Məhkəmə qərarları › İş №2(044)-639/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-639/2022

23.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-639/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X14, Cavabdeh2 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 4Ə-71 və 4Ə-72 nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X9 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 2 ədəd torpaq sahəsi 0.05 ha boş torpaq sahəsi və 0.1 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vardır və atası sağlığında həmin torpaq sahələrindən olan 0.05 ha hissədən ibarət boş torpaq sahəsini oğlu iş üzrə Cavabdeh1 və 0.1 ha torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə isə nəvəsi Cavabdeh2 bağışlamasını və xəstə olduğundan bunu hamının yanında vəsiyyət etmişdir. Onun mərhum atası ünvan 1 ünvanda yerləşən payını və onların payını Cavabdeh1 bağışladığından Xoşbulaqdakı evidə nəvəsinə bağışladığını ona qardaş və bacılarının yanında tapşırmışdır. Həmin torpaq sahəsinin sənədləri qardaşı Cavabdeh1 olmuş və o, da qardaşı Vüqara torpaq sahələrinin Vüqarın da yanında atasının vəsiyyətinin icra edilməsini bildirdikdən sonra qardaşı Vüqar sənədləri Gəncə şəhəri 2 saylı notariat orqanına aparmış və bir saatdan sonra onlar həmin notariat orqanına gedərək müqavilələri imzalamışlar. Onun qardaşı Cavabdeh1 etibarı inanılmaz dərəcədə olduğundan o, özünün mənafeyindən sui – istifadə edərək müqavilələrin rəsmiləşdirilməsini əksinə etmiş və o, da yanılaraq müqavilələri oxumadığından atasının verdiyi tapşırığın əksinə olaraq bu müqaviləni imzalamışdır. Atasının ona məxsus torpaq sahələri ilə bağlı niyyəti əvvəlcədən bacı- qardaşlara bildirildiyindən notariat orqanında o, torpaq sahələrini əksinə olduğunu görmüş olsaydı bu müqavilələri heç zaman imza etməzdi. Onlar cavabdeh Vüqar Kərimovla notariat orqanında müqavilələri imzaladıqdan sonra qardaşı Vüqar onların orada qalmamalarını, camaatın çox olmasını, COVİD xəstəliyinə tutulmalarının və atalarınında xəstələndiyini bildirərək onu notariat orqanından uzaqlaşdıraraq atasıgilə gətirmişdir. Torpağın sənədlərini özünün gətirib verəcəyini ona, atasına və bacı qardaşlarına bildirmişdir. Atasının vəfatından sonra ona məlum olmuşdur ki, cavabdeh olan qardaşı Cavabdeh1 onu aldadaraq, torpaq sahələrini əksi olaraq imzalatmış o, isə yanılaraq həmin müqavilələrə diqqət yetirməyərək hər iki torpaq sahəsində atasının adı yazıldığından buna diqqət yetirmədiyindən müqavilələri atasının vəsiyyətinə və tapşırığına zidd olaraq imzalamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olamadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyildir. Bütün notariat hərəkətləri qanunauyğun aparılmış və İddiaçı da bağışlama müqavilələrinin məzmunu ilə əvvəlcədən məlumatlı olmuşdur. Məhkəmədən İddiaçı məhkəmə iclasında üzürsüz səbəbdən iştirak etmədiyindən, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 13.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Göygöl rayon notariat kontorunun 25.01.2012-ci il tarixli 4Ə-1-40 saylı alqı-satqı müqaviləsinə əsasən X10 ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evini X1. X9 bu əmlaka 08.02.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 23.12.2016-cı il tarixli 4Ə-3413 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk X14 tərəfindən X5 bağışlanmışdır. Əliyev X2 yerləşən bu fərdi yaşayış evinə (0.0407 ha torpaq sahəsində yerləşən tikili “A”-da 47.7 kv.m üç yaşayış otaqları, 73.5 kv.m köməkçi sahə, 40.4 kv.m zirzəmi) 17.01.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşkəsən rayon notariat kontorunun 09.09.2006-cı il tarixli 4Ə-1-80 saylı alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.64 ha həyətyanı torpaq sahəsinin 0.1 ha hissəsini X1. Alıcıya Xoşbulaq kəndində yerləşən 0.1 ha torpaq sahəsinə 20.09.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkün arxiv işində surəti olan Gəncə şəhəri 2 saylı notariat ofisinin 03.02.2021-ci il tarixli 4Ə-71 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu torpaq sahəsinin X12 un adından Cavabdeh1 bağışlandığı məlum olmuşdur. Lakin müayinə baxışına şərait yaradılmadığı üçün göstərilən mülk Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşkəsən rayon notariat kontorunun 16.08.2008-ci il tarixli 4Ə-1-184 saylı alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsinin 0.05 ha hissəsini X1. Alıcıya Xoşbulaq kəndində yerləşən 0.05 ha hissəsini X1. Alıcıya Xoşbulaq kəndində yerləşən 0.05 ha torpaq sahəsinə 03.09.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mükün arxiv işində surəti olan Gəncə şəhər 2 saylı notariat ofisinin 03.02. 2021-ci il tarixli 4Ə-72 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu torpaq sahəsinin X7 adından Cavabdeh2 bağışlandığı məlum olmuşdur. Lakin müqavilə baxışına şərait yaradılmadığı üçün göstərilən mülk Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hal-hazırda Cavabdeh2 və X3 adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindəntəqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. 03.09.2008-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi 0.05 ha torpaq sahəsi X7 adına qeyd edilmişdir. 03.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.05 ha torpaq sahəsi X7 əvəzindən X4 tərəfindən Cavabdeh2 bağışlanmışdır. 03.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.1 ha torpaq sahəsi X7 əvəzindən X4 tərəfindən Cavabdeh1 bağışlanmışdır. 17.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.1 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən 03 fevral 2021-ci il tarixli 4Ə-71 və 4Ə-72 nömrəli bağışlama müqavilələrinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə şəhəri 2 saylı Notariat Kontorunda bağlanmış 03 fevral 2021-ci il tarixli 4Ə-71 və 4Ə-72 nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Məhkəmə eyni zamanda iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri bağışlamanın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. X7 əvəzindən X4 ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 4Ə-71nömrəli və X7 əvəzindən X4 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-72 nömrəli bağışlama müqavilələri qanuni əsaslarla bağlandığından onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən iddia tələbinin təsdiq edilməsinə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar