Məhkəmə qərarları › İş №2(045)-125/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-125/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-125/2024 27.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X9 (X11) oğlunun cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 yanvar 2019-cu ildə ailə qurmuş və bu barədə olan nikahı Goranboy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X4 adlı iki uşağı olmuşdur. Cavabdehlə birgə nikah dövründə aralarında mütəmadi narazılıqlar olmuşdur. Dəfələrlə güzəştə getmişdir ki, ailəsi dağılmasın, lakin mümkün olmamışdır. Ailə münasibətlərinin baş tutmadığı üçün cavabdehlə əlaqə tamamilə kəsilmişdir. Cavabdeh X7 ilə arasında olan nikah Goranboy rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası cavabdeh X5 himayəsinə verilmiş və 22 yanvar 2020-ci il tarixdən başlayaraq uşaqların saxlanması üçün hər uşağa görə 110 manat aliment olmaqla, iki uşaq üçün 220 manat aliment tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra uşaqlar ananın himayəsinə verilmişdir. Oğlu Süleyman tez-tez onun yanına gələrək onunla yaşamaq istədiyini bildirir. Hal-hazırda oğlu Süleyman anası ilə birlikdə Goranboy rayonu Nərimanlı kəndində yaşayır. Oğlu anası ilə yaşamaq istəmir və məhkəmə yolu ilə onun himayəsinə verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, oğlu Süleyman mütəmadi olaraq onunla yaşayır və həftənin şənbə-bazar günləri isə anasının (cavabdeh) yanında qalır. Bundan başqa uşağın onun himayəsinə verilməsi barədə cavabdehlə razılığa gəlmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə aralarında birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının himayəsinə verilməsinə razıdır. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edir və iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2013-cü il təvəllüdlü X4 atası İddiaçı yanında qalmaq istədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 301154 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Mustafayeva” soyad verilmişdir; Goranboy Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 300926 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildə Cavabdeh doğulmuş X3 atasıdır; Goranboy Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 713962 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 fevral 2016-cı ildə Goranboy şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Moskva VVAQ idarəsinin Kutuzov VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-Myu seriyalı 847596 nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcumə edilmiş surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə Rusiya Federasiyasının, Moskva şəhərində doğulmuş, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-1054/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 27 noyabr 2013-cü il tarixdə Moskva şəhərində doğulmuş Süleyman adlı uşağın atasının xx xxxxxx 1989-cu ildə anadan olmuş, milliyətcə azərbaycanlı İddiaçı olması faktı müəyyən edilsin və Mustafayev X2 atası kimi tanınmış, 27 noyabr 2013-cü il tarixdə doğulmuş Süleyman adlı uşağın “Doğum haqqında şəhadətnamə”sində uşağın adı, soyadı və ata adı X4, ata qrafasında “İddiaçı”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Cavabdeh” milliyyəti “azərbaycanlı” qeyd edilməsi qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-373/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Əliyeva (Mustafayeva) Mahnurə Rövşən qızı ilə cavabdeh İddiaçı arasında 09 yanvar 2019-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 9 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Əliyev (Mustafayev) Süleyman Rövşən oğlu anaları Cavabdeh yanında saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü Əliyev (Mustafayev) Süleyman Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat, cəmi 220 manat miqdarda aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2013-cü il təvəllüdlü X1 atası İddiaçı yanında qalmasını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Goranboy Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X11 (X4) oğlunun tərəflər arasındakı nikah pozulduqdan sonra anaları Cavabdeh himayəsinə verilməsi qət edilsə də, uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X4 faktiki olaraq hazırkı iş üzrə cavabdehlə iddiaçının qarşılıqlı razılığına əsasən iddiaçının yanında yaşayıb təhsil alır, uşağa onun tərəfindən tərbiyə və qayğı göstərilir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər; 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının (bundan sonra – Plenum Qərarı) 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Yuxarıda qeyd olunan işin halları və normativ hüquqi sənədlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin nikahları rəsmi olaraq pozulduqdan və yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən kimin yanında qalmasının müəyyən edilməsindən asılı olmayaraq hər bir valideyn (ata və ya ana) öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onun rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X9 (X8) oğlunun atasınınn himayəsinə verilməsi məsələsinə dair qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 (X8) oğlu hazırda atası İddiaçı yanında qalır və onunla yaşamaq istəyir. Həmçinin, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası da xx.xx.2013-cü il təvəllüdlü X1 atasının yanında qalmasını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağın mənafeyi baxımından, onun tərbiyəsi və inkişafı üçün şərait yaradılması baxımından, onun özünün qalmaq istədiyi valideyn himayəsindən kənar şəraitdə yaşamasının qarşısının alınması baxımından, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından, artıq vərdiş etdiyi şəraitdə yaşamasının təmin olunması baxımından və digər diqqətəlayiq halları nəzərə alaraq qeyd edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsi onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 (X8) oğlu Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 (X8) oğlu Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar