Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-591/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdehlər Verdiyeva (Əliyeva) Esmira Hüseyn qızının, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh10 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Verdiyeva (Əliyeva) Esmira Hüseyn qızına, Cavabdeh2, Məmmədova (Əliyeva) Təranə Hüseyn qızına, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh7 qarşı “vərəsəliyin müəyyən edilməsi və miras payın real bölünməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi 68 sayda yerləşən miras əmlaka dair vərəsələri müəyyən edilməsi və mülkü faktiki istifadə etdikləri kimi üç yerə, yəni "A" literli yaşayış binasını və onun əhatə edən torpaq sahəsini İddiaçı1, "B" literli yaşayış binasını və onun əhatə edən torpaq sahəsini X3 vərəsələri X2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh7, Cavabdeh5, "C" literli yaşayış binasını və onu əhatə edən torpaq sahəsinin X4 oğlu İddiaçı2 adlarına vərəsə payının real bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçılar və digər cavabdehlər Cavabdeh2, Məmmədova (Əliyeva) Təranə Hüseyn qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, və Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında cavabdeh Verdiyeva (Əliyeva) Esmira Hüseyn qızı, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh10 işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçılar məhkəmə iclasına gəlmədiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Verdiyeva (Əliyeva) Esmira Hüseyn qızına, Cavabdeh2, Məmmədova (Əliyeva) Təranə Hüseyn qızına, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh7 qarşı “vərəsəliyin müəyyən edilməsi və miras payın real bölünməsi” tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-nin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-591/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-591/2022
29.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver