Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-12/2025 03.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Goranboy rayon X5 maraqlı şəxs göstərilməklə) qarşı “miras əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən mərhum ataları X2 miras qalan *,*55 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi və ya *,11 ha İddiaçı1, 1/5 hissəsi və ya *.11 ha İddiaçı2, 1/5 hissəsi və ya *,11 ha Cavabdeh, 1/5 hissəsi və ya *,11 ha X3, 1/5 hissəsi və ya *,11 ha X1 naturadan ayrılaraq şəxsi mülkiyyətinə verilməsi, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən mərhum ataları X2 miras qalan *,561325 ha pay torpağının, 1/5 hissəsi və ya *,112235 ha İddiaçı1, 1/5 hissəsi və ya *,112235 ha İddiaçı1, 1/5 hissəsi və ya *,112235 ha İddiaçı2, 1/5 hissəsi və ya *,112235 ha Cavabdeh, 1/5 hissəsi və ya *,112235 ha X3, 1/5 hissəsi və ya *,112235 ha X1 mülkiyyətinə naturadan ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir, lakin məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və maraqlı şəxs Goranboy rayon X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 259.*.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 26*.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan 9334**717 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi verilməsinə görə 1** (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 259-26* və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (Goranboy rayon X5 maraqlı şəxs göstərilməklə) qarşı “miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə müki iş baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-12/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-12/2025
03.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver