Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-143/2023 08.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0076, KOD 50905018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 ilə yanaşı ona - X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonunda Aqrar İslahat aparılarkən, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli 42 saylı qərarı ilə anası X7 və onun yəni, X3 şəxsi mülkiyyətinə Goranboy rayonunun Əzizbəyov kəndində 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-0076 KOD 50905018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktında mülkiyyətçilərdən onun soyadı səhvən “Rəhmanova”, ata adı isə "Məkand" kimi yazılmışdır. Halbuki, doğum haqqında şəhadətnamədə və bütün başqa sənədlərdə soyadı, adı və ata adı “X6” kimidir (nikaha daxil olduqdan sonra ər soyadını götürdüyü üçün şəxsiyyət vəsiqəsində “Alışova” kimidir). Dövlət Aktını verən orqan tərəfindən həmin səhvlərin düzəldilməsi qeyrimümkündür. Çünki, xx.xx.2015-ci il tarixli Prezidentin Sərəncamı ilə həmin orqan ləğv olunmuşdur. Ona görə də, Dövlət Aktında göstərilmiş səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət etmiş və 7 saylı Bərdə Ərazi İdarəsi 14 noyabr 2019-cu il tarixli, **********68 saylı məktubu ilə ona məhkəməyə müraciət etməyi məsləhət olunmuşdur. Dövlət Aktında olan səhv mülkiyyətçilərin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmama çətinliklər törədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-0076, KOD 50905018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 42 saylı qərarına əsasən 1,32 hektar torpaq sahəsi Goranboy rayon Əzizbəyov kənd sakinləri X7 və X5 mülkiyyətinə verilmişdir; Goranboy rayon Əzizbəyov kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 651823 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 01 noyabr 2013-cü il tarixdə “qaraciyər çatışmamazlığı” səbəbindən ölmüşdür; Qasım İsmayılov rayon Əzizbəyov kənd sovetliyi tərəfindən verilmiş, İİİ-ЖГ seriyalı 416087 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxxx 1977-ci ildə Qasım İsmayılov rayonunun Əzizbəyov kəndində doğulmuş, atası X14, anası X8r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 024304 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X6 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Alışova” soyadı verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********68 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Əzizbəyov kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0076 saylı dövlət aktında hansı səbəbdən X6 əvəzinə səhv olaraq X2 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları və iş materiallar ilə müəyyən edilir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 42 saylı qərarına əsasən 1,32 hektar torpaq sahəsi əslində X11 ilə yanaşı X4 ayrılsa da, «Torpağa mülkiyyət hüququna dair” JN-0076, KOD 50905018 nömrəli dövlət aktında “X6” əvəzinə səhvə yol verilərək “X9” yazılmışdır. Bu yanlışlıq da əsl mülkiyyətçiyənin öz əmlakı barəsində əmlak hüquqlarını həyata keçirməsinə mane olur. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN-0076, KOD 50905018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət X1 ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair” JN-0076, KOD 50905018 nömrəli dövlət X1 ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-143/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-143/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver