Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-822/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim –Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X26, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılaraq mirasın qəbulu müddətinin uzadılması və əmlakdakı payın müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılaraq mirasın qəbulu müddətinin uzadılmasına və əmlakdakı payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı fərdi yaşayış evi 1/3 hissədə mərhum X1 və X7na məxsusdur. X1 24.07.2018-ci il tarixdə beyin infarktından dünyasını dəyişmiş və onun yeganə vərəsəsi o olmaqla yanaşı mərhum anası bütün miras əmlakını ona vəsiyyət etmiş, bu barədə 23.11.2017-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat kontorunda vəsiyyətnamə tərtib edilmişdir. X7 anasından qabaq dünyasını dəyişmişdir. Qardaşının bir övladı hazırki Cavabdeh sağdır və sözügedən mübahisəli miras əmlakı nə özü qəbul edərək idarə etmiş, nədə ki, onun mirasa sahiblik etməyinə imkan vermişdir. Belə ki, Cavabdeh elə ilk günlərdən Gəncə şəhəri, Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı fərdi yaşayış evinin anasına məxsus hissəsinə onu buraxmamış, evin sənədlərini ortaya çıxarmamış, bilərəkdən onun barədə hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmiş, evin qapısına qıfıl vuraraq ona məxsus olmasını iddia etmişdir. Dəfələrlə sözügedən əmlakı idarə etmək, sahib çıxmaq üçün getsə də qapı bağlı olmuş və Cavabdeh ilə əlaqə saxlasa da, mütəmadi olaraq onu evə buraxmaqdan yayınmış, olmazın bəhanələr və təhqirlər etmişdir. Mirasa sahib çıxmasına əngəllər yaratmışdır. O, evə girə bilmədiyindən evin hüquqi müqəddəratını və sənədini əldə etmək üçün 2018-ci ilin oktyabr ayında vəkilə müraciət etmiş, vəkil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə əmlakla bağlı sorğu hazırlamış və cavab olaraq ona iş materiallarına əlavə etdiyi məktubu vermişlər. O yeganə vərəsə olsa da, yuxarıda göstərdiyi səbəblərdən mirası istər faktiki, istərsə də, notariusa qanunvericiliklə nəzərdə tutulmuş müddətdə müraciət edərək qəbul etmək imkanından məhrum olunmuşdur. Evin qapısının bağlı saxlanılması onun əmlakı faktiki qəbul etmək, vəkil tərəfindən verilən yalnış məlumat isə qanunda nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etmək imkanından yararlanmaqdan uzaq salmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 10 nömrəli ev 0,06 ha torpaq sahəsində yerləşməklə 1/3 hissədə X14, 1/3 hissədə X23, 1/3 hissədə isə X27 və X4 mülkiyyətindədir. 963890 nömrəli ölüm haqqında şəhadətnamənin əslindən görünür ki, X10 24 iyul 2018-ci ildə vəfat etmişdir. 23 noyabr 2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, X10 o ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 02 yanvar 2021-ci il tarixli 01 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərardan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evin 1/6 hissəsinə vəsiyyət üzrə vəsərəlik şəhadətnaməsinin verilməsindən mirasın qəbulu müddətini buraxdığı üçün imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2020-ci il tarixli məktubun məzmunundan müıyyəın edilir ki, X22 ilə Gəncə şəhər notariat kontorunda bağlanmış 14.05.1935-ci il tarixli 11653 saylı müqaviləyə əsasən X18 fərdi yaşayış evinin tikintisi üçün 780.0 kvm torpaq sahəsi ayrılmışdır. X15 adına ünvanı Kirovabad şəhəri, Sabir küçəsi, 6-cı döngə, 8 olan bu fərdi yaşayış evinin yerləşdiyi 755.0 kvm torpaq sahəsinə dair 12.07.1961-ci il tarixli torpaq qeydi işlənilmişdir. 7 saylı notariat kontorunun 22.04.2004-cü il tarixli 2V-1-144 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Gəncə küçəsi, 6-cı döngə, 10 olan bu əmlak X12 adından X19 adına keçmişdir, 4Ə-2-329 saylı bağışlama müqaviləsinə əsasən X30 bu mülkü X28 bağışlamışdır. X28 bu fərdi yaşayış evinə dair 03.05.2004-cü il tarixli 19632 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə X28 10 06 2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 10.07.2009-cu il tarixli 2(044) 877/09 saylı qətnamə və icra vərəqəsinə əsasən 4Ə-2-329 saylı bağışlama müqaviləsi ləğv edilmişdir. Ünvanı Cavadxan küçəsi, 6-cı döngə, 10 olan bu fərdi yaşayış evinin 1/3 hissəsinə X16 və X4 mülkiyyət hüquqları tanınmış, mülkün 511.0 kvm torpaq sahəsinə X2 və istifadə hüququ tanınmışdır.Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.03.2014-cü il tarixli 2(044)- 330/2014 saylı qətnamə və icra vərəqəsində 2V-1-144 saylı vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir, bu fərdi yaşayış evinin 260.0 kvm torpaq sahəsində yerləşən 14.2 kvm yaşayış otağı, 11.6 kvm mətbəxi olan “A” literli yaşayış evi, 20.6 kvm yaşayış otağı, 10.5 kvm örtülü eyvanı, 3.3 kvm dəhliz, 7.8 kvm zirzəmisi olan “B” literli yaşayış evi naturada bölünüb mülkün digər hissəsindən ayrılaraq X13 adına qeydə alınması barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2014-cü il tarixli 2 (104)- 924/2014 saylı qətnamə, icra vərəqəsi və qərardadına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.03.2014-cü il tarixli qətnaməsi, 4 saylı notariat kontorunun 2V- 1144 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, X11 miras qalmış Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı ünvanda yerləşən mülkə X13 qanun üzrə vərəsə hesab edilməsi, mülkün 260.0 kvm torpaq sahəsində yerləşən 14.2 kvm yaşayış otağı, 11.6 kvm mətbəxi olan “A" literli yaşayış evi, 20.6 kvm yaşayış otağı, 10.5 kvm örtülü eyvan, 3.3 kvm dəhliz, 7.8 kvm zirzəmisi olan “B” literli yaşayış evinin X13 adına qeydə alınmasının DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissələrə yeni qətnamə qəbul edilməsi, bu ünvanda yerləşən 29.4 kvm iki yaşayış otağı, 6.1 kvm köməkçi sahədən ibarət “A” literli yaşayış binasının 1/3 hissəsinə X13 atası Hənifəyev İkram oğluna münasibətdə vərəsəlik hüququ üzrə mülkiyyət payı tanınmışdır.X14 1/3 pay, X23 1/3 pay, X17 və X5 1/3 pay adlarına Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı fərdi yaşayış evinə dair (0.06 ha torpaq sahəsində yerləşən 28.7 kvm iki yaşayış otağı, 6.1 kvm yardımçı sahə) 14.11.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3524 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli məktubdan müəyyən edilir ki,mübahisəli əmlakla bağlı həmin idarəyə 25 yanvar 2019-cu ildə müraciət edilmişdir. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə olunmuş İddiaçı müraciəti əsasında toplanılmış materiallardan görünür ki, Sədaqət mübahisəli evin qapısının açarını Zeynəbdən istəməsinə görə o 23 iyul 2018-ci ildə Daxili İşlər Nazirliyinini 102 xidmətinı müraciıt etmişdir. İddiaçı qzının 24 iyul 2018-ci ildə Nizami rayon Polis bölməsində verdiyi izahatdan müəyyən edilir ki, mübahisəli evdə yaşayan qardaşı qızı evin giriş qapısının açarını dəyişərək şıxıb getmiş və anasının yas mərasimini həmin evdə keçirilmısinə şərait yaratmamışdır. Həmin materialda olan 29 iyul 2018-ci il tarixli protokoldan görünür ki, Zeynəb Həmzəyeva övladının səhhəti ilə əlaqədar Bakı şəhərində olduğunu əsas gətirərək izahat vermək üçün bölməyə gəlmək imkanının olmamasını bildirmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili əsassız olduğundan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hesab edir ki, vərəsəlik, o cümlədən mirasın qəbulu ilə bağlı mübahisələrə baxarkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, miras əmlakın hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki), eləcə də tətbiq edilməli olan maddi hüquq normalarına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də tədqiq olunmuş sənədlərdən müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2014-cü il tarixli 2 (104)-924/2014 saylı qətnamə, icra vərəqəsi və qərardadına əsasən X11 miras qalmış Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı ünvanda yerləşən 29.4 kvm iki yaşayış otağı, 6.1 kvm köməkçi sahədən ibarət “A” literli yaşayış binasının 1/3 hissəsinə X13 atası Hənifəyev İkram oğluna münasibətdə vərəsəlik hüququ üzrə mülkiyyət payı tanınmışdır.X14 1/3 pay, X23 1/3 pay, X17 və X5 1/3 pay adlarına Cavadxan küçəsi, 6-cı döngə, 10 saylı fərdi yaşayış evinə dair (0.06 ha torpaq sahəsində yerləşən 28.7 kvm iki yaşayış otağı, 6.1 kvm yardımçı sahə) 14.11.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X9 özünə məxsus bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. Səmayə Hənifəyeva 24 iyul 2018-ci ildə vəfat etmişdir.Müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 10 nömrəli evin 1/6 hissəsi mülkiyyət hüququ üzrə X5 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşin hallarından görünür ki, X9 öz qızı İddiaçı adına vəsiyyətnamə qoymuş və hazırda da həmin vəsiyyətnamə qüvvədədir. Yuxarıda qeyd edilən maddi hüquq normasının mənasına görə, vərəsəlik münasibətlərinin yaranma əsası kimi miras qoyanın vəsiyyəti daha üstün qüvvəyə malik olduğundan qanun üzrə vərəsəlik məhz belə bir vəsiyyətnamə olmadığı təqdirdə qüvvədə olur. Məhkəmə qeyd edir ki, həmin vəsiyyətnamənin mövcud olması qanun üzrə vərəsəliyi istisna edir. Mübahisə vəsiyyət üzrə miras qalmış əmlakın qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla qəbul edilməməsi ilə bağlıdır.Məhkəmə mirasın qəbulu üçün ötürülmüş müddəti əsaslı hesab edir.Belə ki, əvvəla Mülki Məcəllədə mirasın qəbulu üçün konkret müddətlər müəyyən edilmişdir.Qanunun norması üzürlü səbəblər dedikdə təkcə mirası qəbul etmiş şəxsin konkret vəziyyətlərdə mirası qbəul etməsi üçün faktiki imkansızlığının nəzərə alınmasını nəzərdə tutmur. Bu zaman üzürlü səbəblər dedikdə miras qoyanla digər qanun üzrə vərəsələrin sağlığında miras qoyana olan münasibəti, miras qoyanın ölümündən sonra qanun üzrə vərəsələrin biri-biri ilə rəftarı da əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlətın vərəsəlik hüququna verdiyi təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququnun reallaşdırılması zamanı mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçir. Hazırki işdə isə iradə ifadəsi mövcuddur. İddiaçı hər iki əsasla mirası qəbul etmək niyyəti olmasaydı o anasının dəfninin mübahisəli evdə keçirilməsinə can atmaz, aidiyyəti orqanlara mirasın idarə edilməsi ilə bağlı müraciətlər də etməzdi. Müddətin ötürülməsi əsası ilə iddianın rədd edilməsi mirasın qanun üzrə ikinci növbə vərəsəyə keçməsinə gətirib çıxarır ki, bu da miras qiyanın vəsiyyət etmək azadlığını əhəmiyyətsiz edir. Vəsiyyət edənin (mülkiyyətçinin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində təsbit edilmiş mülkiyyət hüququndan irəli gəlir və bu, vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Lakin miras qoyanın vəsiyyət etmək azadlığı qanunvericinin cəmiyyətin əsas özəyini təşkil edən ailənin qorunması və ailə münasibətlərinin cəmiyyətdə möhkəmlənməsinin təmin edilməsi məqsədi ilə vəhdətdə nəzərdən keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu müəyyən dərəcədə həm ailə, həm də əmlak hüquq normaları qrupunun spesifik xüsusiyyətlərini özündə əks etdirir. Vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 13 dekabr tarixli Qərar). Göründüyü kimi miras qoyan məhz ailə münasibətləri baxımından öz əmlakını nəvəsi Zeynəbə deyil, öz qızı Sədaqətə vəsiyyət etmişdir. Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə mirası qəbul etmək imkanı olmuşdur. İşin hallarından göründüyü kimi o mirası hər hansı üsulla qəbul etmək üçün hərəkətsiz qalmamış, o bununla bağlı vəkilə müraciət etmiş, vəkil tərəfindən yazılmış 25 yanvar 2019-cu il tarixli sorğu cavablandırılmışdır. Bundan başqa da hətta anasının vəfat etdiyi gün o polis bölməsinə miras əmlakın qapılarının açılması üçün şərait yaradılmasını da xahiş etmişdir.Göründüyü kimi iddiaçıya vərəsə kimi miras əmlaka sahiblik etmək imkanı cavabdeh tərəfindən yaradılmamışdır. Bu iş materiallarında olan sənədllərdən əlavə məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən də müəyyən edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstəri ki,iddiaçının anası Səmayənin yas mərasiminin mərhumun öz evində verilməsinə Zeynəb tərəfindən şərait yaradılmamışdır.Səmayə dəfn edildikdən sonra dəfndən qayıtmış şəxslərə ehsan qonşu kimi onların həyətində verilmişdir. O iddiaçı ilə həm əmi qızı, həm də onun anası ilə qonşu olmuşdur. Səmayə xəstə olduğu dövrlərdə belə ona Sədaqət baxmışdır. Məhkəmə iddiaçının mirasın qəbulu ilə bağlı yuxarıda göstərilən hərəkətlərin etməsini mirasın qəbulu müddətinin uzadılması üçün əsas hesab edir.Cavabdeh isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəımə hesab edir ki, mirasın qəbul edilməsinin gecikdirilməsi səbəbləri üzrlü sayılmalı və həmin müddət uzadılmalı və iddiaçının miras əmlakın 1/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə cavabdehin məcburi paya hüququnun olub-olmamasına da qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, cavabdehin atası miras açılan vaxt sağ olmadığından onun mıcburi pay almaq hüququ onun vərəsəsinə keçə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 22 aprel 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 10 nömrəli evin 1/6 hissəsinin İddiaçı tərəfindən mirasın qəbul edilməsinin gecikdirilməsi səbəbləri üzrlü sayılsın və həmin müddət uzadılaraq İddiaçı Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 6-cı döngə, 10 nömrəli evin 1/6 hissəsinə həmin miras əmlakda payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-822/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-822/2021
22.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver