Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1105/2024 28.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə (Maraqlı şəxs, X6 və X7 üçüncü şəxslər kimi cəlb edilməklə) qarşı “vərəsəlik şəhadətnaməsinin verilmə öhdəliyi qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 adına olan əmlaklara - ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.*956-cı il tarixdə Goranboy şəhərində anadan olmuşdur. O, 29 noyabr *976-cı il tarixdə X8 ilə nikah münasibətlərinə daxil olmuş və uzun illər nikah münasibətlərində olmuşlar. Onların bu nikahdan üç övladı - Maraqlı şəxs, X6 və X7 anadan olmuşdur. Lakin təəssüflər olsun ki, həyat yoldaşı X8 xx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 06 ayının *2 günündə 347 nömrə ilə qeyd edilmişdir. Bunu *6 iyun 2023-cü il tarixli, 358834 nömrəli ölüm haqqında şəhadətnamə də təsdiq edir. Goranboy rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V-*74 reyestrlə açılmış vərəsəlik işindən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə birinci növbədən vərəsələr sırasından arvadı İddiaçı və üç övladı vardır. Həyat yoldaşı vəfat etdikdən sonra o və iki övladı - Maraqlı şəxs və X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin, digər övladı X7 bu işə maraq göstərməmişdir. Onların ərizələrinə əsasən Goranboy rayon Notariat Ofisinin xüsusi notariusu X2 rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V-*74 reyestrlə vərəsəlik işini açmışdır. Bundan sonra mərhumun üç övladından ikisi Maraqlı şəxs və X6 miras açıldıqdan sonra mirasdan anaları İddiaçı xeyrinə (yəni onun xeyrinə) imtina etmişlər. Bu vərəsəlik işi açıldıqdan sonra notarius hər dəfəsində vaxtı uzadaraq müraciət etməyən digər tərəfi də gözlədiyini bildirmişdir. X* zəng etdiyini, məktub göndərdiyini bildirərək onu da çağırdığını demiş və onları da gözlətmişdir. Onlar da öz növbəsində X*4 oğluna zəng edərək onun da gəlib öz payını götürməsini ona demişlər, lakin X7 onlara də verdiyi cavablardan görünmüşdür ki, o bu işə maraq göstərməyib. Bütün qeyd etdikləri vərəsəlik işinin materiallarından da görünür. Bu qayda ilə notarius ** ay bu işi əsassız səbəblərlə yubatmışdır. Onun bu vaxt uzatmasına əsası isə bir vərəsənin müraciət etməməsi olmuşdur. Bu isə qanunsuz bir əsasdır. Müddəalarda qeyd edildiyi kimi digər vərəsəyə dəfələrlə bildiriş göndərilmiş, xəbərdarlıq edilmişdir. Lakin vərəsə bu işdə maraq göstərmədiyi üçün gəlməmişdir. Buna görə də Mülki Məcəlləsinə əsasən vəfat etmiş X4 adın olan əmlaklara, dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Çünki digər övladları da mirasdan imtina etmişlər. Lakin cavabdeh bu məsələni gecikdirmiş və digər vərəsəni də gözləməyi tələb etmişdir. Onun ilk müraciətdən ** ay keçdikdən sonra o yenidən cavabdehə müraciət etmişdir. O həyat yoldaşı X8 vəfat etdikdən sonra övladlarının ikisi onun xeyrinə mirasdan imtina etdiyinə görə *5.05.2024-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq tanınmağımn qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsini tələb etmişdir. Lakin onun bu tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisi tərəfindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisi notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair *6 may 2024-cü il tarixli Qərar qəbul edilərək onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq tanınmağı tələbinin təmin edilməsindən və mərhum əri X3 miras qalan əmlakdan ona tam hissədə pay verilməsindən imtina edilmişdir. Bu Qərarın əsası olaraq tərəflər arasında mübahisə olduğu qeyd edilmişdir. Lakin onların arasında heç bir mübahisə olmamış, yalnız digər vərəsə X7 bütün dəvət və çağırışlara rəğmən miras payın bölüşdürülməsinə gəlməmişdir. Bu isə onun vərəsəlik şəhadətnaməsi almaq hüququnu məhdudlaşdırmır. Bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsində də qeyd edilib. Cavabdeh onun konstitision hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 adına ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Digər övladları onun xeyrinə imtina etdikləri üçün bu əmlaklara dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Həmçinin o özü ünvan 1 ünvanında yerləşən evdə yaşayır və bu evdə qeydiyyatdadır. Digər gəlməyən vərəsənin isə bu evə ümumiyyətlə aidiyyəti olmamışdır. O nə bu evdə yaşayır, nə də qeydiyyatdadır. İddiaçı vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, növbəti məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiyini, hazırlıq iclasında iştrak edərək iddianı müdafiə etdiyini, iddianın əsaslı olduğunu və iddianın tam təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, X5 və cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 337084 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X20 arasında nikah 29 noyabr *976-cı ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Allahverdiyeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 358834 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə “kardiogen şok” səbəbindən ölmüşdür; Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanov tərəfindən verilmiş *6 may 2024-cü il tarixli “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq yalnız özünün tanınması tələbinin təmin edilməsindən və mərhum əri X3 miras qalan əmlakdan ona tam hissədə pay verilməsindən imtina edilmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında təqdiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 29 noyabr *976-cı il tarixdə X8 ilə nikah münasibətlərinə daxil olmuş və onların bu nikahdan üç övladı - Maraqlı şəxs, X6 və X7 anadan olmuşdur. İddiaçının əri X8 xx.xx.2023-cü il tarixdə “kardiogen şok” səbəbindən ölmüşdür. İddiaçı Goranboy rayon Notariat ofisinə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq yalnız özünün vərəsə kimi tanınmasını və mərhum ərindən miras qalan əmlaklara dair yalnız onun özünə miras əmlaka tam hissədə pay verilməsini xahiş etmişdir. Mərhumun üç övladından ikisi -Maraqlı şəxs və X6 miras açıldıqdan sonra mirasdan anaları, yəni İddiaçı xeyrinə imtina etmişlər. Lakin digər övladı X7 vərəsəliyə çağırılmasına baxmayaraq mirası bölüşdürmək niyyəti barədə və ya iştirak etmək arzusu barəsində Notariat kontoruna məlumat verməmişdir. Bununla da Goranboy rayon Notariat ofisi notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Hazırda iddiaçı vərəsəlik şəhadətnaməsinin verilmə öhdəliyinin notariat ofisinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahiblənməyi nəzərdə tutur; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: **57-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; *257.*-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. *269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. *30*.*-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. *30*.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. *30*.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin *30*.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. *32*.*-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. *32*.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir *322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyindən mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 20**-ci il 5 dekabr tarixli Qərarı). Vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin *256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X*0 mərhum X3 miras qalmış əmlaklara faktiki sahiblik və idarə etməyə başlamaqla miası qəbul etdiyini şəksiz nümayiş etdirərək miası tamamilə qəbul etmişdir. Odur ki, iddiaçının tam hissədə paya uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair tələbi əsaslı hesab edilməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 2*7.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 adına olan əmlaklara - ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 adına olan əmlaklara - ünvan 1 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1105/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1105/2024
28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver