Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-569/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X6, Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi idarəsinə qarşı «ipoteka müqaviləsinə xitam və onun qeydiyyatının ləğv olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi idarəsinə qarşı “ipoteka müqaviləsinə xitam və onun qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-ti ilə xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/5160/14-2 saylı, xx.xx.2014-cü il tarixdə bağlanmış 002 saylı və xx.xx.2014-cü il tarixdə bağlanmış xx/xx/9160/14-1 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının Cavabdeh2nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən ondan hal-hazırda ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə 270000 manat əsas borc, 18780 manat faiz borcu, cəmi 288780 manat məbləğində pulun tutulması və tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə yönəldilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh1 sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X19 Mərkəzi “xxxxx” MMCtərəfindən hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə birinci, xx.xx.2016-cı il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyri-yaşayış sahələri satılmamışdır. Hərrac təşkilatının xx.xx.2016-cı il tarixli məlumatına əsasən fərdi yaşayış evi və qeyri-yaşayış sahələrinin hərracda satılmadığı üçün ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nə təklif olunmuş, bank tərəfindən fərdi yaşayış evi və qeyri-yaşayış sahələri balansa götürülməmişdir. İddiaçının nümayəndəsi, vəkil X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı X22 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı X22nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh ləğv posesində olan “xxxxxxxxxxxxx” QSC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 5052/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı əsas borc üzrə 270000 manat, faiz borcu üzrə 18780 manat, cəmi 288780 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq QSC “xxxxxxxxxxxxx” KB-nin xeyrinə ödənilməsi, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdehlər İddiaçı məxsus olan və tərəflər arasında 90000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı ünvanda yerləşən 42 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci mərtəbə), 115000 manat qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da yerləşən 53.9 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci mərtəbə) və X10 məxsus olan və tərəflər arasında ilkin olaraq 170000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi 0.046 ha torpaq sahəsində yerləşən, 5 otaqlı 61A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq həracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına müqavilələr üzrə ümumilikdə 288780 manat və ödənilmiş 30 manat məbəğində dövlətrüsumunun ödənilməsinin təmin edilməsi, bütün xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X7, X1 Azər Kamal oğlu yaşayış sahələrini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılsınlar, iddia tələbi “ipotekanın qeydiyyata alınması ilə bağlı 93 manat ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X19 Mərkəzinin “xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/1701 saylı məktubundan görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində 0.046 ha torpaq sahəsində yerləşən 61A saylı fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixinə təyin olunmuş hərracın keçirilməsi barədə tərəflərə 01 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X19 Mərkəzinin “xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/1915 saylı məktubundan görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində 0.046 ha torpaq sahəsində yerləşən 61A saylı fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixinə təyin olunmuş hərracın keçirilməsi barədə tərəflərə 01/2 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X19 Mərkəzinin “xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/2511 saylı məktubundan görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində 0.046 ha torpaq sahəsində yerləşən 61A saylı fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixinə təyin olunmuş hərracın keçirilməsi barədə tərəflərə 02/2 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X19 Mərkəzinin “xxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/2850 saylı məlumat məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı keçirilmiş hərrac baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxx 2016-cı il tarixli nömrəsində dərc edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 73313 manata qiymətləndirilmişdir. Həmin qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər. İşin yekununa görə müəyyənləşdirilmiş müddət başa çatdığı andan təşkilatı məsuliyyət daşımır. Cavabdeh1 xx.xx.2016-cı il taruixli 682/16 saylı bildirişin surətindən görünür ki, İddiaçı, X2, X3, X10 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası barədə məlumat verilmişdir. xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür kİ, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda yerləşən qeyri-yaşayış sahəsi QSC “xxxxxxxxxxxxx” KB Gəncə filialının hesabına ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X22 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli **********83-10302 reyestr nömrəli (RX seriyalı ******* saylı) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X9 mülkiyyətindədir. Qeyd edilən əmlak QSC “xxxxxxxxxxxxx” KB Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı (2-ci mərtəbədə yerləşən 53.9 kv.m) ünvanda yerləşən qeyri yaşayış sahəsi xx.xx.2013-cü il tarixli **********79-6301-083023 rteyestr nömrəli (**********1 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Qeyd edilən əmlak QSC “xxxxxxxxxxxxx” KB-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı fərdi yaşayış evi X9 adına qeyd edilmişdir. xx.xx.2014 saylı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da yerləşən qeyri-yaşayış sahəsi QSC “xxxxxxxxxxxxx” KB Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, X10 məxsus Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı fərdi yaşayış evi QSC “xxxxxxxxxxxxx” KB Gəncə filislının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli 002 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da ünvanda 2-ci mərtəbədə yerləşən 42 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-5052/2015 saylı qətnaməsinə qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya məxsus əmlaklar hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin hərraclar baş tutmamış və ipoteka predmeti satılmamışdır, həmin hərraclar baş tutmadıqda isə qeyd olunan əmlaklar satılmamışdır, bundan sonra qeyd olunan əmlaklar tələbkar QSC “xxxxxxxxxxxxx” KB-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə icra sənədlər geri icra qurumuna qaytarılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. «İpoteka haqqında»Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan qanunun ipotekaya xitam verilməsi hallarından bəhs edən 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, adı çəkilən Qanunun 43.8-ci maddəsində göstərilən yuxarıda qeyd olunmuş hal məhz elə 48.1.5-ci maddəsinin nəzərdə tutduğu ipotekaya xitam verilməsi hallarından biridir. Odur ki, məhkəmə İddiaçı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etməklə (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş ona məxsus əmlakların ipotekasına xitam verilməli, həmin əmlaklara dair dövlət qeydiyyatına xitam verilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2014-cü il tarixdə bağlanmış xx/xx/9160/14-1 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsinə qiymət verərək hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi 0.046 ha torpaq sahəsində yerləşən, 5 otaqlı 61A saylı fərdi yaşayış evi X10 məxsus olduğundan və xx/xx/9160/14-1 saylı ipoteka müqaviləsi “xxxxxxxxxxxxx” KB QSC-ti ilə X13 arasında bağlandığından, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda, 2-ci mərtəbədə yerləşən 42 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə dair və Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi 0.046 ha torpaq sahəsində yerləşən, 5 otaqlı 61A saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 həvalə olunması hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-ti arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda, 2-ci mərtəbədə yerləşən 42 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsinə və Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli 002 saylı ipoteka müqavisinə xitam verilməli və xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda, 2-ci mərtəbədə yerləşən 42 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair və xx.xx.2014-cü il tarixli 002 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair qeydiyyat ləğv olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-ti arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda, 2-ci mərtəbədə yerləşən 42 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsinə və Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair xx.xx.2014-cü il tarixli 002 saylı ipoteka müqaviləsinə xitam verilsin. xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda, 2-ci mərtəbədə yerləşən 42 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair, xx.xx.2014-cü il tarixli 002 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 ünvanda 2-ci mərtəbədə yerləşən 53.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair aparılmış dövlət qeydiyyatları ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-569/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-569/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver