Məhkəmə qərarları › İş №2(045)-150/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-150/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-150/2023 10.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X22 qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxslər X4, X5, X2 iştirakları ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə, X4, X5, X2, X1 maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-443, KOD 50904016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mənə və digər ailə üzvlərimə Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 25 saylı qərarına əsasən 2,51 ha torpaq sahəsi verilmişdir. JN:443 KOD 50904016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı texniki səhv olaraq “Cəbiri” əvəzinə “Cəbiyeva” kimi yazılmışdır. JN:443 KOD 50904016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında buraxılmış səhvin düzəldilməsi mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Həmin faktın müəyyən edilməsi mənə torpaq sahəsi üzərində mülkiyyət hüququndan istifadə etmək üçün lazım olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ““Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Cəbiri” əvəzinə səhvən “Cəbiyeva" kimi qeyd edilmiş və bu yanlışlıq ona notariat ofisində əməliyyat aparılması üçün əngəl yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X8 bildirdi ki, Ərizəçi onun anasıdır. Anasının soyadı dövlət aktında “Cəbiri” əvəzinə səhv olaraq “Cəbiyeva” kimi qeyd edilmişdir. Dövlət aktında qeyd edilən səhv onlara notariat əməliyyatlarının aparılması üçün maneələr törədir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X10 bildirdi ki, Ərizəçi onun anasıdır. Anasının soyadı dövlət aktında “Cəbiri” əvəzinə səhv olaraq “Cəbiyeva” kimi qeyd edilmişdir. Dövlət aktında qeyd edilən səhv onlara notariat əməliyyatlarının aparılması üçün maneələr törədir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X7 bildirdi ki, Ərizəçi onun anasıdır. Anasının soyadı dövlət aktında “Cəbiri” əvəzinə səhv olaraq “Cəbiyeva” kimi qeyd edilmişdir. Dövlət aktında qeyd edilən səhv onlara notariat əməliyyatlarının aparılması üçün maneələr törədir. İş üzrə maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, maraqlı şəxslərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN:443 KOD 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 2.51 hektar torpaq sahəsi Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X6, X9, X4, X5, X2, X1 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 222272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə “ağciyərin fibroz kavernoz vərəmi” səbəbindən ölmüşdür; Qasım İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş İİİ-JQ seriyalı 252931 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi arasında nikah 25 fevral 1983-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********29 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN:443 KOD 50904016 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq X14 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 2,51 hektar torpaq sahəsi əslində Ərizəçi ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN:443 KOD 50904016 nömrəli dövlət aktında “Ərizəçi” əvəzinə səhv olaraq “X14” kimi yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN JN:443 KOD 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN:443 KOD 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar