Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-561/2021 10.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh4 QSC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nə, Cavabdeh4 QSC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nə, Cavabdeh4 QSC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC-nin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qnunsuz hesab edilməsi, ümumi yaşayış evinin Hərrac Mərkəzi "xxxx" MMC ilə Cavabdeh4 QSC arasında bağlanmış 06.05.2019-cu il tarixli 23/09 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsi, pnun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış 19.12.2017-ci il tarixli 06L00000325 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(044)-56/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh4 QSC-nin cavabdehlər X10 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinəyönəldilməsi tələbləri barədə iddiası qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 175000 manat müəyyən edilməsi qət edilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabdeh Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC tərəfindən Cavabdeh4 QSC-nə təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Cavabdeh Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuş, hərracın keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərac barədə ona hər hansı bir məlumat verilməmişdir. O, hərrac barədə məlumatı icra idarəsindən almışdır. İddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh4 QSC-nin nümayəndəsi X13 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(044)-56/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh4 QSC-nin cavabdehlər X10 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbnə dair iddia qismən təmin edilmiş, tələbin İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 175000 manat müəyyən edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi əsasında ipoteka predmeti hərraca çıxarılmış, keçirilmiş hərraclar nəticəsində ipoteka predmeti satılmamış, bundan sonra ipoteka predmeti Cavabdeh4 QSC-nə təklif olunmuş və həmin ipoteka predmeti Cavabdeh4 QSC-nin balansına qəbul olunmuşdur. Məhkəmədən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, mülki iş mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh4 QSC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 27.03.2018-ci il tarixli 2(044)-56/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X10, X4 və İddiaçı əsas borc üzrə 80319.05 ABŞ dolları, faiz borcu üzrə 19005.37 ABŞ dolları, cərimə 100 ABŞ dolları, cəmi 99424.42 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq Cavabdeh4 QSC-nə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 175000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 99424.42 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh4 QSC-nə ödənilməsi, ipoteka predmeti İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X10, X9 və X5 fərdi yaşayış evindən çıxarılmaları və əmlakın boşaldılaraq Cavabdeh4 QSC-nətəhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlər X10, X4 və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. 31.01.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən "xxxx" Hərrac Mərkəzinə, X10, X4 və İddiaçı, Cavabdeh4 QSC-nə ünvanlanmış məktubdan görünür ki, ünvan 3cra sənədinin icrası ilə bağlı Cavabdeh1 112369/18 saylı 31.01.2019-cu il tarixli sifariş məktubu icra olunması üçün tərəflərə göndərilmişdir. 07-14.03., 29.03-04.04 2019-cu il tarixli Birja Yenilikləri qəzetlərinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması barədə Birja Yenilikləri qəzetində elan verilmişdir. 07.03.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 saylı bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə dair hərracın keçirilmə tarixi 27.03.2019-cu il tarixə 11:00-a təyin olunmuşdur. 22.02.2019-cu tarixli açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə dair hərracın keçirilmə tarixi 27.03.2019-cu il tarixə 11:00-a təyin olunmuşdur. 29.03.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə dair hərracın keçirilmə tarixu 15.04.2019-cu il tarixə 11:00-a təyin olunmuşdur. 19.04.2019-cu il tarixli 01/1435 saylı təklif məktubundan görünür ki, ipoteka haqqında Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilikin satış qiymətindən 25 faiz az olmayan qiymətə 111562.50 manata ipoteka saxlayana təklif olunmuşdur. 06.05.2019-cu il tarixli 23/09 saylı hərracın yekunları barədə protokolun surətindən görünür ki, Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq shəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evini Cavabdeh4 QSC-nin nümayəndəsi X6 111562.5 manata əldə etmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 27.03.2018-ci il tarixli 2(044)- 56/2018 saylı qətnaməsi əsasən iddia tələbi qismən təmin edilmiş, həmin qətnamə əsasında verilmiş 27.03.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş, bundan sonra Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və 06.05.2019-cu il tarixdə keçirilmiş hərracda ipoteka predmeti Cavabdeh4 QSC-nə 111562.5 manata satılmışdır. 06.05.2019-cu il tarixdə Gəncə şəhəri, Nizami Rayonu, Almaz İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evi Cavabdeh4 QSC-ti tərəfindən balansa qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nə, Cavabdeh4 QSC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357 və 360-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Respublika Xammal və Hərrac Mərkəzi "xxxx" MMC-nə, Cavabdeh4 QSC-nə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-561/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-561/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver