Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-657/2022 08.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla “X1 Mərkəzi” MMC-nin arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsinə, onun tərəfindən nəğd şəkildə hissə-hissə ödənilmiş 2060 (iki min altmış) manat məbləğində pulun, və 123.60 (yüz iyirmi üç min manat altmış qəpik) manat əlindən çıxmış, fayda və hüquqi yardım almadığı üçün ödədiyi 100 manat olmaqla, ümumilikdə 2283.60 (iki min iki yüz səksən üç manat altmış qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılaraq, ona ödənilməsinə və dövlət rüsumu kimi ödədiyi 44 (qırx dörd) manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizənin dəlillərini, ərizəyə əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Göründüyü kimi iddiaçının hüquqi marağı müqaviləyə xitam verilməsi və pul tələbindən ibarət olduğundan bununla bağlı mübahisələrə kommersiya məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş VÖEN: ********** görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddısinə əsaən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı tələblə bağlı müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-657/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-657/2022
08.02.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver