Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-628/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X6 İstismar İdarəsinə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X6 İstismar İdarəsinə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 İstismar İdarəsinin 25 oktyabr 2021-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və istifadə etmədiyi 4320 kubmetr qaz sərfiyyatına görə hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01.07.2021-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda giriş qapısında quraşdırılmış qaz sayğacının sınmasını müşahidə etmiş və həmin vaxt Gəncə şəhər Qaz İstismar İdarəsinin Xidmət Sahəsinə gedərək sayğacın sınması barədə məlumat vermişdir. Xidmətin əməkdaşları tərəfindən sayğaca baxış keçirəcəklərini və sayğacın istismara yararsız olduğu müəyyən ediləcəyi təqdirdə yeni sayğacın istismara yarasız olduğu müəyyən ediləcəyi təqdirdə yeni sayğacın quraşdırılmasının təmin ediləcəyi bildirilmişdir. 02.07.2021-ci il tarixdə X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və onların qənaətinə görə güclü külək nəticəsində ağacın qurumuş budağı sayğacın üzərinə düşərək sındırması nəticəsində sayğac istismara yararsız vəziyyətə düşmüşdür. 02.07.2021-ci il tarixdə “Azəriqaz” İB-nin X6 İstismar İdarəsinin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edərək ünvana yeni sayğac quraşdırmışlar, sayğac quraşdırılarkən onun dəyəri nağd şəkildə onun tərəfindən ödənilmişdir. 13.10.2021-ci il tarixdə “Azəriqaz” İB-nin Metrologiya Departamenti və Azərbaycan Metrologiya İnstitu əməkdaşları tərəfindən Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03743-1 saylı Akt tərtib edilmişdir. Həmin akt 02.07.2021-ci il tarixdə X7 İstismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri Aktla eyni məzmunludur və sayğacın yararsız hala düşməsində onun heç bir təqsiri yoxdur, sayğaca daim nəzarət etmək mümkün deyildir, sayğac küçədə, həyətə giriş qapısının qanında quraşdırılmışdır. X7 İstismarı İdarəsinin Gəncə Xidmət Sahəsinin əməkdaşları 25.10.2021-ci il tarixdə “Təbii qazdan istifadə aydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edərək formal mülahizələr əsasında onun üzərinə qeyri-qanuni olaraq 4320 kubmetr qaz sərfiyyatı hesablayaraq ödənilməsi tələb olunmuşdur. Həmin akt ona rəsmən təqdim olunmamışdır. Həmin akt sərf etmədiyi və ona məcburi olaraq 4320 kubmetr qaz sərfiyyatı üçün ödəniş etdirmə niyyətini qeyri-qanuni hesab edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini biuldirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X6 İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 02.07.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvana dair “Azəriqaz” İB ilə X3 arasında müqavilə bağlanmışdır. 02.07.2021-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt-dan görünür ki, X2 məxsus Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda quraşdırılmış Zenner tipli G-4 markalı **********6 saylı qaz sayğacı, Zenner tipli G-4 markalı **********5 saylı qaz sayğacı ilə əvəz edilmişdir. 25.10.2021-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə aydalarının pozulması haqqında” ******* saylı AKT-dan görünür ki, X2 məxsus Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilməsi zamanı, sayğacın plastmas şüşəsi, zavod plastmas plombları, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Bu səbəbdən də 4320 kubmetr qaz sərfiyyatı hesablamış və abonent tərəfindən ödənilməsi barədə akt tərtib olunmuşdur. 29.10.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X2 məxsus Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda dəymiş ziyan - 4320 kubmetr olmuşdur. 02.07.2021-ci il tarixdə Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsinin TQQ və SX-nin rəisi Müseyib Avazov, Böyük mühəndis Ramin İsmayılov, çilingər İlkin Zeynalov, SQ və İXnin metyroloqu Novruz Heydərov, qonşu Vidadi Vəliyev, qohum Çingiz Əmiraslanov, İddiaçı ilə birlikdə tərtib olunmuş və həmin şəxslər tərəfindən təsdiq olunmuş aktdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, ev 82 ünvanın sakini İddiaçı 01.07.2021-ci il tarixdə Gəncə Xidmət Sahəsinə gələrək evinin qaz sayğacının kənar təsir nəticəsində sınması haqqında məlumat vermişdir. Tərəflərindən 02.07.2021-ci il tarixdə həmin ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş məlum olmuş ki, güclü külək nəticəsində ağacın qurumuş budağı sınaraq sayğacın üzərinə düşmüş, nəticədə Zenner markalı, G-4 tipli, **********6 nömrəli mexaniki sayğacın texniki hesablama qurğusu plastik örtüklə birlikdə sıradan çıxmışdır. Sayğac yararsız hala düşmüşdür. 01.07.2009-cu il tarixli ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 82 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X1 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqular və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Təbriz küçəsi, ev 82 ünvanda yaşayan İddiaçı 01.07.2021-ci il tarixdə ünvan 3 ünvanda quraşdırılmış qaz sayğacının güclü külək əsməsi səbəbindən ağacın qurumuş budağının sınaraq sayğacın üzərinə düşməsi nəticəsində sayğacın yararsız hala düşməsini bildirmişdir. Bundan sonra Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsinin TQQ və SX-nin rəisi Müseyib Avazov, böyük mühəndis Ramin İsmayılov, çilingər İlkin Zeynalov, SQ və İX-nin metyroloqu Novruz Heydərov, qonşu Vidadi Vəliyev, qohum Çingiz Əmiraslanov və onun iştirakı ilə 02.07.2021-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsi, ev 82 ünvanda quraşdırılmış “Zenner” markalı, G-4 tipli, **********6 nömrəli mexaniki sayğacın texniki hesablama qurğusunun plastik örtüklə birlikdə sıradan çıxması barədə akt tərtib olunmuş və həmin akt iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda qaz sərfiyyatına görə X6 İstismar İdarəsinin 25 oktyabr 2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsi tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi 82 saylı ünvanda qaz sərfiyyatına dair hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-628/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-628/2022
26.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver