Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-150/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Qatır Məmməd adına kolxozda xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək olan uçot kitablarında adının, soyadının, ata adının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində dəqiqləşdirmə apararaq Q.Məmməd və G.Musayev adına kolxozların 1973-1977-ci illər uçot kitablarında adının səhv yazılmasının müəyyən edilməsi və Goranboy rayonunun Dövlət Arxivinin 1 iyun 2023-cü il tarixli, 3-48-15-12A/2-S- 127/1/2023 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1958-ci ildə Goranboy şəhərində anadan olmuşdur və hazırda da ailəsi ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. Hazırda pensiya yaşına çatdığı üçün pensiya almalıdır. Lakin, bu gün sosial stajı pensiya almaq üçün yetərli olsada o pensiya yox, sosial müavinat alır. Buna səbəb onun xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixə kimi Goranboy rayonunun Qatır Məmməd adına kolxozun uçot kitabında adının səhvən X4 yazılması olmuşdur. Bu səbəbdən də həmin illər ona sosial staj hesablanmır. Bu barədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 28 iyul 2023-cü il tarixli, 2-17- 1/2-5- 171708/2023 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Ona görə də Goranboy rayon Dövlət Arxivinə ərizə ilə müraciət edib xahiş etmişdir ki, ona həmin illərdə Goranboy rayonu Qatır Məmməd adına kolxozda çoban işləməyi, adının, soyadının, ata adının Ərizəçi olmağı barədə arayış versinlər. Dövlət arxivi ona həmin illərdə Qatır Məmməd adına kolxozda işləməyinə, adının Ərizəçi olmasına dair arayış versə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı həmin arayışı qəbul etməyərək bildirmişdir ki, Q.Məmməd adına kolxozun xx.xx.1973-cü il tarixdən xx.xx.1977ci il tarixədək olan uçot kitabında adı, atasının adı X4 qeyd edilmişdir. Bu səbəbdən də həmin illərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir və ona məsləhət olunmuşdur ki, bu barədə məhkəməyə müraciət etsin. Bu barədə olan Goranboy rayon Dövlət Arxivinin 07 sentyabr 2023-cü il tarixli, 3-48-15-RA/2-3-18/2023 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Buna görə də Q.Məmməd və G.Musayev adına kolxozların 1973-1977-ci illər uçot kitablarında adının səhv yazılmasının müəyyən edilməsi və 21 iyun 2023-cü il tarixli 3-48-15-12A/2-S-127/1/2023 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8 məhkəmə iclasında ərizənin təmin edilməsi üçün əsas olmadığını bu səbəbdən də ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, Ərizəçi ilə birlikdə işləməsə də o başqa müəssisədə işləmişdir. Əbülfət Mosu adı ilə tanınmışdır. Ərizəçi balacaboy olduğu üçün Mosu ləqəbi ilə tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Ərizəçi ilə birlikdə işləməsə də o başqa müəssisədə işləmişdir. O Əbülfət ilə qonşu olmuşdur. Əbülfət daim Mosu adı ilə çağırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, Ərizəçi ilə 80-ci illərdən Qatır Məmməd adına kolxozda birlikdə işləmişdir. Onu iş yerində Mosu adı ilə tanımışlar və həmişə Mosu deyə çağırmışlar. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Goranboy rayon dövlət arxivi tərəfindən verilmiş 21 iyun 2023cü il tarixli 3-48-15-12A/2-S-127/1/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, Goranboy rayonu, Q.Məmməd və G.Musayev adına kolxozların Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində xx xxxx 1958-ci ildə anadan olmuş Ərizəçi 1972-1979, 1982-1997-ci illərdə kolxozda çoban işləməklə cədvəl üzrə əmək haqqı alması qeyd olunur. 1973-1977-ci illər uçot kitablarında Ərizəçi X1, adı, atasının adı qeyd olunub. İş materiallarında olan AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 15.5.1972-ci ildən Qatır Məmməd adına kolxozda sıravi kolxozçu işləmiş, xx.xx.1979-cu ildən hərbi hissəyə getdiyi üçün işdən azad edilmiş, 18.1.1982-ci ildən Qatır Məmməd adına kolxozda çoban işləmiş, xx.xx.1992-ci il tarixdə Qatır Məmməd adına kolxozda kolxozların ayrılması ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan Goranboy RİH başçısının Goranboy şəhər İƏD nümayəndəliyinin xx.xx.20232-cü il tarixli 1706 saylı arayışından görünür ki, Səfərov X5 şəhəri, A.Heydərov küçəsi ev 07 ünvanında yaşayır və onun adı Q.Məmməd kolxozunun 1973-1977-ci illər uçot kitabının əmək haqqı cədvəlində səhvən X4 yazılmışdır. Əslində Ərizəçi yazılmalıdır. Ərizəçi ilə X12 eyni adamdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Goranbpy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin 07 sentyabr 2023-cü il tarixli 3-48- 15-RA/2-S-181/2023 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi müraciətinə əsasən sənədlərdə düzəliş edilməsi Dövlət Arxiv idarəsinin səlahiyyətlərinə aid deyildir, buna görə də məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının Ərizəçi ünvanlanmış 28 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Q.Məmməd adına kolxozun xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək olan uçot kitablarında X12 olaraq qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 7635 saylı qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına, şahidlərin ifadələrinə və işin digər hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin 1973-1977-ci illərdə Qatır Məmməd adına kolxozda işləmədiyi müəyyən edilsə də, məhkəmə araşdırması zamanı Goranboy rayonunun Dövlət Arxivinin 1 iyun 2023-cü il tarixli, 3-48-15-12A/2-S-127/1/2023 saylı arxiv arayışında qeyd edilmiş illərdə uçot kitablarında qeyd edilmiş şəxsin Ərizəçi olduğu mötəbər sübutlarla təsdiq edilmişdir. Odur ki, Ərizəçi Q.Məmməd və G.Musayev adına kolxozların 1973-1977ci illər uçot kitablarında adının yanlış yazılması müəyyən edilməklə, Goranboy rayonunun Dövlət Arxivinin 1 iyun 2023-cü il tarixli, 3-48-15-12A/2-S-127/1/2023 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Goranboy rayonunun Dövlət Arxivinin 1 iyun 2023-cü il tarixli, 3-48-15-12A/2-S- 127/1/2023 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-150/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-150/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver