac nəticəsində verilən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əbülfət qızı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nın iddiası təmin edilərək ondan və “xxxx” MMC-nin direktoru X1 cəmi 33036 manat pulun tutulması və tutmanın ona məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi qət edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş və borcun məbləği cəmi 30669.57 manat müəyyən edilməsi qət edilmişdir. Bundan sonra o, bu günlərdə təsadüfən öyrənmişdir ki, icra məmuru ipoteka ilə yüklü edilmiş mənzili onun xəbəri olmadan açıq hərraca çıxarmış və xx.xx.2014-cü il tarixli keçirilmiş hərracda mənzil satılmış, Maraqlı şəxs ASC-nın mülkiyyətinə keçmişdir. Hərracın keçirilməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə çəkişmələri bitdikdən sonra onun oğlu, X2 bank qarşısında olan öhdəlikləri tam icra etmiş və banka olan borcu tam ödəmişdir. Onlar tərəfindən borcun ödənilməsi də sübut edir ki, onların evin satılmasından xəbərləri olmamışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fondu nümayəndəsiTanrıverdiyev Eldar Əmir oğlu məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı və “xxxx” MMC-nin direktoru X1 cəmi 33036 manat pulun tutulması və tutmanın İddiaçı məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehin kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi qət edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş və borcun məbləği cəmi 30669.57 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmiş, icra idarəsinin sifariş məktubu əsasında hərrac keçirilmiş və «xxxx» MMC-nin xx.xx.2014-cü il tarixli 92/11 saylı protokoluna əsasən İddiaçı məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzili 21675 manata Maraqlı şəxs ASC-nın nümayəndəsi X3 tərəfindən əldə edilmişdir. Lakin buna baxmayaraq X2 tərəfindən banka olan borc tam şəkildə ödənilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdehlər «xxxx» MMC-ti, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1038/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, “xxxx” MMC-nin direktoru X1 xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borcun, 7669.57 manat faiz borcunun, 5347 manat peniya, cəmi 33036 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutma öhdəliyin təmini kimi yüklü edilmiş İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 115 saylı binanın 9 saylı mənzilinə yönəldilməsi və cavabdehin banka olan borcu evin açıq hərracda satılmasından əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin mənzildən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)-75/2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi “xxxx” MMC-nin direktoru X1 xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borcun, 7669.57 manat faiz borcunun, 5347 manat peniya, cəmi 33036 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmiş, “xxxx” MMC-nin direktoru X1 xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borcun, 7669.57 manat faiz borcunun, 3000 manat peniya, cəmi 30669.57 manat tutulması, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi xx.xx.2010-cu il tarixinə 7669.57 manat məbləğində kreditindən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin “xxxx” MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)- 2281/13 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı və vəkili İsgəndərov Fuad İnqilab oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)- 75/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X6 prospekti, bina 115, mənzil 9 ünvanı Maraqlı şəxs ASC-nın mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və notariat kontoruna ünvanlanmış ipotekanın dövlət Qeydiyyatının ləğv edilməsi barədə məktubdan görünür ki, Maraqlı şəxs ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin bank qarşısında tam icra olunması və ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixdə tarixdə “xxxx” MMC-nin direktoru X2 tərəfindən ləğv prosesində olan Maraqlı şəxs ASC-nın ləğvedici əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Hal-hazırda həmin qətnamə üzrə borcun tam olaraq bağlanmasını nəzərə alaraq həmin kredit müqaviləsi üzrə girov qoyulmuş Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 115 saylı binanın 9 saylı mənzilini –girovun yüklülükdən azad olunması və üzərində olan həbsin götürülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2008-ci il tarixli 004H saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X6 prospekti, bina 115, mənzil 9 ünvanı Maraqlı şəxs ASC-nə ipoteka qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, “xxxx” MMC-nin direktoru X2 tərəfindən Maraqlı şəxs ASC-nə cəmi 30700 manat məbləğində ödəniş olmuşdur. «xxxx» MMC-nin xx.xx.2014-cü il tarixli 92/11 saylı protokolunun surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilini 21675 manata Maraqlı şəxs ASC-nın nümayəndəsi X3 əldə etmişdir. Mülki Məcəllənin 416.1.-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2.-ci maddəsinin tələbinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun” 44-cü maddəsinə əsasən hərracın etibarsız sayılması həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun” 45.1-ci maddəsinə ipoteka predmetinin açıq bazarda satılması üzrə alqı-satqı müqaviləsi ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsasdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi “xxxx” MMCnin direktoru X1 xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borcun, 7669.57 manat faiz borcunun, 5347 manat peniya, cəmi 33036 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmiş, “xxxx” MMC-nin direktoru X1 xx.xx.2008-ci il tarixli 004H nömrəli kredit müqaviləsi üzrə 20000 manat əsas borcun, 7669.57 manat faiz borcunun, 3000 manat peniya, cəmi 30669.57 manat tutulması, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi xx.xx.2010-cu il tarixinə 7669.57 manat məbləğində kreditindən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin “xxxx” MMCnin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)-2281/13 saylı qərarı ilə cavabdeh İddiaçı və vəkili İsgəndərov Fuad İnqilab oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-75/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-75/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir. Cavabdeh2 sifariş məktubuna əsasən hərrac keçirilmiş, hərrac mərkəzinin xx.xx.2014-cü il tarixli 92/11 saylı protokoluna əsasən Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzili 21675 manata Maraqlı şəxs ASC tərəfindən əldə edilmiş və sonuncunun adına xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış verilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya bildiriş göndərilməmiş, iddiaçının iştirakı və xəbəri olmadan iddiaçıya məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzili xx.xx.2014-cü il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Maraqlı şəxs ASC-nin mülkiyyətinə keçmişdir. Bundan sonra iddiaçının oğlu, “xxxx” MMC-nin direktoru X2 tərəfindən banka olan borcu - 30700 (otuz min yeddi yüz) manat məbləğində pulu tam şəkildə ödənilmişdir. Hazırda Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzil İddiaçı sahibliyində və istifadəsindədir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilinə dair «xxxx» MMC-nin xx.xx.2014-cü il tarixdə keçirilmiş 92/11 saylı protokolu etibarsız etibarsız hesab edilməli və Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilinə dair Maraqlı şəxs ASC-nin adına verilmiş xx.xx.2015-ci il tarixli ******* saylı çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilinə dair «xxxx» MMC-nin xx.xx.2014-cü il tarixdə keçirilmiş 92/11 saylı protokolu etibarsız hesab edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 115 saylı binanın 9 saylı mənzilinə dair Maraqlı şəxs ASC-nin adına verilmiş xx.xx.2015-ci il tarixli ******* sayı çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar