Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-893/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X36 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X16, Cavabdeh1, cavabdehlərin vəkili və nümayəndəsi X22 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlakda payların müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2020-ci il tarixli 2V-139 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 25 iyul 2020-ci il tarixli 3M-151 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin, həmçinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 19 sentyabr 2020-ci il tarixli 2V- 179 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 19 sentyabr 2020-ci il tarixli 3M-198 reyestr № li miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, bu evlərə dair Cavabdeh1 adına verilmiş 06 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və 01 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən mənzilə azyaşlı övladları X3 və X7 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, hazırda azyaşlı uşaqları ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, ev 234, mənzil 3 ünvanında yerləşən mənzil mərhum qaynatası X10 adına olmuşdur. O, 2009-cu ildə sonuncunun oğlu X30 ilə ailə quraraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 21.06.2010-cu il təvəllüdlü oğlanları Hüseyn və 03.11.2012-ci il təvəllüdlü Yusif doğulmuşdur. X15 28.12.2012-ci il tarixdə, qaynatası X28 isə 04.08.2014-cü il tarixdə vəfat etmişdir. Əri və qaynatasının vəfatından sonra da bu günə kimi o, azyaşlı uşaqları ilə birgə həmin evdə yaşamışdır. Yəni sözügedən miras əmlak onlar tərəfindən qəbul edilməsi faktı mübahisəsizdir. Lakin o, təzəlikdə xəbər tutmuşdur ki, cavabdehlər Cavabdeh1 və X4 əvvəlcə ünvan 2020-ci il tarixli 2V-139 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, ev 234, mənzil 3 ünvanında yerləşən mənzili yalnız öz adlarına keçirmiş və ünvan 2020-ci il tarixli 3M-151 reyestr № li miras payın bağışlanması müqaviləsinə əsasən X5 özünə məxsus miras payını Cavabdeh1 bağışlamış, beləliklə də mənzil bütövlükdə sonuncunun adına keçmişdir. Daha sonra isə cavabdehlər mülkdə yaşamaqlarına baxmayaraq, yenə də onların xəbəri olmadan Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 19 sentyabr 2020-ci il tarixli 2V-179 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini yalnız öz adlarına keçirmiş və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 19 sentyabr 2020-ci il tarixli 3M-198 reyestr № li miras payın bağışlanması müqaviləsinə əsasən X5 özünə məxsus miras payını Cavabdeh1 bağışlamış, beləliklə bu mülk də bütövlüklə sonuncunun adına keçmişdir. O, hesab edir ki, vərəsəlik zamanı saxtakarlığa yol verilmişdir. Belə ki, sözügedən miras əmlaklarda onun azyaşlı övladlarının da atalarından qalmış paylarının olmasına baxmayaraq, onlara hər hansı bir pay verilməmiş, yəni qanunsuzluq olmuşdur. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək atasından miras qalmış əmlaklarda qardaşının uşaqlarının payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Həqiqətəndə iddiaçı uşaqları ilə birlikdə ünvan 3 ünvanındakı evdə yaşayır. Lakin atasından miras qalmış ünvan 3 ünvanındakı evin 1/3 hissəsinin, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, ev 234, mənzil 3 ünvanındakı evin isə valideynlərinin birgə nikah dövründə əldə etdiklərini nəzərə alaraq həmin əmlakın yarısının 1/3 hissəsinin qardaşı uşaqlarına verilməsinə etiraz etmədiyini bildirmişdir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Ramil Həsənov Cavabdeh1 izahatındakı xüsusatları təsdiq edərək iddianın qismən təmin olunmasını, ünvan 3 ünvanındakı evin 1/3 hissəsinə, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, ev 234, mənzil 3 ünvanındakı evin isə birgə nikah dövründə əldə edildiyini nəzərə alaraq həmin əmlakın yarısının 1/3 hissəsinə iddiaçının uşaqlarının payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinin vəkil Camal Əliyevin 07 dekabr 2020-ci il tarixli, 2651 saylı müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, Kirovabad şəhər Stalin adına kolxozun 08.03.1958-ci il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışına əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün 1000.0 kvm torpaq sahəsi ayrılmışdır. 1 saylı notariat Kontorunun 18.12.1986-cı il tarixli 3-1-167 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Kirovabad şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, 29 olan bu fərdi yaşayış evi X10 adına keçmişdir. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 06.09.1993-cü il tarixli 641 saylı sərəncamına əsasən mülkdə icazə sənədləri olmadan inşa edilmiş 33.7 kvm əl damı qanunlaşdırılmışdır, 50.4 kvm yaşayış sahəsindən, 132.5 kvm qeyri yaşayış sahəsindən, 60.91 kvm köməkçi sahəsidən ibarət olan tikililərə X17 hüquqverici sənədlərlə təmin edilməsi barədə rəy təsdiq edilmişdir. X18 bu mülkə dair (tikili “A”-da 26.9 kvm, 23.5 kvm yaşayış otaqları, 46.3 kvm örtülü eyvan, 9.2 kvm dəhliz, 25.4 kvm, 22.6 kvm, 12.7 kvm, 22.5 kvm y/zirzəmi, tikili “B”-də 18.0 kvm hamam) 12.01.1994-cü il tarixli 8802 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə ünvanı Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci döngə, 29 olan bu fərdi yaşayış evi X10 adına 27.08.2020-ci il tarixli ********** qeydiyyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat ofisinin 19.09.2020-ci il tarixli 2V-179 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak Cavabdeh2 və Cavabdeh1 adlarına keçmişdir, 3M-198 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 öz vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 bu mülkə (0.06 ha torpaq sahəsində yerləşən tikili “A”-da 50.8 kvm iki yaşayış otaqları, 46.6 kvm köməkçi sahə, 83.1 kvm y/zirzəmi) 01.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimaov prospekti, ev 234, 3 saylı mənzil 1 saylı notariat kontorunun 20.05.1992-ci il tarixli 2-3-353 saylı yerli sovetin fondundan evlərin alqı-satqısı müqaviləsinə əsasən X11 adına qeydiyyata alınmışdır və ona 02.06.1992-ci il tarixli 6161 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 5 saylı notariat kontorunun 05.02.1998-ci ili tarixli 3-M-1-25 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil (92.7 kvm dörd yaşayış otağı, 26.0 kvm, 12.5 kvm dəhliz, 7.6 kvm hamam, 8.9 kvm mətbəx, 38.4 kvm zirzəmi, 22.4 kvm qaraj) X1 və alıcıya 09.02.1998-ci il tarixli 6161 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat ofisinin 25.07.2020-ci il tarixli 2V-139 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil Cavabdeh2 və Cavabdeh1 adlarına keçmişdir. 3M-151 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 öz vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 sonradan ünvanı dəyişdirilərək Nəriman ünvan 7rd yaşayış otaqları, 42.5 kvm köməkçi sahə) 06.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X29 27 oktyabr 2010-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 28 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 14 noyabr 1981-ci il tarixdə Kirovobad şəhərində doğulmuşdur. Ata qrafasında X28, ana qarfasında Cavabdeh2 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X19 birgə nikahdan 21.06.2010-cu il təvəllüdlü X20 və 03.11.2012-ci il təvəllüdlü X23 adlı uşaqları doğulmuşdur. - 25.07.2020-ci il tarixli, 139 V№ 81 saylı notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, 25.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh2, Cavabdeh1 X12 vərəsələri kimi tanınmışlar, onlar miras əmlakdan bərabər hissədə pay almalıdılar və miras əmlak Gəncə şəhəri, Nizami rayonu, Nərimanov küçəsi, bina 234, 3 saylı mənzildən ibarətdir. 25.07.2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən X10 vərəsəsi olmaları barədə notariat kontoruna müraciət edilmişdir. Cavabdeh1 verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrinin arayışında Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, ev 234, mənzil 3 ünvanında yerləşən mənzil tam pay olaraq X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, həmin əmlak haqqında 24.07.2020-ci il tarixə məhdudiyyət və yüklülük qeydə alınmadığı qeyd edilmişdir. Qeydiyyat Vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nərimanov küçəsi, bina 234, mənzil 3 yaşayış evi XDS İcraiyyə Komitəsinin 77 № 15 may 1987-ci il tarixli qərarı əsasında X10 adına qeydiyyata alınmışdır. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 22 iyul 2020-ci il tarixli arayışından görünür ki, X28 04.08.2014-cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 9 ünvanında yaşamış, ölümündən sonra onun ailə üzvləri: arvadı Cavabdeh2 1948-ci il təvəllüdlü; oğlu Cavabdeh1 1980-ci il təvəllüdlü; oğlu X30 28.12.2012-ci ildə ölmüşdür; mərhum X19 ölümündən sonra onun ailə üzvləri arvadı İddiaçı, oğlu X20 2010-cu il təvəllüdlü, oğlu X23 2012-ci il təvəllüdlü. X34 valideynlərindən sağ qalanı yoxdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 04.08.2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 5 avqust 1980-ci il tarixdə Kirovobad şəhərində doğulmuşdur. Ata qrafasında X28, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X31 24.11.1981-ci il tarixdə doğulmuş, bu barədə 03.01.1982-ci il akt 19 kitabında qeyd aparılmışdır. Ata qrafasında X28, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X21 05.10.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X13 22.10.1998-ci il tarixdə 81 yaşında vəfat etmiş, bu barədə 23.10.1998-ci ildə 525 akt qeydiyyat aparılmış, ölümün səbəbi kəskin ürək qan-damar çatmamazlığı olmuşdur. X14 26.05.1985-ci il tarixdə 79 yaşında vəfat etmiş, bu barədə 26.05.1985-ci ildə 331 akt qeydiyyat aparılmış, ölüm səbəbi kəskin ürək damar çatmamazlığı olmuşdur. 25.07.2020-ci il tarixli, 3M-151 saylı reyestr nömrəli bağışlanma müqaviləsinə əlavə edilmiş sənədlərdən görünür ki, 25.07.2020-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 ünvan 8 ünvanında yerləşən mənzilin ona məxsus miras payını Cavabdeh1 bağışlamışdır. - 19.09.2020-ci il tarixli, 2V-179 saylı notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, 19.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh2, Cavabdeh1 X12 vərəsələri kimi tanınmışlar, onlar miras əmlakdan bərabər hissədə pay almalıdılar və miras əmlak ünvan 10 ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. 25.07.2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən X10 vərəsəsi olmaları barədə notariat kontoruna müraciət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi tam pay olaraq X10 adına 27.08.2020-ci il tarixdə qeyd edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 22 iyul 2020-ci il tarixli arayışından görünür ki, X28 04.08.2014-cü il tarixdə ölmüşdür və ölən günədək ünvan 9 ünvanında yaşamış, ölümündən sonra onun ailə üzvləri: arvadı Cavabdeh2 1948-ci il təvəllüdlü; oğlu Cavabdeh1 1980-ci il təvəllüdlü; oğlu X30 28.12.2012-ci ildə ölmüşdür; mərhum X19 ölümündən sonra onun ailə üzvləri arvadı İddiaçı, oğlu X20 2010-cu il təvəllüdlü, oğlu X23 2012-ci il təvəllüdlü. X34 valideynlərindən sağ qalanı yoxdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 04.08.2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 5 avqust 1980-ci il tarixdə Kirovobad şəhərində doğulmuşdur. Ata qrafasında X28, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X31 24.11.1981-ci il tarixdə doğulmuş, bu barədə 03.01.1982-ci il akt 19 kitabında qeyd aparılmışdır. Ata qrafasında X28, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X21 05.10.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X13 22.10.1998-ci il tarixdə 81 yaşında vəfat etmiş, bu barədə 23.10.1998-ci ildə 525 akt qeydiyyat aparılmış, ölümün səbəbi kəskin ürək qan-damar çatmamazlığı olmuşdur. X14 26.05.1985-ci il tarixdə 79 yaşında vəfat etmiş, bu barədə 26.05.1985-ci ildə 331 akt qeydiyyat aparılmış, ölüm səbəbi kəskin ürək damar çatmamazlığı olmuşdur. - 19.09.2020-ci il tarixli, 3M-198 reyestr nömrəli bağışlanma müqaviləsinə əlavə edilmiş sənədlərdən görünür ki, 19.09.2020-ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən Cavabdeh2 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus miras payını Cavabdeh1 bağışlamışdır. Məhkəmə tərəflərə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki 25.07.2020-ci il tarixli, 2V-139 reyestr nömrəli və 19.09.2020-ci il tarixli, 2V- 179 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuş, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin 22 iyul 2020-ci il tarixli arayışında qeyd olunmalarına baxmayaraq miras qoyan Əli İmamquliyevin vəfat edən oğlu Azər İmamquliyevin uşaqlarının vərəsə kimi miras əmlaklarda payları müəyyən edilməmişdir. Halbuki miras qoyan X10 04.08.2014-cü il tarixdə vəfat etməsi ilə miras açılarkən onun vərəsə olacaq oğlu X9 olmadığından sonuncunun uşaqları Hüseyn və Yusif miras qoyan Əli İmamquliyevin birinci növbə qanun üzrə vərsələri sayılırlar. Buna görə də Hüseyn və Yusif onların ölmüş valideyni X24 miras əmlakdan çatası paydan bərabər miras almalıdılar. Miras qoyan Əli İmamquliyevin arvadı Cavabdeh2, oğlanları Vüqar və Azər İmamquliyevlərdən başqa vərəsəsi olmadığı üçün onların hər birinin miras əmlaklarda 1/3 hissədə payları vardır. Cavabdeh mirasın açıldığı gündən bu günə qədər İddiaçı uşaqları Hüseyn və Yusif ilə birlikdə miras qalan əmlakda, ünvan 3 ünvanında yaşayaraq mirasın faktiki olaraq sonuncular tərəfindən qəbul olunduğunu etiraf etdiyindən, həmçinin tərəflər miras qoyan Əli İmamquliyevin arvadı və 2 oğlundan başqa vərəsəsi olmadığını bildirdiklərindən, məhkəmə bu faktları işin mübahisələndirilməyən halları kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 25.3-cü maddəsinə əsasən vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. -28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. - 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1159.1 – 1159.1.4-cü maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Bununla belə cavabdeh, ünvan 11 ünvanında yerləşən evi valideynləri birgə nikah dövründə eldə etdikləri üçün, həmin evin yarısının anasına məxsus olduğunu, yarısının isə atasından miras qaldığını əsas gətirərək iddiaçının uşaqlarına atasından miras qalmış həmin evin yarısının 1/3 hissəsinin verilməsini bildirsə də, həmin evin valideynlərinin birgə mülkiyyəti olduğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Əksinə, 2V-139 saylı notariat işinin materiallarında olan ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan ünvan 11 ünvanında yerləşən mənzilin tam pay olaraq X10 adına qeydiyyata alındığı məlum olur. Həmçinin həmin notariat işində olan cavabdehlərin ərizəsindən görünür ki, onlar X8 miras qalmış əmlakın ünvan 11 ünvanında yerləşən mənzildən ibarət olduğunu qeyd etmişlər, Cavabdeh2 o zaman həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və yarısının ona məxsus olduğunu, qalan yarısının miras əmlak olduğunu mübahisələndirməmişdir. Bundan başqa Cavabdeh2 əri Əli İmamquliyev vəfat etdiyi 04.08.2014-cü il tarixdən 03 il ərzində həmin evin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak kimi bölünərək payının müəyyən olunması barədə müraciət etməmişdir. Buna görə də miras qoyan Əli İmamquliyevin arvadı və 2 oğlundan başqa vərəsəsi olmadığı nəzərə alınaraq ondan miras qalmış Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, ev 29 və ünvan 11 ünvanlarında yerləşən əmlakların hər birindən Azər İmamquliyevə çatası 1/3 paydan sonuncunun uşaqları Hüseyn və Yusif bərabər olaraq (1/3:2=1/6) hər biri 1/6 pay almalıdılar. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 25.07.2020-ci il tarixli, 2V-139 reyestr nömrəli və 19.09.2020-ci il tarixli, 2V-179 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulduğundan, həmin şəhadətnamələr və onların əsasında bağlanmış 25.07.2020-ci il tarixli, 3M-151 reyestr nömrəli və 19.09.2020-ci il tarixli, 3M-198 reyestr nömrəli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilməli, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngə, ev 29 və ünvan 11 ünvanlarında yerləşən əmlaklara dair Cavabdeh1 verilmiş müvafiq olaraq 01.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 06.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, həmin əmlakların hər birində X3 və X7 hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 2020-ci il tarixli, 2V-139 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 25 iyul 2020-ci il tarixli, 3M-151 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi, həmçinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş 19 sentyabr 2020-ci il tarixli, 2V-179 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 19 sentyabr 2020-ci il tarixli, 3M-198 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair 06 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 01 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunsun. X8 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin və ünvan 1 ünvanında yerləşən mənzilin hər birində X3 və X7 hər birinin 1/6 hissədə payları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-893/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-893/2021
23.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver