Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1138/2024 29.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X*5 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Ərizəçi, Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 6 oktyabr *972-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş bacım X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs X*dır. O,*6 oktyabr *972-ci ildə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuşdur. X* doğulduğu gündən hal-hazıra qədər müddətsiz birinci dərəcəli əlildir. Bu barədə müvafiq həkim sənədini və İ qrup uşaqlıqdan əlil vəsiqəsinin surətini məhkəməyə təqdim etmişdir. Bacısı öz hərəkətlərini ölcüb-bicmək,onlara rəhbərlik etmək iqtidarında deyildir. Eyni zamanda danışa bilmir, oz fikirlərini ifadə edə bilmir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getməlidir. Həmin təşkilatlardan ona bildirirlər ki, bacısı özü gəlməlidir ki, sənədlərə imza etsin. Bildirir ki, bacısı xəstə olduğundan, nitqi olmaması səbəbindən özü bunu edə bilmir. Bacısına ondan başqa baxan, qulluq edən yoxdur. Çünki valideyinləri vəfat etmişdirlər,hətta sağ olarkən də bacısına o baxmış, ona lazım olan bütün başqa işləri də o görmüşdür. Ona görə də məhkəməyə müraciət edərək, 6 oktyabr *972-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş bacım X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Goranboy Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X*0 6 oktyabr *972-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmadığını izahatında bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİ 3**625 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X** 22.*0.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İ 362967 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş İ ЖГ 337045 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 *6.*0.*972-ci il tarixdə doğulmuşdur. X6, anası X9r. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş İİ ЖГ 395*33 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*974-cü il tarixdə doğulmuşdur. X6, anası X9r. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş *3.08.2024-cü il tarixli 2357 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 hər hansı psixi qüsuru vardırmı? Cavab: X3 ağır dərəcəli əqli gerilik Daun sindromu nəticəsində aşkar olunur. 2-ci sual: X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: X8 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Rahim Əhmədov ailə üzvləri, o cümlədən oğlu *5.05.*995-ci il tarixdə doğulmuş X3 ağır dərəcəli əqli gerilik Daun sindromu nəticəsində aşkar olunur. X8 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X8 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 6 oktyabr *972-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 305, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə ərizəsi təmin edilsin. 6 oktyabr *972-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra X2 üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1138/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1138/2024
29.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver