Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-145/2023 11.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştiraklarıı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN 264, Kod 50904028 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara yəni, Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, dövlət aktında göstərilən şəxslər bir ailənin üzvüləridir. Goranboy rayonunda Aqrar İslahat aparılarkən Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli 25 saylı qərarı ilə onların şəxsi mülkiyyətinə Goranboy rayonunun Balakürd kəndi ərazisində 1.25 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-264, KOD 50904028 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktında mülkiyyətçilərdən “Ərizəçi1” oğlunun soyadı səhvən “Quliyev”, “Ərizəçi2” qızının soyadı, adı və atasının adı səhvən “X7”, “Ərizəçi3” oğlunun soyadı "Əmrahov" kimi yazılmışdır. Dövlət Aktını verən orqan tərəfindən həmin səhvin düzəldilməsi qeyrimümkündür. Çünki xx.xx.2015-ci il tarixli Prezidentin Sərəncamı ilə həmin orqan ləğv olunmuşdur. Ona Görə də Dövlət Aktında göstərilmiş səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə rəsmi müraciət olunmuş lakin xahişi müsbət həll olunmamış və onlara məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Quluyev” əvəzinə səhvən “Quliyev" kimi qeyd edilmiş və bu yanlışlıq ona notariat ofisində əməliyyat aparılması üçün əngəl yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı adı və atasının adı “Ərizəçi2” qızı əvəzinə səhv olaraq “X7” kimi qeyd edilmişdir və bu yanlışlıq ona notariat ofisində əməliyyat aparılması üçün əngəl yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Ərizəçi3” oğlu əvəzinə səhv olaraq “Əmrahov” kimi qeyd edilmişdir və bu yanlışlıq ona notariat ofisində əməliyyat aparılması üçün əngəl yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin, onların nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 264, Kod 50904028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 1.25 hektar torpaq sahəsi Goranboy rayonu, Balakürd kənd sakinləri X5, X4, X6 oğlunun mülkiyyətinə verilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 022087 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi2 arasında nikah 17 dekabr 2002-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlnaması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş XİX-JQ seriyalı, 363620 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 avqust 1995-ci ildə Goranboy rayonunun Balakürd kəndində doğulmuş,atasə Ərizəçi1, anası Ərizəçi2dır; Goranboy rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1967-ci ildə Qasım İsmayılov rayonunun Qızılhacılı kəndində doğulmuş, atası X8, anası X2r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********24 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Balakürd qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-264 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi1 əvəzinə səhv olaraq X3, Ərizəçi2 əvəzinə səhv olaraq X1 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 1,25 hektar torpaq sahəsi əslində Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 264, Kod 50904028 nömrəli dövlət aktında “Ərizəçi1” əvəzinə səhv olaraq “X10”, “Ərizəçi2” əvəzinə səhv olaraq “X7”, “Ərizəçi3” əvəzinə səhv olaraq “X12” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN JN 264, Kod 50904028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 264, Kod 50904028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-145/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-145/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver