Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-953/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 məxsus Rusiya Federasiyası, Kaluqa vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən verilmiş İİ-HK 543990 saylı ölüm haqqında şəhadətnamənin “X8” adlı şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmıpşdır ki, o, mərhum X8 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmədən ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş Həsən-zadə Sənan Elşən oğlu və xx.xx.2007-ci il tarixdə anadan olmuş Həsən-zadə Səma Elşən qızı adlı iki uşaqları var. Onların ailəsində yaranmış müəyyən səbəblərdən nikahlarını ailə quran zaman rəsmiləşdirə bilməmişlər və X8 ilə uşaqları doğulduqdan sonra, yəni, xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və həmin zaman onlara uşaqların ata ad və soyadlarını götürməsi üçün etiraf olunması barədə Elşən Həsənlinin ərizə verərək etiraf etməsi qaydası izah edilməmiş, onların isə bu barədə məlumatlı olacaq hüququ savadları olmamış, bu səbəbdən də uşaqlarının doğum haqqında şəhadətnamələri öz ata ad və soyadları ilə qeydiyyata alınmamışlar. X1 Federasiyası, Kaluqa Vilayəti, Tarusa rayonu, Tarusa şəhərində xx.xx.2020-ci il tarixdə avtomobil qəzasında ölmüş və mərhum həyat yoldaşına Rusiya Federasiyası, Kaluqa Vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə səhv olaraq “Həsənli” soyadı, “Həsənov” soyadı kimi qeyd edilmişdir. Onun həyat yoldaşının ölümü haqqında şəhadətnaməsində soyadının səhv yazılması onun və uşaqları üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törədir və bu səbəbdən də onlar qanunla olan hüquqlarını həyata keçirə bilmədiklərindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası, Kaluqa vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən verilmiş İİ-HK 543990 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 birgə nikahlarından xx xxx 1980-ci il tarixdə X8 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 370 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanda qeydiyyatdadır və ailə tərkibi Həsən-zadə Səma Elşən qızı və X5 ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsən-zadə Elşən Saxrəddin oğlu ilə Ərizəçi birgə nikahlarından xx xxxx 2007-ci il tarixdə Həsən-zadə Səma Elşən qızı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxx 1980-ci il tarixdə anadan olmuş X2 adına AA1360108 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli AR-İ 849968 saylı etibarnamədən görünür ki, X8 tərəfindən Ərizəçi adına 20 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 131 saylı məktbdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən Həsənli soyadına düzəliş etdirmişdir. Buna baxmayaraq X2 Rusiya Federasiyasında ölüm qeydiyyatı aparılarkən ölüm akt qeydində soyadı “Həsənov” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin ərinin soyadı “X8” olmasına baxmayaraq, Rusiya Federasiyası, Kaluqa vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İİ- HK 543990 saylı ölüm haqqında şəhadətnaməsində ərizəçinin ərinin soyadı “X9” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, X4 məxsus Rusiya Federasiyası, Kaluqa vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İİ-HK 543990 saylı ölüm haqqında şəhadətnamənin X6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Rusiya Federasiyası, Kaluqa vilayəti, Tarusa rayonu, Tarusa şəhəri tərəfindən X3 barəsində verilmiş xx.xx.2020-ci il tarixli İİ-HK 543990 saylı ölüm haqqında şəhadətnamənin X6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-953/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-953/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver