Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-666/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” X2 X3 İdarəsinə qarşı «borcun silinməsi və aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” X2 X3 İdarəsinə qarşı «borcun silinməsi və aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sübut əhəmiyyətli olmayan video görüntü nəticəsində yazılan 8172 m3 miqdarında sayğacdan kənar istifadə edilmiş qazın və “Azəriqaz” X2 X3 İdarəsinin əməkdaşları tərəfindən yazılan ******* nömrəli Aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ADAU-6 ərazisində olan fərdi yaşayış evinə “Azəriqaz” İB Gəncə X3 İdarəsin nümayəndələri gecə saatlarında gələrək onu xəbərdar etmədən fərdi yaşayış evinin hasarına çıxaraq qaz sayğacında videoçəkiliş aparmışlar və həmin videoçəkiliş ona sübut qismində göstərilərək ******* nömrəli akt tərtib edilmiş və həmin aktda 8172 m3 miqdarında sayğacdan kənar istifadə etdiyi qazı isə hər dəfəsində onun hesabından çıxılacağı ona bildirilmişdir. Lakin o, bu qanunsuz video çəkilişin olmasını bir neçə gün sonra qonşuluğunda olan video kamera vasitəsi ilə öyrənmiş və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh “Azəriqaz” X2 X3 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Cavabdeh “Azəriqaz” X2 X3 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə daxil olmuş etirazda, İddiaçı ilə “Azəriqaz” İstehsat Birliyi arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə bağlanmış və həmin müqavilə əsasında ünvana qaz sayğacı quraşdırılaraq 11.09.2010-cu il tarixdə təbii qazla təhciz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. “Azəriqaz” İstehsat Birliyinin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədi ilə ünvana baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsi ilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmiş, bu barədə iddiaçının iştirakı ilə 29.12.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir, əməkdaşlar tərəfindən tərtib olunmuş akta İddiaçı da imza etmişdir. Qazdan qanunsuz olaraq istifadə nəticəsində 8172 m3 itirilmiş qazın bərpası məqsədi ilə 924.82 manat məbləğində itirillmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bundan əlavə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi 377 AKTA 6 ünvanda qazdan istifadə edilməklə debitor borc tam şəkildə ödənilməmiş 01.04.2022-ci il tarixə 308.14 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə iddiaçı tərəfə hər ay bildiriş-xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borc ödənilməmiş qaldığını bildirmişdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 29.12.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Səyaf oğlu tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi 377 AKTA 6 ünvanda qazdan istifadə edilməklə 8172 m3 qazın itirilmişdir. 29.12.2021-ci il tarixdə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında AKT-dan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi 377 AKTA 6 ünvanda quraşdırılmış qaz sayğacına gecə yoxlaması zamanı baxış keçirilərkənİ, sayğacdan kənar xətt aşkar edilməsi müəyyən olunmuşdur. 29.12.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi 377 AKTA 6 ünvana dair “Azəriqaz” İB ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı tərəfindən iddia tələbinin təsdiq edilməsinə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh “Azəriqaz” X2 X3 İdarəsinə qarşı «borcun silinməsinə» dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” X2 X3 İdarəsinə qarşı «borcun silinməsi və aktın etibarsız hesab edilməsinə» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-666/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-666/2022
26.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver