Məhkəmə qərarları › İş №2(044)-602/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-602/2021

06.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-602/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onunla 08.06.2018-ci il tarixdə vəfat etmiş mərhum X2 birgə nikahlarından 04.09.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş oğlu-X3 “Şizofreniya” xəstəsidir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. X3 ümumiyyətlə özünü idarə edə bilmədiyindən daim onun və ailə üzvlərinin nəzarəti altındadır, o, oğlu Vüsalın qəyyumu təyin edilmədiyi üçün onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət yaranmışdır. Odur ki, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixiatriya xəstəxanası tərəfindən 04.01.2019-cu il tarixdə verilmiş 07/2019 saylı arayışdan görünür ki, 1974-cü ildə anadan olmuş X3 həqiqətən Gəncə şəhər Psixiatriya xəstəxanasında dəfələrlə müalicə olunmuş, son dəfə 23.01.2018-ci il tarixdə “Şizofreniya” diaqnozu ilə müalicə olunmuş və 04.01.2019-cu il tarixdən isə təkrarən müalicədədir. 10.06.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08.06.2018-ci il tarixdə vəfat etmişdir. 17.11.2020-ci il tarixli 165 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 64 saylı binanın 8 saylı mənzilində yaşayır və X3 onun himayəsindədir. Gəncə şəhər Psixonevroloji Dispanserinin 29.03.2021-ci il tarixli 155 saylı rəyindən görünür ki, X1 2004-cü ildən Gəncə şəhər Psixonevroloji Dispanserində “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda durması, dəfələrlə Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, keçirdiyi xəstəliklə əlaqədar olaraq ona İİ qrup əlillik təyin edilməsi, daima ev şəraitində psixotrop dərmanlarla qoruyucu müalicə qəbul etməsinə baxmayaraq davamlı yaxşılaşma nüşahidə olunmaması (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 26.01.2004-cü il tarixli 114/2004 saylı ambulator kartaGəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 19.01.1995-ci il tarixliu 3 saylı səhhətin müayinə edilməsi aktı, 183/99 saylı stasionar xəstənin tibbi kartasından çıxarış, 969/2005 saylı stasionar xəstənin tibbi kartasından çıxarış, 58/12 saylı stasionar xəstənin tibbi kartasından çıxarış), hazırkı ekspertiza zamanı onda təfəkkür, qavrama, tənqid və emosiya pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı əvvəlcə ünsiyyətə ünsiyyətə həvəssiz daxil olması, sonradan aktivləşərək anamnestik xronoloji qaydada çatdırması, ekspertizaya təqdim olunma səbəbini sonra başa düşsə də onun nəticəsində aktiv maraq göstərməməsi,əhvalının dəyişkən olması, narahat və gərgin olaraq bir yerdə çətinliklə qərar tutması, anası ilə səbəbsiz olaraq mübahisə etməsi və xəstəxanadan çıxarılmasını tələb etməsi təfəkkürünun autistik və p-araloqik olması, münasibət sayıqlama ideyaları söyləməsi və həmin fikirlərin korreksiyaya uğramaması, emosiya və affektiv reaksiyalarının dayanıqsız olması, tənqidi funksiyalarının zəifləməsi, gələcək üçün real planlar söyləməməsi və s) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X3 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, 04.09.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.09.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar