Məhkəmə qərarları › İş №2(044)-595/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-595/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-595/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər oğlu Cavabdeh1, onun arvadı Cavabdeh2 və üç uşaqları, Cavabdeh3, onun arvadı Cavabdeh4 və üç uşaqları Gəncə şəhəri Nizami rayonu, Totanlı küçəsi, 80 saylı evin yaşayış sahəsində istifadə hüquqlarının itirilməsi, 2000 manat məbləğində kompensasiya ödənilməklə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami rayonu, Totanlı küçəsi, 80 saylı fərdi yaşayış evi və torpaq sahəsi onun şəxsi mülkiyyətindədir, həmin ünvanda ondan başqa cavabdehlər və onların uşaqları yaşayırlar. Cavabdehlər onun yaşlı olduğundan istifadə edərək ona baxmırlar, onu döyürlər və ona dəli deyirlər, onun pensiyasını tələb edirlər, vermədikdə onun onun iradəsinə zidd olaraq götürürlər, ona əsab verirlər, o, heç nə ala bilmir və bu yaşında küçələrdə yaşamağa məcbur edirlər. Cavabdehlər onu öz əmlakından məhrum etmişlər, onun otağına qıfıl vurmuşlar. O, dəfələrlə polisə müraciət etmiş, lakin onun otağının açarını cavabdehlərdən ala bilməmişlər. Odur ki. hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələnin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhər rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Totanlı küçəsi, 454a saylı ev İddiaçı adına qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə axşam saatlarında Gəncə şəhəri, Totanlı küçəsi, ev 80-də yaşayan X1 yaşadığı ünvanda gəlini Cavabdeh2 tərəfindən döyülməsi faktı öz əksini tapmamış, araşdırma zamanı ahıl yaşlı X1 psixoloji durumunun yerində olmaması və onu heç kimin döyməməsi, özünün evində yıxılması məlum olmuş və X1 şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Todan (keçmiş Totanlı, Əzizbəyov küçəsi, 454)80 ünvanda yerləşən fərdi yaşayış evinə dair İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 851 saylı sərəncamına əsasən İddiaçı xx.xx.1992-ci il tarixli, 6035 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Konstitusiya Məhkəməsi xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, cavabdehlər iddiaçının yaxın qohumudurlar. ünvan 2 ünvanı İddiaçı adınadır və ona xx.xx.1992-ci il tarixli, 6035 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə həll edilərkən hər iki tərəfin qanuni mənafelərinin maksimum təmin olunması üstün mövqe kimi nəzərə alınmalıdır. Buna görə də məhkəmə tərəflərin hüquqlarını nəzərə alaraq 2000 manat məbləğində cavabdehlərə kompensasiya verilməsini ədalətli və insaflı hesab etmir.2000 manat kompensasiya müqabilində cavabdehlərə başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə davamlı və müddətli olaraq yaşamaq imkanına malik olmurlar. Ona görə də məhkəmə mülkiyyətçi tərəfindən təklif edilmiş 2000 manatın qarşılığında cavabdehlərin istifadə hüququna xitam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə ədalətli və mümkün hesab etmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar