Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-131/2023 06.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxslərə mənsub olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-840A, KOD 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarı ilə mərhum anası X5 mülkiyyətinə verilmişdir. Göstərilən torpaq sahəsinə JN: 840A, KOD 50901004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə mülkiyyətçi X5 adı və ata adı səhv yazılmışdır. Belə ki, şəhadətnamədə adı “Zərəndam”, ata adı “Ağahüseyn” kimi yazılmışdır. Mülkiyyətçinin şəhadətnamədə göstərilən adı və ata adı ilə şəxsiyyət vəsiqəsində göstərilən adı və ata adı ilə bir-birinə uyğun gəlmir. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yol verilmiş səhvi artıq sənədi verən orqan tərəfindən aradan qaldırmaq mümkün deyildir. Qeyd edilən səhvin düzəldilməsi üçün tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuş, bu məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixli, **********41 saylı cavab məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəyə əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, şəxsiyyət vəsiqəsi, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Orazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 2740 №-li arayışı və digər sənədlərlə yuxarıda göstərilən faktlar tam tasdiq olunur. Sənəddə olan səhv mülkiyyətçinin miras qoyanın qanun və vəsiyyətnamə üzrə vərəsəsinin notariat ofisindən qanun və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasında problemlər yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun mərhum anasının adı “Zəramdan” və ata adı “Alı” əvəzinə səhvən “Zərəndam" və “Ağahüseyn” kimi qeyd edilmişdir. Bu yanlışlıq da ona notariat ofisində əməliyyat aparılması üçün əngəl yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 840A, Kod 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0,05 hektar torpaq sahəsi Goranboy şəhər sakini X1 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 311668 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci ildə “dəqiqləşdirilmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür; Qasım İsmayılov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Qasım İsmayılov şəhərində doğulmuş, atası X4, anası X7r; Goranboy şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 2740 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN 840A, Kod 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X5 adı və ata adı səhvən “X8” qızı kimi yazılmışdır. Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 2v-511 nömrəli, xx.xx.2022-ci il tarixli vəsiyyətnamə”dən görünür ki, X9 özünə məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını kürəkəni X2 vəsiyyət etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********41 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-840A saylı şəhadətnamədə hansı səbəbdən X9 əvəzinə səhv olaraq X3 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0,05 hektar torpaq sahəsi əslində X6 ayrılsa da, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 840A, Kod 50901004 nömrəli şəhadətnamədə “X9” əvəzinə səhv olaraq “X3” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 840A, Kod 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-840A, Kod 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-131/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-131/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver