Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-61/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə ASAN xidmət mərkəzində notariat ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə, X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə ASAN xidmət mərkəzində notariat ofisində rəsmiləşdirilən, bağışlayan Cavabdeh2 ilə bağışlanan X10 arasında bağlanan Gəncə şəhəri Nizami rayonu Avtozavod yolu ünvanında yerləşən bağ evinə dair 21.09.2018-ci il tarixli 4Ə-2756 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılmasına və bu bağışlanma müqaviləsi əsasında yaranan hüquqi əhəmiyyətli aktların ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 ilə X10 arasında bağlanmış 21.09.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m, yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 65.4 kv/m olan 2 otaq, 1 talvar 135.8 kv/m, “B” köməkçi tikili 2.8 kv.m olan bağ evinin iddiaçıya təhvil verilməsinin Cavabdeh2 öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, Gəncə 1 saylı notariat kontorunda 4Ə-133 reyestr nömrəsi ilə rəsmiləşdirilən 04.06.2015-ci il tarixli AH-İ № 05055578 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus olmuş Gəncə şəhəri Nizami rayonu Avtozavod yolu ünvanında yerləşən bağ evini İddiaçı satmışdır. Lakin o, bağ evinin hüquqlarını dövlət qeydiyyatına aldırmalı olduğunu bilmədiyi üçün, həmin evi DƏDR-də qeydiyyata salmamışdır. Bağ evi DƏDR-də iddiaçının adına qeydiyyata alınmamasına baxmayaraq fakt budur ki, o, pulunu verib evi yarımçıq tikili kimi satın almış və öz pulu ilə tikinti-təmir işləri gördürmüşdür. Bağ evinin iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsi notariat kontorunda rəsmləşdirilib, illərdir ki, iddiaçının istifadəsindədir. Gəncə 1 saylı Notariat Kontorunun iddiaçının sorğusuna olan 02.11.2018-ci il tarixli 380 saylı cavabından görünür ki, bağ evinin İddiaçı satılmasına dair 04.06.2015-ci il tarixli 4Ə-133 reyestr nömrəli alqı-satqı müqaviləsi halhazırda da qüvvədədir. Ona görə də DƏDR-də qeydə alınmamasına baxmayaraq bağ evi iddiaçı üçün gözlənilən mülkiyyətdir. Göründüyü kimi Gəncə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilən 04.06.2018-ci il tarixli AN-İ № ******* saylı 4Ə-133 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ona satılan və alqı-satqı qanuna uyğun rəsmiləşdirələn bağ evi DƏDR-də qeydə alınmamasına baxmayaraq evə olan mülkiyyət hüququ, gözlənilən mülkiyyət olaraq mülkiyyət kimi tanınır. Bağ evinə dair alqı-satqı müqaviləsi rəsmiləşdiriləndən sonra Cavabdeh2 evi İddiaçı təhvil vermişdir. Bağ evi quru divardan ibarət yarımçıq bir tikili olmuş, bu müddət ərzində evin tikinti-təmir işlərini elətdirmişdir. Bağ evini iddiaçıya satan Cavabdeh2 evi iddiaçıya təhvil verəndən sonra evi nəzarətdə saxlayaraq iddiaçının, alqı-satqı müqaviləsini DƏDRX-nə təqdim edib qeydə aldırmadığını müşahidə edib, alqı-satqı müqaviləsinin evin sənədi olduğunu deməklə iddiaçını aldada bildiklərinə əmin olub, tikinti-təmir işlərinin başa çatmasına yaxın evin çıxarışının itdiyini bəyan edib, çıxarışın dublikatını əldə edib 21.09.2018-ci tarixli 4Ə-2756 reyestr nömrəli bağışlanma müqaviləsi ilə Yevlaxda yaşayan yaşlı dayısı X5 bağışlayıb. Bağışlama müqaviləsi cavabdeh Gəncə Asan Xidmət Mərkəzinin notariat kontorunda rəsmiləşdirilib. Göründüyü kimi mübahisəli bağ evinin iddiaçıya satılmasına dair 04.06.2015-ci il tarixli AN-İ № ******* saylı 4Ə-133 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi barədə “Elektron notariat” infərmasiya sistemində məlumatın olmasına baxmayaraq cavabdeh Gəncə Asan Xidmət Mərkəzinin notariat kontoru diqqətsizlik edib həmin bağ evi barəsində bağışlanma müqaviləsini rəsmiləşdirmişdir. Rəsmiləşdirməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Təbii ki, diqqətli olunsaydı evin iddiaçıya satıldığını müşahidə edib bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtina olunardı və iddiaçı mülkiyyət hüquqları da pozulmazdı. Bundan başqa iddiaçı bu illər ərzində evin tikinti-təmir işlərini elətdirmişdir. Görülən işlərə 30000 manata qədər pul xərclənmişdir. Bu tikinti-təmir işlərini öz pulu ilə satın aldığı evində aparmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 izahat verərək bildirmişdir ki, mərhum qayınatası X10 vəfat etmişdir. Mübahisə predmeti olan evi X10 onun oğluna bağışlamış və etibarnamə ilə onun adına keçirmişdir. Cavabdeh2 onun arvadının bibisi oğludur, hazırda Elçin xəstəxanada müalicə alır. Evi o, qaynatasının köməkliyi ilə tikdirmişdir. Onun oğlu xəstədir və mübahisə predmeti olan evdə yaşayır, həmin evdən başqa yerdə qala bilmir. İddiaçı ilə Elçin arasında olan alqı-satqı müqaviləsi formal bağlanmışdır. Bununla bağlı onlar məhkəməyə müraciət etmişlər, hazırda da Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişlər. Sonda iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Gəncə ASAN xidmət mərkəzində notariat ofisi məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər 1 saylı notariat ofisinin təqdim etdiyi 04.06.2015-ci il tarixli, 4Ə-133 saylı alqı-satqı müqaviləsi üzrə notariat işinin sənədlərindən görünür ki, Cavabdeh2 RX seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv/m, yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 65.4 kv/m olan 2 otaq, 1 Talvar 135.8 kv.m, “B” köməkçi tikili 2.8 kv.m olan bağ evini 5000 manata İddiaçı satmışdır. X7 notarial kontorunda imzaladığı 04.06.2015-ci il tarixli ərizəsində əri X14 oğluna məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ərazisində yerləşən bağ evinin satılmasına razı olduğunu, etiraz etmədiyini, gələcəkdə heç bir iddia və tələbi olmadığını bildirmişdir. - Gəncə ASAN xidmət mərkəzində notariat ofisinin təqdim etdiyi 21.09.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlanma müqaviləsi üzrə notariat işinin sənədlərindən görünür ki, Cavabdeh2 RX seriyalı, ******* nömrəli çıxarışın dublikatına əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhər, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən, mülkiyyətdə olan 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 100.4 kv/m olan bağ evinin hədiyyə olaraq X5 bağışlamışdır. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. X7 notarial kontorunda imzaladığı 19.09.2018-ci il tarixli ərizəsində əri X14 oğluna məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ərazisində yerləşən mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 100.4 kv.m olan bağ evinin (çıxarış RX 1355558, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26-11301, verilmə tarixi 19.05.2015-ci il ) bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu X14 oğlunun adına 19.05.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu X4 adına 27.09.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 01.02.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakın X2 vəsiyyət etmişdir. - Ali Məhkəmənin Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 04.06.2015-ci il tarixli, 4Ə-133 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Çünki işin faktiki hallarından və iş materiallarından görünür ki, mübahisə predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ərazisində yerləşən mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 100.4 kv.m olan bağ evi Cavabdeh2 tərəfindən Binnət Şamarova 21.09.2018-ci il tarixdə bağışlanmamışdan öncə 04.06.2015-ci il tarixdə İddiaçı satılmışdır. Həmin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müqavilə etibarsız hesab edilməmişdir. Deməli, Cavabdeh2 sataraq iddiaçının mülkiyyətinə verdiyi əmlakı qanunsuz olaraq Binnət Şahmarova bağışlamışdır. Belə ki, cavabdeh mübahisəli əmlakı iddiaçıya satdıqdan sonra sonuncunun həmin əmlakı öz adına dövlət reyestrində qeyd etdirməməsindən istifadə edərək dublikat çıxarışla bağışlamışdır. Halbuki həmin vaxt, artıq mübahisəli əmlak cavabdehin mülkiyyətində olmamış və onun həmin əmlaka sərəncam vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, qanunvericiliyin tələblərinə görə 21.09.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən həmin əmlak cavabdehin mülkiyyətində olmadığından və həmin əmlaka onun sərəncam vermək hüququ olmadığına görə həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən yaranan hüquqi nəticələr ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. - 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 04.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satdığı Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 100.4 kv.m bağ evini sonuncunun mülkiyyətinə verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə X10 arasında bağlanmış 21.09.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 üzərinə, Gəncə şəhəri Avtozavod yolu ünvanında 0.04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100.4 kv.m, yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 65.4 kv/m olan 2 otaq, 1 talvar 135.8 kv/m, “B” köməkçi tikili 2.8 kv.m olan bağ evini İddiaçı təhvil vermək öhdəliyi qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-61/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-61/2021
16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver